Məhkəmə qərarları › İş №8(012)-553/2023

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-553/2023

30.10.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-553/2023 30.10.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Məşədiyeva Fidan Eynur qızının katibliyi ilə, Borclu məcburi gətirilməsi barədə Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Vadim Əliyevin təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin 2(012)-1659/2019 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsinə əsasən, Borclu iddiaçı ASC "xxxx" Sığorta Şirkətinin xeyrinə 1243 manat sığorta ödənişi, 26.35 manat dövlət rüsumunun tutulması, həmçinin keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 120 manatdan 105.4 manat Borclu, 14.6 manat ASC "xxxx" Sığorta Şirkətindən alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. xx.xx.2023-cü il tarixdə Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Vadim Əliyevin Borclu barəsində məcburi gətirilmə tədbirinin tətbiq olunması barədə təqdimatı məhkəmənin icraatına daxil olmuşdur. Təqdimat onunla əsaslandırılmışdır ki, Abşeron Rayon Məhkəməsinin 2(012)- 1659/2019 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsinə əsasən, Borclu iddiaçı ASC "xxxx" Sığorta Şirkətinin xeyrinə 1243 manat sığorta ödənişi, 26.35 manat dövlət rüsumunun tutulmalı, həmçinin keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 120 manatdan 105.4 manat Borclu, 14.6 manat ASC "xxxx" Sığorta Şirkətindən alınaraq dövlət büdcəsinə ödənilməlidir. İcra sənədi xx.xx.2020-ci il tarixdə şöbəyə daxil olmuş, müvafiq qərarla icraata başlanılmış, bu barədə borcluya məlumat verilmişdir. İcra sənədinin məcburiliyi ilə əlaqədar iş üzrə Borclu dəfələrlə xəbərdar olunmasına baxmayaraq, icra məmurunun çağırışlarına məhəl qoymamış və şöbəyə gəlməkdən boyun qaçırmışdır. Bu səbəbdən də icra vərəqəsinin icrasını təmin etmək məqsədi ilə Borclu barəsində məcburi gətirilmə tədbirinin tətbiq olunması məqsədəmüvafiqdir. Ona görə də Borclu barəsində məcburi gətirilmə tədbirinin tətbiq olunması barədə qərardad qəbul edilməsi xahiş olunmuşdur. Təqdimatı vermiş şəxs, tələbkar və borclu məhkəmə iclasına dəvət edilsələr də, məhkəmə iclasına gəlməmiş, məhkəmə iclası təqdimatı vermiş şəxsin, tələbkarın və borclunun iştirakı olmadan keçirilmişdir. Məhkəmə təqdimat və təqdimata əlavə olunmuş materialları araşdırıb belə qənaətə gəlir ki, təqdimat təmin edilməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən, icra məmurunun gətirilməsi çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmə qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. İş materiallarında olan icraata başlamaq haqqında qərarın və bildirişin surətindən görünür ki, icra sənədi üzrə icraata başlanılmış, Borclu icra sənədinin icra olunması barədə məlumat verilmiş, lakin üzrsüz səbəbdən o, Abşeron rayon İcra və Probasiya şöbəsinə gəlməmiş və icra sənədini icra etməkdən yayınmışdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Borclu icra sənədini uzun müddət ərzində icra etmədiyindən və icra məmurunun bildiriş göndərməsinə, telefon və sms vasitəsilə çağırışına baxmayaraq Abşeron rayon İcra və Probasiya şöbəsinə gəlməkdən üzrsüz səbəbdən yayındığından təqdimat təmin edilməli və Borclu barəsində məcburi gətirilmə tədbiri tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 267, 268 və 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 2(012)-1659/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinin icrası ilə əlaqədar olaraq xx.xx.1971-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2ında yaşayan borclu Manafov X1 rayon İcra və Probasiya şöbəsinə məcburi qaydada gətirilsin. Qərardadın icrası Abşeron rayon Polis İdarəsinə həvalə edilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində ondan Abşeron rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar