Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-541/2024 18.11.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Əliyev Elmir Habil oğlunun katibliyi ilə, Abşeron rayon İcra və probasiya şöbəsinin icra məmuru Kənan Abdullayevin Borclu məxsus əmlakın üzərinə həbs qoyulması və duracağa yerləşdirilməsi barədə təqdimatına Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3852/2022 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən 600 manat dəyərində televizor, 500 manat dəyərində soyuducu, 400 manat dəyərində paltaryuyan, 500 manat dəyərində kondisioner, 100 manat dəyərində tozsovuran, 50 manat dəyərində ətçəkən maşın, 500 manat dəyərində 2 ədəd çilçıraq, 30 manat dəyərində ütü, 150 manat dəyərində xalça 2 ədəd, 400 manat dəyərində 2 dəst pərdə, 150 manat dəyərində tok peçi, 300 manat dəyərində sends dəsti, meyvə qabları, xurustal qablar, yorğan, döşək, pakrıvalların X1 alınaraq X2 verilməsi, "xxxx" MMC-nin Abşeron rayonu, Masazır qəsəbəsində “AAAF-Park” yaşayış massivində inşa edimiş 7 saylı, 4 mərtəbəli yaşayış binasında 3 otaqlı, 9 saylı mənzilin satışından əldə edilmiş pul vəsaitinin 22500 manat hissəsinin Borclu alınaraq X2 verilməsi, “/JKZ 210740” markalı, **-LZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin satışından əldə edilmiş pul vəsaitinin 1700 manat hissəsi, “VAZ 21154” markalı, **-UF-*** dövlət qeydiyyat nişanlı avtomobilin satışından əldə edilmiş pul vəsaitinin 3750 manat hissəsi, “Mercedes Benz C240” markalı, **-LT-*** dövlət qeydiyyat nişanlı avtomobilin satışından əldə edilmiş pul vəsaitinin 5250 manat hissəsi və “Mercedes Benz E240” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilin satışından əldə edilmiş pul vəsaitinin 6000 manat hissəsinin X1 alınaraq X2 verilməsi, ilkin iddia tələbinin qalan hissədə təmin edilməməsi, iddia üzrə ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi, mütəxəssis hesabatının tərtibi üçün hesablanmış qiymətləndirmə haqqının 150 manat hissəsinin iddiaçıdan, 100 manat hissəsinin isə cavabdeh X1 alınaraq "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir. Abşeron rayon İcra və probasiya şöbəsinin icra məmuru Kənan Abdullayev məhkəməyə təqdimatla müraciət edərək, Borclu məxsus «VAZ 21099 minik» markalı, ** BE *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması və duracağa yerləşdirilməsi barədə müvafiq qərardad çıxarılmasını xahiş etmişdir. Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Kənan Abdullayev təqdimatı onunla əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3852/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən 600 manat dəyərində televizor, 500 manat dəyərində soyuducu, 400 manat dəyərində paltaryuyan, 500 manat dəyərində kondisioner, 100 manat dəyərində tozsovuran, 50 manat dəyərində ətçəkən maşın, 500 manat dəyərində 2 ədəd çilçıraq, 30 manat dəyərində ütü, 150 manat dəyərində xalça 2 ədəd, 400 manat dəyərində 2 dəst pərdə, 150 manat dəyərində tok peçi, 300 manat dəyərində sends dəsti, meyvə qabları, xurustal qablar, yorğan, döşək, pakrıvallar X1 alınaraq X2 verilməli, "xxxx" MMC-nin Abşeron rayonu, Masazır qəsəbəsində “AAAF-Park” yaşayış massivində inşa edimiş 7 saylı, 4 mərtəbəli yaşayış binasında 3 otaqlı, 9 saylı mənzilin satışından əldə edilmiş pul vəsaitinin 22500 manat hissəsi Borclu alınaraq X2 verilməli, “JKZ 210740” markalı, **-LZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin satışından əldə edilmiş pul vəsaitinin 1700 manat hissəsi, “VAZ 21154” markalı, **-UF-*** dövlət qeydiyyat nişanlı avtomobilin satışından əldə edilmiş pul vəsaitinin 3750 manat hissəsi, “Mercedes Benz C240” markalı, **-LT-*** dövlət qeydiyyat nişanlı avtomobilin satışından əldə edilmiş pul vəsaitinin 5250 manat hissəsi və “Mercedes Benz E240” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilin satışından əldə edilmiş pul vəsaitinin 6000 manat hissəsi X1 alınaraq X2 verilməli, mütəxəssis hesabatının tərtibi üçün hesablanmış qiymətləndirmə haqqının 150 manat hissəsi tələbkardan, 100 manat hissəsi isə borclu X1 alınaraq "xxxx" MMC-yə ödənilməlidir. İcra sənədi xx.xx.2024-cü il tarixdə Abşeron rayon İcra və probasiya şöbəsinin icraatına daxil olmuş və qanuna müvafiq icra hərəkətlərinə başlanılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Elektron sisteminə sorğu edilməsi zaman Borclu məxsus “VAZ 21099 minik” markalı, ** BE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi aşkar olunmuşdur. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə yuxarıda göstərilən avtomobilin üzərinə həbs qoyulmaqla, borc tələbi borclunun əmlakına yönəldilməlidir. Qeyd edilənlərə əsasən o, təqdimatın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı haqqında məlumat verilməsinə baxmayaraq təqdimat vermiş icra məmuru və icra sənədi üzrə tərəflər səbəbini bildirmədən məhkəməyə gəlmədiklərindən məhkəmə təqdimata Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Elektron İcra İnformasiya Sistemindən çıxarılmış Borclu şəxsi kartoçkasından görünür ki, «VAZ 21099 minik» markalı, ** BE *** dövlət qeydiyyat nişanlı avtomobil Borclu mülkiyyətindədir. Məhkəmə təqdimatı və ona əlavə olunmuş sənədləri tədqiq edərək hesab edir ki, təqdimat qismən təmin olunmalıdır. Belə ki, məhkəmə hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3852/2022 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu məxsus «VAZ 21099 minik» markalı, ** BE *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.1-ci maddəsinə görə tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Həmin Qanunun 50.1-ci maddəsinə əsasən icraata başlamaq haqqında qərar borcluya təqdim olduğu gündən ən geci 1 ay müddətində, təxirəsalınmaz hallarda isə qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. Həmin Qanunun 50.2-ci maddəsinə görə borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə, əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun yuxarıda qeyd olunan maddələrinin tələbinə görə üzərinə həbs qoyulması əmlak üzrə digər icra hərəkətlərinin aparılmasını qanunvericilik icra məmurunun vəzifəsi kimi müəyyən etdiyindən, bu hal təqdimatın «VAZ 21099 minik» markalı, ** BE *** dövlət qeydiyyat nişanlı avtomobilin duracağa yerləşdirilməsi hissəsinin təmin olunması zərurətini aradan qaldırmışdır. Yuxarıda göstərilənlərə əsasən “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45, 50-ci və Azərbaycan Respublikası MPM-in 263, 264, 267, 268 və 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Abşeron rayon İcra və probasiya şöbəsinin icra məmuru Kənan Abdullayevin təqdimatı qismən təmin edilsin. Borclu məxsus «VAZ 21099 minik» markalı, ** BE *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulsun. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) şikayət verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №8(012)-541/2024
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-541/2024
18.11.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver