Məhkəmə qərarları › İş №8(012)-557/2022

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-557/2022

25.08.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-557/2022 25.08.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədirliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi ilə Abşeron rayon İcra və probasiya şöbəsinin icra məmuru Vadim Əliyevin Borclu borc tam ödənilənə kimi müvəqqəti ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə təqdimatını nəzərdən keçirib, məhkəmə MÜƏYYƏNETDİ: Abşeron Rayon Məhkəməsinin 2(012)-1507/2020 saylı, xx.xx.2020-ci il tarixli icra vərəqəsindən görünür ki, cavabdeh Borclu xx.xx.2014-cü iltəvəllüdlü X3 xx.xx.2016-cı il təvəllüdlü X4 və xx.xx.2017-ci il tıvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2020-ci iltarixdən başlayaraq hər ay hər uşaq üçn 170 (yüz yetmiş) manat, cəmi 510 (beş yüz on) manat sabit pul məbləğində aliment iddiaçı X1 xeyrinə tutulması qərara alınmışdır. Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Vadim Əliyev məhkəməyə təqdimatla müraciət edərək, Borclu ölkədən (Azərbaycan Respublikası hüdudlarından) getmək hüququnun icra vərəqəsi üzrə borc məbləği tam ödənilənə kimi müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsi məsələsinə baxılmasını məhkəmədən xahiş etmişdir. Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Vadim Əliyev təqdimatını onunla əsaslandırdı ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-1507/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən Borclu 3 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay cəmi 510 manat sabit pul məbləğində aliment tutularaq X6 ödənilməsi, Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-532/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Borclu oğlundan 3 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay cəmi 390 manat sabit pul məbləğində aliment tutularaq X6 ödənilməsi qərara alınmışdır. Qeyd edilən icra sənədləri müxtəlif tarixlərdə Abşeron rayon icra və probasiya şöbəsinin icraatına daxil olmuş, icraata başlamaq haqqında qərar və müvafiq bildiriş borcluya şəxsən təqdim olunmuşdur.Lakin borclu şəxs icra sənədləri üzrə tələbi tam şəkildə yerinə yetirmədiyi üçün Abşeron Rayon Məhkəməsinin 2(012)-1507/2020 saylı, xx.xx.2020-ci il tarixli, Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-532/2021 saylı xx.xx.2021-ci il tarixli,icra sənədləri üzrə 12000 manatdan artıq aliment borcu yaranmışdır. “Elektron icra” informasiya sistemi vasitəsilə borclunun əmlak vəziyyəti ilə bağlı sorğu edilmiş, lakin adına tələbin yönəldiləcəyi heç bir əmlak aşkar edilməmişdir. Belə olan halda Borclu ölkədən çıxışına müvəqqəti məhdudiyyət qoyulması məqsədəmüvafiqdir. Odur ki, o, təqdimatın təmin edilməsini xahiş etmişdir. Məhkəmə təqdimatı tədqiq edərək işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, təqdimat geri qaytarılmalıdır. Belə ki, icra məmuru təqdimatının məzmununda uyğunsuzluğa yol vermiş və göstərdiyi icra vərəqəsi ilə təqdimatdakı tələbkarın adı arasında ziddiyət yaranmış, təqdimatda tələbkarın adı X2 əvəzinə X8 olaraq göstərilmişdir. Belə olan halda məhkəmə təqdimatın araşdırılmasını və hüquqi qiymət verilməsini qeyri-mümkün hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.1-ci maddəsinə əsasən, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Belə olan halda məhkəmə hesab edir ki, MPM-in 152.1.1-ci və 152.2-ci maddəsinin müddəası hazırki ərizəyə qanunun analogiyası qaydasında tətbiq olunmalı və Abşeron rayon İcra və probasiya şöbəsinin icra məmuru Vadim Əliyev Borclu borc tam ödənilənə kimi müvəqqəti ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə təqdimatı geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 152, 263, 264cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: Abşeron rayon İcra və probasiya şöbəsinin icra məmuru Vadim Əliyev Borclu borc tam ödənilənə kimi müvəqqəti ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə təqdimatı geri qaytarılsın. İcra məmuruna təqdimatın qaytarılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Abşeron rayon Məhkəməsinə şikayət verilə bilər. Hakimi: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar