Məhkəmə qərarları › İş №8(012)-546/2022

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-546/2022

25.08.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-546/2022 25.08.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədirliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, Borclu iştirakı ilə Borclu barəsində məcburi gətirilmə tədbirinin tətbiq olunması barədə Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Nicat Ramazaninin təqdimatına Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-1430/2017 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən iddiaçi X1 apellyasiya şikayəti təmin edilməməsi, cavabdeh Borclu apelyasiya şikayəti qismən təmin edilməsi, Abşeron Rayon Məhkəməsinin bu iş üzrə 29 dekabr 2016-cı il tarixli 2(012)-9124/2016 saylı qətnaməsi Borclu vurulmuş maddi zərərin əvəzi olaraq 87000 (səksən yeddi min) manat məbləğində alınıb X2 ödənilməsi hissəsində dəyişdirilməsi, Borclu vurulmuş maddi zərərin əvəzi olaraq 29246 (iyirmi doqquz min iki yüz qırx altı) manat məbləğində və stomatoloji avadanlıqların alınması məqsədilə ödənilmiş 3600 (üç min altı yüz) manat məbləğində pul vəsaitinin əvəzi, ümumilikdə 32846 (otuz iki min səkkiz yüz qırx altı) manat məbləğində pul vəsaiti tutularaq X2 ödənilməsi, ilk iddia üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçının özünə aid edilməsi, ilk iddianın qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, X3 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MA seriyalı, ******* saylı çıxarışa əsasən Borclu məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsi, 372 saylı sahədə yerləşən 0,06 ha torpaq sahəsindən çıxarılması, qarşılıqlı iddia qalan hissədə təmin edilməməsi, qətnamə ilə təmin edilmiş ilk və qarşılıqlı iddia tələbləri hər iki tərəf üçün eyni vaxtda icra edilməsi, qarşılıqlı iddia üzrə ödənilmiş 10 (on) manat dövlət rüsumu iddiaçının özənə aid edilməsi, iş üzrə keçirilmiş ekspertiza xərcləri 100 (yüz) manat cavabdeh Borclu alınıb Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** hesabına keçirilməsi qərara alınmışdır. Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Nicat Ramazani təqdimatla məhkəməyə müraciət edərək, Borclu məcburi qaydada gətirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Nicat Ramazani təqdimatı onunla əsaslandırmışdır ki, Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-1430/2017 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən, Borclu 32876 manat pul vəsaitinin tutularaq Tələbkar ödənilməsi qət edilmişdir. İcra sənədi xx.xx.2022-ci il tarixdə Abşeron rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş, həmin tarixdə də icraata başlama haqqında qərar və bildiriş qəbul olunaraq tərəflərə və aidiyyatı məhkəməyə göndərilmişdir. Bütün bunlara baxmayaraq, borclu şəxs tərəfindən icra sənədi üzrə tələb icra edilməmişdir. Borclu istifadəsində olan mobil nömrələrlə əlaqə saxlanılmış, həmçinin borcluya SMS bildiriş göndərilmişdir. Lakin borclu icra məmurlarının çağırışlarına məhəl qoymayaraq şöbəyə göndərilmişdir. Belə olan halda Borclu qızının məcburi qaydada şöbəyə gətirilməsi zərurəti yaranmışdır. Qeyd olunanlara əsasən, o, təqdimatın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Borclu məhkəmə iclasında izahatında bildirdi ki, o, Qusar icra şöbəsində və Abşeron icra şöbəsində olmuş və heç vaxt çağırışdan yayınmamışdır. O, Nicat Ramazaninin hərəkətlərindən şikayət etmişdir. Hətta 1 həftə əvvəl qohumu icra şöbəsində olmuşdur. Odur ki, o, təqdimatın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı haqqında məlumat verilməsinə baxmayaraq təqdimatı vermiş icra məmuru və icra sənədi üzrə tələbkar səbəbini bildirmədən məhkəməyə gəlmədiklərindən məhkəmə təqdimata Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə borclunu dinləyib, təqdimatı tədqiq edərək işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, təqdimat təmin olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən, icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmə qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Beləliklə, məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, borclu icra sənədini uzun müddət ərzində icra etmədiyindən və icra məmurunun çağırışına baxmayaraq Abşeron rayon İcra və Probasiya Şöbəsinə gəlməkdən üzrsüz səbəbdən yayındığından təqdimat təmin edilməli, xx.xx.1975-ci il təvəllüdlü, Qusar rayonu, Cibir kəndində anadan olmuş, Qusar rayonu, Cibir kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan Borclu barəsində məcburi gətirilmə tədbiri tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 263, 264, 267, 268 və 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Təqdimat təmin edilsin. Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-1430/2017 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar olaraq xx.xx.1975-ci il təvəllüdlü, Qusar rayonu, Cibir kəndində anadan olmuş, Qusar rayonu, Cibir kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan Borclu məcburi qaydada Abşeron rayon İcra və Probasiya Şöbəsinə gətirilsin. Qərardadın icrası Abşeron rayon Polis İdarəsinə həvalə edilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar