Məhkəmə qərarları › İş №8(012)-552/2024

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-552/2024

10.12.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-552/2024 10.12.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, Tələbkar iştirakı ilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Abşeron rayon İcra və probasiya şöbəsinin icra məmuru Hacı Hacızadənin təqdimatına Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Naxçıvan MR Ordubad rayon Məhkəməsinin 2(080)-15/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu 41000 manat məbləğində pulun və 213.40 manat ödənilmiş dövlət rüsumun əvəzi alınıb Tələbkar verilməsi qət edilmişdir. Abşeron rayon İcra və probasiya şöbəsinin icra məmuru Hacı Hacızadə təqdimatla məhkəməyə müraciət edərək, borclu fiziki şəxs Borclu ölkədən (Azərbaycan Respublikası hüdudlarından) getmək hüququnun icra vərəqəsi üzrə borc məbləği tam ödənilənə kimi müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Abşeron rayon İcra və probasiya şöbəsinin icra məmuru Hacı Hacızadə təqdimatında göstərmişdir ki, Naxçıvan MR Ordubad rayon Məhkəməsinin 2(080)-15/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədində Borclu 41000 manat məbləğində pulun və 213.40 manat ödənilmiş dövlət rüsumun əvəzi alınıb Tələbkar verilməsi göstərilmiş,icra sənədi Naxçıvan MR-nın Ordubad rayon icra və probasiya bölməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə ərazi üzrə aidiyyət edilmiş və xx.xx.2023-cü il tarixində Abşeron rayon icra və probasiya şöbəsinin icraatına daxil olmuş, həmin tarixdə “İcraata başlamaq haqqında" qərar və tələbin könüllü icrası ilə bağlı bildiriş borcluya göndərilmiş, lakin borclu bildirişi qəbul etməkdən imtina etmişdir. Borclu heç bir üzrlü səbəb göstərmədən könüllü icra üçün verilmiş müddətdə icra tələbini tam təmin etməmişdir. Borclu ölkəni tərk etmək ehtimalı olduğundan borclu fiziki şəxs Borclu ölkədən çıxışına müvəqqəti məhdudiyyət qoyulması məqsədə müvafiqdir. Borclunun əmlak vəziyyəti, gəlirləri barədə müvafiq sorğular edilmiş və Dövlət Gömrük Komitəsində (sürücü) əmək müqaviləsinin olması, 432 manat əmək haqqı alması müəyyən edilmişdir. Beləliklə tələbin borclunun gəlirlərinə yönədilməsi barədə qərar qəbul edilmiş və icra olunması 183467/2023-7C nömrəli məktubla iş yerinə göndərilmişdir. Eyni zamanda aparılmış icra tədbirləri nəticəsində borclunun mülkiyyətində Şabran rayonu, Mollakamallı kəndi ərazisində yerləşən ********** qeydiyyat nömrəli **********33 reyestr nömrıli 1.2320 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi aşkar edilmiş və göstərilən əmlakın üzərinə həbsin qoyulması və açıq hərracda satılaraq tələbin əmlaka yönəldilməsi məqsədi ilə təqdimatla Abşeron rayon Məhkəməsinə müraciət edilmiş və Abşeron rayon Məhkəməsinin 8(012)- 590/2023 saylı xx.xx.2023-cü il tarixli qərardına əsasən təqdimat təmin edilmişdir.Bundan sonra üzərinə həbs qoyulmuş əmlak qiymətləndirilməyə göndərilmiş və əmlak bazar qiyməti 6776 manat məbləğində müəyyən edilmişdir. Qeyd edilənlərə əsasən o, təqdimatın təmin edilməsini xahiş etmişdir. Tələbkar məhkəmə iclasında izahat verərək bildirdi ki, Məhdudiyyət qoyulsun.Borclu xaricə gedib gəlir. Onun borcunu ödənilməsi üçün məhdudiyyət qoyulmlıdır.Ölkəni tərk etsə borcunu ödəməyəcək və yayınacaq. Odur ki, təqdimatın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı haqqında məlumat verilməsinə baxmayaraq təqdimatı vermiş icra məmuru və borclu səbəbini bildirmədən məhkəməyə gəlmədiyindən məhkəmə Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı tədqiq edərək, işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, təqdimat təmin olunmalıdır. Təqdimat və ona əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, Borclu tərəfindən icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda üzrsüz səbəbdən icra edilməmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Beləliklə, məhkəmə işin faktiki hallarını və toplanmış sübutları qiymətləndirərək hesab edir ki, təqdimat təmin edilməli, icra sənədinin icrasını təmin etmək üçün xx.xx.1975-ci ildə anadan olmuş, Naxçıvan MR ünvan 1i ünvanında qeydiyyatda olan, lakin ünvan 2aşayan Borclu ölkədən (Azərbaycan Respublikası hüdudlarından) getmək hüququ icra vərəqəsi üzrə borc məbləği tam ödənilənə kimi müvəqqəti məhdudlaşdırılmalıdır. Beləliklə, yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 267, 268 və 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Təqdimat təmin edilsin. Naxçıvan MR Ordubad rayon Məhkəməsinin 2(080)-15/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədinin icrasını təmin etmək üçün xx.xx.1975-ci ildə anadan olmuş, Naxçıvan MR ünvan 1i ünvanında qeydiyyatda olan, ünvan 2aşayan Borclu ölkədən (Azərbaycan Respublikası hüdudlarından) getmək hüququ icra vərəqəsi üzrə borc məbləği tam ödənilənə kimi müvəqqəti məhdudlaşdırılsın. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal müvafiq icra hakimiyyəti orqanına məlumat verilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar