Məhkəmə qərarları › İş №8(012)-549/2023

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-549/2023

14.11.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-549/2023 14.11.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məşədiyeva Fidan Eynur qızının katibliyi, Tələbkar vəkili-nümayəndəsi Vəkil iştirakı ilə Tələbkar icra məmurunun hərəkət və hərəkətsizliyindən verilmiş şikayətin geri qaytarılması barədə Tələbkar vəkili-nümayəndəsi Vəkil ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Tələbkar icra məmurunun hərəkət və hərəkətsizliyindən şikayət verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-28/2020 saylı qətnaməsinə əsasən cavabdehlər “TBC Kredit" Bank olmayan kredit təşkilatından 10554 manat və Borclu1ndən 8907 manat tutularaq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Tələbkar vəkili-nümayəndəsi Vəkil ərizə ilə məhkəməyə müraciət edərək, şikayətin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iş üzrə digər tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin 13.4. maddəsinə əsasən, barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Bu səbəbdən də, məhkəmə qanunun tələblərinə istinad edərək, şikayətin geri qaytarılması əsası olaraq, analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət etmək qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.9-cü maddəsinə əsasən hakim iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, Tələbkar icra məmurunun hərəkət və hərəkətsizliyindən verilmiş şikayətin geri qaytarılması barədə Tələbkar vəkilinümayəndəsi Vəkil ərizəsi təmin edilməli, şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə onu verən şəxsə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Tələbkar icra məmurunun hərəkət və hərəkətsizliyindən verilmiş şikayətin geri qaytarılması barədə Tələbkar vəkili-nümayəndəsi Vəkil ərizəsi təmin edilməli, şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə onu verən şəxsə geri qaytarılmalıdır. . Qərardaddan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar