Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-541/2023 16.10.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əmrullayev Ceyhun Qabil oğlunun katibliyi, Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Vadim Əliyevin iştirakı ilə, Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Vadim Əliyev tərəfindən verilmiş Borclu “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə təqdimata Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Vadim Əliyev təqdimatla məhkəməyə müraciət edərək, Abşeron Rayon Məhkəməsinin 2(012)-614/2012 saylı xx.xx.2012-ci il tarixli icra sənədinə əsasən Borclu barəsində “borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” haqqında qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimata görə Abşeron rayon Məhkəməsinin 2(012)-614/2012 saylı, xx.xx.2012-cu il tarixli icra sənədinə əsasən, Borclu 1419 manat və 15 manat dövlət rüsumu tutularaq Tələbkar ödənilməlidir. İcra sənədi xx.xx.2013-cü il tarixdə Abşeron rayon icra və probasiya şöbəsinin icraatına daxil olmuş, icraata başlama haqqında qərar və müvafiq bildiriş borcluya şəxsən təqdim edilmişdir. Lakin könüllü icra müddətinin bitməsinə baxmayaraq icra sənədi üzrə tələb tam olaraq borclu tərəfindən təmin olunmamışdır. “Elektron icra” informasiya sistemi vasitəsilə borclunun əmlak vəziyyəti ilə bağlı sorğu edilmiş, adında heç bir mülkiyyət müəyyən edilməmişdir. Belə olan halda Borclu ölkədən çıxışına müvəqqəti məhdudiyyət qoyulması məqsədəmüvafiqdir. Təqdimata baxılmasının yeri və vaxtı barədə bildiriş göndərilməsinə baxmayaraq icra sənədi üzrə borclu və tələbkar məhkəməyə gəlməmiş, səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə təqdimata icra sənədi üzrə borclu və tələbkarın iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Vadim Əliyev təqdimatın təmin edilməsini xahiş etmişdir. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, təqdimat aşağıdakı əsaslara görə təmin edilməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə görə məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Məhkəmə hesab edir ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-614/2012 saylı xx.xx.2012-ci il tarixli icra vərəqəsi könüllü icra üçün müəyyən olunmuş vaxtda Borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədiyindən onun ölkədən getmək hüququ məhdudlaşdırılmalıdır. Göstərilənlərə əsasən və MPM-nin 263, 264, 267 və 268-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Abşeron Rayon Məhkəməsinin 2(012)-614/2012 saylı xx.xx.2012-ci il tarixli icra sənədinin icrası ilə bağlı xx.xx.1981-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №8(012)-541/2023
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-541/2023
16.10.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver