Məhkəmə qərarları › İş №8(012)-556/2023

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-556/2023

19.10.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-556/2023 19.10.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əmrullayev Ceyhun Qabil oğlunun katibliyi ilə, Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Vadim Əliyev tərəfindən verilmiş Borclu “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə təqdimata Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİM: Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Vadim Əliyev təqdimatla məhkəməyə müraciət edərək, Bakı şəhəri, Pirallahı Rayon Məhkəməsinin 2(094)- 196/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən Borclu barəsində “borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” haqqında qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Abşeron Rayon İcra və Probasiya Şöbəsi məhkəməyə ərizə təqdim edərək, həmin təqdimatın geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə işin faktiki hallarını və toplanmış sübutları qiymətləndirərək hesab edir ki, ərizə təmin edilməli və təqdimat geri qaytarılmalıdır. Belə ki, Bakı şəhəri, Pirallahı Rayon Məhkəməsinin 2(094)-196/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən Borclu barəsində borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılmasına dair verilmiş təqdimatda anlaşılmazlıq olduğundan geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Borclu ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə Abşeron Rayon İcra və Probasiya Şöbəsinin təqdimatı geri qaytarılsın. Qərardaddan qərardadın rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar