Məhkəmə qərarları › İş №8(012)-550/2022

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-550/2022

14.09.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-550/2022 14.09.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, İcra sənədi üzrə Tələbkar, İcra sənədi üzrə Borclu iştirakı ilə, Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Kənan Abdullayev tərəfindən verilmiş Borclu “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə təqdimata Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Kənan Abdullayev təqdimatla məhkəməyə müraciət edərək, Abşeron Rayon Məhkəməsinin 2(012)- 4012/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən Borclu barəsində “borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” haqqında qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimata görə Abşeron Rayon Məhkəməsinin 2(012)-4012/2021 saylı, xx.xx.2021ci il tarixli icra vərəqəsinə əsasən X1 Tələbkar Qüdrət qızının xeyrinə 07 iyul 2009-cu il təvəllüdlü X3, 29 oktyabr 2010-cu il təvəllüdlü X2 və 11 may 2021-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay qazancının (başqa gəlirlərinin) yarısı miqdarında aliment, habelə 11 may 2021-ci il təvəllüdlü X4 3 (üç) yaşı tamam olana kimi hər ay 150 manat sabit pul məbləğində aliment tutulmalıdır. Göstərilən icra sənədi xx.xx.2022-ci il tarixdə icraata daxil olmuş və icraata başlama haqqında qərar hər iki tərəfə göndərilmişdir. Belə ki, iş üzrə Borclu hazırki vaxta qədər icra vərəqəsi üzrə göstərilən tələbi icra etməmişdir. Belə olan halda icra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu barəsində məcburi icra tədbirlərinin görülməsi zərurəti yaranmışdır. Məhkəmə iclasında icra sənədi üzrə Tələbkar təqdimatın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında icra sənədi üzrə borclu X6 təqdimatın rədd edilməsini xahiş etdi. Təqdimata baxılmasının yeri və vaxtı barədə bildiriş göndərilməsinə baxmayaraq təqdimat vermiş şəxs məhkəməyə gəlməmiş, səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə təqdimata təqdimat vermiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə icra sənədi üzrə tərəfləri dinləyib, təqdimatı və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, təqdimat aşağıdakı əsaslara görə təmin edilməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə görə məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Məhkəmə hesab edir ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-4012/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu X6 tərəfindən üzrsüz səbəbdən icra edilmədiyindən borclu X5 ölkədən getmək hüququ məhdudlaşdırılmalıdır. Göstərilənlərə əsasən və MPM-nin 263, 264, 267 və 268-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: xx.xx.1980-ci il tarixdə Ağdaş rayonunda anadan olmuş, Abşeron rayonu, Məmmədli kəndində qeydiyyatda olmaqla yaşayan borclu X5 ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar