Məhkəmə qərarları › İş №8(012)-540/2025

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-540/2025

05.09.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-540/2025 05.09.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Rzayev Fariz Gündüz oğlunun katibliyi ilə, Tələbkar iştirakı ilə, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Vadim Əliyevin təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən verilmiş 2(007)-3342/2022 nömrəli, xx.xx.2022-cü il tarixli icra sənədinə əsasən, xx.xx.2022-ci il tarixdən başlayaraq, tərəflərin birgə faktiki nikahından doğulmuş xx.xx.2012-ci il təvəllüdlü X2, xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Borclu Tələbkar xeyrinə hər ay hər uşağa görə 100 manat olmaqla cəmi 300 manat sabit pul məbləğində alimentin tutulması qərara alınmışdır. xx.xx.2025-ci il tarixdə Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Vadim Əliyevin Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatı məhkəmənin icraatına daxil olmuşdur. Təqdimatdan və icra işinin materiallarından görünür ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən verilmiş 2(007)-3342/2022 nömrəli, xx.xx.2022-cü il tarixli icra sənədinə əsasən, xx.xx.2022-ci il tarixdən başlayaraq, tərəflərin birgə faktiki nikahından doğulmuş xx.xx.2012-ci il təvəllüdlü X2, xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Borclu Tələbkar xeyrinə hər ay hər uşağa görə 100 manat olmaqla cəmi 300 manat sabit pul məbləğində alimentin tutulması qərara alınmışdır. qeyd olunan icra sənədi xx.xx.2022-ci il tarixində Abşeron rayon icra və probasiya şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul edilmişdir. Borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün tərəflərindən borclunun əmlak vəziyyətini yoxlamaq üçün "Elektron İcra" informasiya Sisteminə sorğu edilmiş, lakin borclunun mülkiyyətində hər hansı əmlak aşkar edilməmişdir. "Elektron İcra" İnformasiya Sistemi vasitəsi ilə borclunun pensiya aldığı məlum olmuş, lakin "uşaq məlumatları" bölməsində natamamlıq olduğu üçün borclunun pensiyasından inkasso sərəncamı vasitəsi ilə aliment tələbi üzrə ödənişlər aparmaq mümkün olmamışdır. Borclu tərəfindən aliment ödənişləri aparılmadığı üçün xx.xx.2025-ci il tarixdə barəsində inzibati protokol tərtib edilərək baxılması üçün Abşeron rayon məhkəməsinə göndərilmiş və məhkəmənin həmin tarixli qərarı ilə Borclu 500 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Hazırda Borclu 7428 manat aliment borcu var. Hesab edir ki, icra sənədinin icrasını təmin etmək məqsədilə, borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Göstərilənlərə əsasən və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1-ci maddəsini rəhbər tutaraq, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsi məsələsinə baxılmasını xahiş olunmuşdur. Məhkəmə iclasında Tələbkar izahatında bildirmişdir ki, borclunun pensiyasından icra sənədi üzrə borc məbləğindən 2000 manata yaxın ödəniş edilmişdir. Borclunun ümumilikdə 7000 manat borcu vardır. Odur ki, o, təqdimatın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, iş üzrə təqdimatı vermiş icra məmuru və borclu səbəbini bildirmədən məhkəməyə gəlmədiyindən məhkəmə, təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə tələbkarı dinləyib, təqdimatı və icra işini nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, iş materiallarında olan: -Bakı Şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən verilmiş 2(007)-3342/2022 nömrəli, xx.xx.2022-cü il tarixli icra sənədinə əsasən, xx.xx.2022-ci il tarixdən başlayaraq, tərəflərin birgə faktiki nikahından doğulmuş xx.xx.2012-ci il təvəllüdlü X2, xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Borclu Tələbkar xeyrinə hər ay hər uşağa görə 100 manat olmaqla cəmi 300 manat sabit pul məbləğində alimentin tutulması qərara alınmışdır. -Abşeron rayon İcra və Probasiya şöbəsinin xx.xx.2022-ci il tarixli icraata başlamaq haqqında qərarından görünür ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən verilmiş 2(007)-3342/2022 nömrəli, xx.xx.2022-cü il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. -Tələbin könüllü icrası haqqında bildiriş və sms-bildirişlərin surətindən görünür ki, Borclu Bakı Şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən verilmiş 2(007)-3342/2022 nömrəli, xx.xx.2022-cü il tarixli icra sənədinin icra olunması barədə məlumat verilmişdir. -Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş portaldan çıxarışdan görünür ki, Borclu adına daşınar və daşınmaz əmlak qeydə alınmamışdır. Təqdimat və ona əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, Borclu tərəfindən icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda üzrsüz səbəbdən icra edilməmişdir. Eyni zamanda, təqdimata əlavə olunmuş borclu şəxs barəsində kompüter məlumat çıxarışından məlum olur ki, Borclu adına hər hansı bir əmlak qeydiyyata alınmamışdır. Göründüyü kimi, icra məmuru icra hərəkətlərinin ardıcıllığını yerinə yetirmiş və növbəti, yəni borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə icra hərəkətlərinin edilməsinə əsas yaranmışdır. Belə ki, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən, məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Məhkəmə təqdimatı və ona əlavə olunmuş sənədləri tədqiq edərək hesab edir ki, təqdimat təmin edilməli, icra sənədinin icrasını təmin etmək üçün Borclu ölkədən getmək hüququ icra sənədi tam icra olunanadək məhdudlaşdırılmalıdır. Beləliklə, yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 267, 268 və 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. xx.xx.1984-cü ildə Naxçıvan Muxtar Respublikasında anadan olmuş, Abşeron rayonu, Xırdalan şəhəri, Kərim Kərimov, 35C ünvanında qeydiyyatda olan və yaşayan Borclu borc məbləği tam ödənilənə kimi ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Abşeron rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar