Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-554/2022 25.08.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədirliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi ilə, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Nicat Ramazaninin təqdimatına Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Sabunçu Rayon Məhkəməsinin 2(008)-4263/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2018-ci il təvəllüdlü X2 boşanmadan sonra anası Tələbkar himayəsinə verilməsi, məhkəməyə müraciət olunduğu xx.xx.2021-ci il tarixdən başlayaraq (Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı nəzərə alınmaqla) xx.xx.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Borclu hər ay 175 (yüz yetmiş beş) manat sabit pul məbləğində aliment tutularaq Tələbkar verilməsi qərara alınmışdır. Abşeron rayon icra və probasiya şöbəsinin icra məmuru Nicat Ramazani təqdimatla məhkəməyə müraciət edərək, Sabunçu Rayon Məhkəməsinin 2(008)-4263/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən xx.xx.1993-cü il təvəllüdlü ünvan 1i ünvanında qeydiyyatda olan və yaşayan Borclu ölkədən (Azərbaycan Respublikası hüdudlarından) getmək hüququnun icra vərəqəsi üzrə borc məbləği tam ödənilənə kimi müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsi məsələsinə baxılmasını xahiş etmişdir. Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Nicat Ramazani təqdimatı onunla əsaslandırmışdır ki, Sabunçu Rayon Məhkəməsinin 2(008)-4263/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən, Borclu 1 azyaşlı yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 175 manat pulunun tutularaq Tələbkar ödənilməsi qərara alınmışdır. İcra sənədi xx.xx.2021-ci il tarixdə Abşeron rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş həmin tarixdə də icraata başlamaq haqqında qərar qəbul olunaraq tərəflərə və aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. İcra sənədi üzrə tələb təmin olunmadığı üçün Borclu ölkədən çıxışına müvəqqəti məhdudiyyət qoyulması məqsədə müvafiqdir. Qeyd edilənlərə əsasən o, təqdimatın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı haqqında məlumat verilməsinə baxmayaraq təqdimatı vermiş icra məmuru və icra sənədi üzrə tərəflər səbəbini bildirmədən məhkəməyə gəlmədiklərindən məhkəmə, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı tədqiq edərək, işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, təqdimat təmin olunmalıdır. Təqdimat və ona əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, Borclu tərəfindən icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda üzrsüz səbəbdən icra edilməmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Beləliklə, məhkəmə işin faktiki hallarını və toplanmış sübutları qiymətləndirərək hesab edir ki, təqdimat təmin edilməli, icra sənədinin icrasını təmin etmək üçün xx.xx.1993-cü il təvəllüdlü, ünvan 1ində anadan olmuş, ünvan 1i ünvanında qeydiyyatda olan və yaşayan Borclu ölkədən (Azərbaycan Respublikası hüdudlarından) getmək hüququ icra vərəqəsi üzrə borc məbləği tam ödənilənə kimi müvəqqəti məhdudlaşdırılmalıdır. Beləliklə, yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 267, 268 və 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Təqdimat təmin edilsin. Sabunçu Rayon Məhkəməsinin 2(008)-4263/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinin icrasını təmin etmək üçün xx.xx.1993-cü il təvəllüdlü, ünvan 1ində anadan olmuş, ünvan 1i ünvanında qeydiyyatda olan və yaşayan Borclu ölkədən (Azərbaycan Respublikası hüdudlarından) getmək hüququ icra vərəqəsi üzrə borc məbləği tam ödənilənə kimi müvəqqəti məhdudlaşdırılsın. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal müvafiq icra hakimiyyəti orqanına məlumat verilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №8(012)-554/2022
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-554/2022
25.08.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver