Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-539/2024 25.11.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, Borclu X2 iştirakı ilə, Abşeron rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru Qəribağa Mirhəşimovun borclu X2 əmlakının üzərinə həbs qoyulması barədə təqdimatına Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(119)-698/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən iddia təmin edilmiş, cavabdeh X1 5225,01 manat məbləğində əsas borc, 143,26 manat məbləğində faiz borcu, 8 manat məbləğində cərimə və 73,76 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 5450,03 manat məbləğində pul vəsaitinin iddiaçı Tələbkar Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması qərara alınmışdır. Abşeron rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru Qəribağa Mirhəşimov məhkəməyə təqdimatla müraciət edərək, borclu X3 məxsus olan «Opel Astra minik» markalı, **- ZN-*** dövlət qeydiyyat nişanlı və «UAZ 23632» markalı, **-LE-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulmasına dair qərardad verilməsini xahiş etmişdir. Abşeron rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru Qəribağa Mirhəşimov təqdimatı onunla əsaslandırmışdır ki, Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-698/2024- 012 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən borclu X1 5450,3 manat məbləğində pul vəsaiti tutularaq tələbkar "Bank VTB (Azərbaycan)" ASC-nin xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2024-cü il tarixdə Abşeron rayon İcra və probasiya şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildiriş ilə bərabər icra sənədi üzrə borclu X2 icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasistəsilə sorğular edilmişdir. Belə ki, “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, borclu X3 məxsus olan «Opel Astra minik» markalı, **-ZN-*** dövlət qeydiyyat nişanlı və «UAZ 23632» minik markalı, **-LE-*** dövlət qeydiyyat nişanlı avtomobillər vardır. İcra sənədinin icrasını təmin etmək məqsədilə hesab edir ki, məcburi icra tədbirləri kimi borclunun əmlakının üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi barədə məcburi icra tədbirləri tətbiq edilməlidir. Odur ki, qeyd edilənlərə əsasən o, təqdimatın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən borclu X4 izahatında Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(119)-698/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə yaranmış borca görə Tələbkar Açıq Səhmdar Cəmiyyətinə hər ay 200 manat məbləğində ödəniş etdiyini, hazırda onun banka təxminən 3000 manat məbləğində borcu olduğunu, həmçinin sözügedən icra sənədi üzrə borcunu ödəmək üçün hər ay 200 manat ödəyəcəyini bildirdi və Abşeron rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru Qəribağa Mirhəşimov tərəfindən verilmiş təqdimatın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı haqqında məlumat verilməsinə baxmayaraq icra məmuru və icra sənədi üzrə tələbkar səbəbini bildirmədən məhkəməyə gəlmədiklərindən məhkəmə təqdimata Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan borclu X4 tərəfindən məhkəməyə təqdim olunmuş xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli qəbzlərdən görünür ki, X4 Tələbkar Açıq Səhmdar Cəmiyyətinə olan borcuna görə qeyd edilən tarixlərdə müvafiq olaraq 250 manat, 200 manat, 100 manat, 100 manat, 200 manat, 200 manat, 200 manat, 1000 manat və 500 manat olmaqla, 2750 manat məbləğində ödəniş etmişdir. Məhkəmə borclunun izahatını dinləyib, təqdimatı və ona əlavə olunmuş sənədləri tədqiq edərək hesab edir ki, təqdimat rədd edilməlidir. Belə ki, Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(119)-698/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən iddia təmin edilmiş, cavabdeh X1 5225,01 manat məbləğində əsas borc, 143,26 manat məbləğində faiz borcu, 8 manat məbləğində cərimə və 73,76 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 5450,03 manat məbləğində pul vəsaitinin iddiaçı Tələbkar Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması qərara alınmışdır. Lakin iş materiallarında olan borclu X4 tərəfindən məhkəməyə təqdim olunmuş xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli qəbzlərdən göründüyü kimi X4 Tələbkar Açıq Səhmdar Cəmiyyətinə olan borcuna görə Sumqayıt Kommersiya Məhkəməsi tərəfindən sözügedən icra sənədi qəbul edilməzdən əvvəl, həmçinin icra sənədi icraya yönəldikdən sonra qeyd edilən tarixlərdə müvafiq məbləğdə ödənişlər etmişdir. Odur ki, məhkəmə hesab edir ki, borclu X2 əmlakının üzərinə həbs qoyulmasına əsas verən hər hansı sübut məhkəməyə təqdim edilmədiyindən Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(119)-698/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsinin icrasının təmin edilməsi üçün hazırda borclu X2 əmlakının üzərinə həbs qoyulması barəsində icra hərəkətinin həyata keçirilməsi zərurəti aradan qalxmışdır. Beləliklə, məhkəmə hesab edir ki, Abşeron rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru Qəribağa Mirhəşimovun borclu X3 məxsus olan «Opel Astra minik» markalı, **-ZN-*** dövlət qeydiyyat nişanlı və «UAZ 23632» markalı, **-LE-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulması barədə təqdimatı rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 267, 268 və 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Abşeron rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru Qəribağa Mirhəşimovun borclu X3 məxsus olan «Opel Astra minik» markalı, **-ZN-*** dövlət qeydiyyat nişanlı və «UAZ 23632» markalı, **-LE-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulması barədə təqdimatı rədd edilsin. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №8(012)-539/2024
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-539/2024
25.11.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver