Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-547/2023 16.10.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əmrullayev Ceyhun Qabil oğlunun katibliyi iştirakı ilə, Borclu məxsus olan torpaq sahəsi üzərinə həbs qoyulması barədə Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Qəribağa Mirhəşimovun təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin 2(012)-3009/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Borclu 3222.05 manat məbləğində borc tutularaq Tələbkar ASC-nin xeyrinə ödənilməlidir. Həmin icra sənədinin icrası ilə bağlı Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Qəribağa Mirhəşimovun borcluya məxsus torpaq sahəsi üzərinə həbs qoyulması barədə təqdimatı xx.xx.2023-cü il tarixdə məhkəmənin icraatına daxil olmuşdur. Təqdimat onunla əsaslandırılmışdır ki, Abşeron Rayon Məhkəməsinin 2(012)- 3009/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Borclu tərəfindən 3222.05 manat məbləğində borc tutularaq Tələbkar ASC-nin xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2022-ci il tarixdə Abşeron rayon icra və probasiya şöbəsinin icraatına daxil olmuş, icraata başlama haqqında qərar və müvafiq bildiriş borcluya şəxsən təqdim edilmişdir. Lakin borclu hazırkı günədək icra sənədini icra etməmişdir. Həmçinin borclunun istifadəsində olan bütün nömrələrə “SMS” bildiriş göndərilsə də, borclu icra məmurunun çağırışlarına məhəl qoymayaraq şöbəyə gəlməmişdir. “Elektron icra” informasiya sistemindən əldə edilən məlumata əsasən Borclu mülkiyyətində Abşeron rayonu, Digah qəsəbəsi ünvanında yerləşən 0.0560 ha və 0.0265 ha olan torpaq sahələrinin olması müəyyən edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı haqqında məlumat verilməsinə baxmayaraq təqdimatı vermiş icra məmuru, tələbkarın nümayəndəsi və borclu səbəbini bildirmədən məhkəməyə gəlmədiklərindən məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə təqdimatı tədqiq edib işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, təqdimat təmin olunmalıdır. Belə ki, “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi üzrə məlumatlardan görünür ki, Abşeron rayonu, Digah qəsəbəsi ərazisində yerləşən 0.0560 ha və 0.0265 ha torpaq (yaşayış məntəqələrinin torpaqları kateqoriyalı) sahələri Borclu mülkiyyətindədir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.1-ci maddəsinə görə tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Həmin Qanunun 50.1-ci maddəsinə əsasən icraata başlamaq haqqında qərar borcluya təqdim olduğu gündən ən geci 1 ay müddətində, zəruri hallarda isə, qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. İşdən görünür ki, qanuni qüvvəsini almış Abşeron Rayon Məhkəməsinin 2(012)- 3009/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi xeyli müddətdir ki, borclu tərəfindən icra edilmir. Borclunun isə mülkiyyətində torpaq sahəsi mövcuddur, belə olan halda isə “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin tələbinə görə bu əmlakın üzərinə həbs qoyulmalıdır. MPM-nin 15.2-ci maddəsinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 2(012)-3009/2022 saylı, xx.xx.2022-ci icra sənədinin icrası ilə bağlı Borclu mülkiyyətində olan Abşeron rayonu, Digah qəsəbəsində yerləşən 0.0560 ha və 0.0265 ha torpaq sahələrinin üzərinə həbs qoyulsun. Qərardaddan qərardadın rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №8(012)-547/2023
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-547/2023
16.10.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver