Məhkəmə qərarları › İş №8(012)-553/2022

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-553/2022

08.09.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-553/2022 08.09.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədirliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, Tələbkar iştirakı ilə Abşeron rayon İcra və probasiya şöbəsinin icra məmuru Qəribağa Mirhəşimovun Borclu borc tam ödənilənə kimi müvəqqəti ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə təqdimatını nəzərdən keçirib, məhkəmə MÜƏYYƏNETDİ: Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)-809/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsindən görünür ki, 08 fevral 2021-ciil tarixdən başlayaraq cavabdeh Borclu xx.xx.2016-cı il təvəllüdlü X1 və xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa 175 (yüz yetmiş beş) manat olmaqla, cəmi 350 (üç yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Tələbkar ödənilməsi qərara alınmışdır. Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Qəribağa Mirhəşimov məhkəməyə təqdimatla müraciət edərək, Borclu ölkədən (Azərbaycan Respublikası hüdudlarından) getmək hüququnun icra vərəqəsi üzrə borc məbləği tam ödənilənə kimi müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsi məsələsinə baxılmasını məhkəmədən xahiş etmişdir. Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Qəribağa Mirhəşimov təqdimatını onunla əsaslandırdı ki, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)- 809/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən iki uşağın saxlanılması üçün Borclu cəmi 350 manat sabit pul məbləğində aliment tutulub X3 ödənilməsi qərara alınmışdır. İcra sənədi xx.xx.2021-ci il tarixdə Abşeron rayon icra və probasiya şöbəsinin icraatına daxil olmuş, həmin tarixdə “icraata başlamaq haqqında” qərar tərəflərə göndərilmiş, eyni zamanda bu barədə tələbkara və məhkəməyə məlumat verilmişdir. Borclu fiziki şəxs icra məmuru tərəfindən dəfələrlə icra şöbəsinə dəvət olunsa da o icra məmurunun çağırışlarına məhəl qoymayaraq icra şöbəsinə gəlməmiş və bu barədə icra məmuruna heç bir məlumat verməmişdir. Həmçinin tələbkara olan borcundan heç bir ödəniş etməmişdir Bu hərəkətləri ilə borclu icra sənədi üzrə tələbi icra etməkdən yayınmış və icra məmurunun çağırışlarına məhəl qoymamışdır. Aparılmış icra tədbirləri nəticəsində məlum olmuşdur ki, borclu fiziki şəxs ölkəni tərk etmək niyyətindədir. Odur ki, borclu fiziki şəxs Borclu ölkədən çıxışına müvəqqəti məhdudiyyət qoyulması məqsədə müvafiqdir. Odur ki, o, təqdimatın təmin edilməsini xahiş etmişdir. Tələbkar məhkəmə iclasında izahatında bildirdi ki, borclu 1 ildir ki, heç bir ödəniş etmir. Borclu işsizdir və narkotik vasitələrindən istifadə edir.1 aydır ki, borclu ilə ayrı yaşayırlar. Onlara qaynanası baxırdı. Borclu onlara baxmır və kömək etmir. Hal-hazırda nikahları pozulmamışdır. 2 uşağa 350 manat aliment kəsilmişdir. Odur ki o, təqdimatın təmin olunmasını xahiş etdi. Məhkəmə tələbkarı dinləyib işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, təqdimat geri qaytarılmalıdır. Belə ki, icra məmuru təqdimatının məzmununda uyğunsuzluğa yol vermiş və göstərdiyi icra vərəqəsi ilə təqdimatdakı tələbkarın adı arasında ziddiyət yaranmış, təqdimatda tələbkarın adı Tələbkar əvəzinə X4 olaraq göstərilmişdir. Belə olan halda məhkəmə təqdimatın araşdırılmasını və hüquqi qiymət verilməsini qeyri-mümkün hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.1-ci maddəsinə əsasən, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Belə olan halda məhkəmə hesab edir ki, MPM-in 152.1.1-ci maddəsinin müddəası hazırki ərizəyə qanunun analogiyası qaydasında tətbiq olunmalı və Abşeron rayon İcra və probasiya şöbəsinin icra məmuru Qəribağa Mirhəşimov Borclu borc tam ödənilənə kimi müvəqqəti ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə təqdimatı geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 152, 263, 264cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: Abşeron rayon İcra və probasiya şöbəsinin icra məmuru Qəribağa Mirhəşimov Borclu borc tam ödənilənə kimi müvəqqəti ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə təqdimatı geri qaytarılsın. İcra məmuruna təqdimatın qaytarılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Abşeron rayon Məhkəməsinə şikayət verilə bilər. Hakimi: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar