Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-557/2024 10.12.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, Tələbkar iştirakı ilə Abşeron rayon İcra və probasiya şöbəsinin icra məmuru Vadim Əliyevin Borclu mülkiyyətində olan əmlakın üzərinə həbs qoyulması barədə təqdimatına Xırdalan şəhərində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Bakı şəhəri, 14 saylı Notariat ofisinin 8İ-1209 nömrəli xx.xx.2024-cü il tarixli icra qeydinə əsasən Borclu 17025 manat tutularaq Tələbkar ödənilməsi qərar alınmışdır. Abşeron rayon İcra və probasiya şöbəsinin icra məmuru Vadim Əliyev məhkəməyə təqdimatla müraciət edərək, icra sənədinin icrasını təmin etmək məqsədilə Borclu mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləşən 0,082070 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin üzərinə həbs qoyulması barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Abşeron rayon İcra və probasiya şöbəsinin icra məmuru Vadim Əliyev təqdimatı onunla əsaslandırmışdır ki, Bakı şəhəri, 14 saylı Notariat ofisinin 8İ-1209 nömrəli xx.xx.2024-cü il tarixli icra qeydinə əsasən Borclu 17025 manat tutularaq Tələbkar ödənilməlidir. Qeyd olunan icra sənədinə dair Bakı şəhəri Yasmal rayon icra şöbəsi tərəfindən icraata başlanılmış, sonradan icra sənədi aidiyyəti üzrə Abşeron rayon İcra və Probasiya şöbəsinə göndərilmiş və xx.xx.2024-cü il tarixdə Abşeron rayon İcra və probasiya şöbəsinin icraatına daxil olmuşdur. Borclu şəxs tələbi könüllü olaraq icra etmədiyi üçün barəsində məcburi icra tədbirlərinin görülməsi zəurəti yaranmışdır. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə yuxarıda göstərilən əmlakın üzərinə həbs qoyulmaqla, borc tələbi borclunun əmlakına yönəldilməlidir. Göstərilənlərə əsasən və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinə əsasən Borclu mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləşən 0,082070 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin üzərinə həbs qoyulması barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Tələbkar məhkəmə iclasında izahatında bildirdi ki, borclu 14 saylı Notariat ofisinin 8İ-1209 nömrəli xx.xx.2024-cü il tarixli icra qeydinin icrasından yayındığından təqdimatın təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı haqqında məlumat verilməsinə baxmayaraq icra məmuru və borclu səbəbini bildirmədən məhkəməyə gəlmədiyindən məhkəmə Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tələbkarı dinləyib,təqdimatı və iş materiallarını araşdırıb,hesab edir ki, Bakı şəhəri, 14 saylı Notariat ofisinin 8İ-1209 nömrəli xx.xx.2024-cü il tarixli icra qeydinin icrasından Borclu yayındığından, icra qeydinin icrasını təmin etmək məqsədi ilə Borclu mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləşən 0,082070 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin üzərinə həbs qoyulmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.1-ci maddəsinə görə tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Həmin Qanunun 50.1-ci maddəsinə əsasən icraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 ay müddətində, təxirəsalınmaz hallarda isə qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. Yenə həmin Qanunun 50.2-ci maddəsinə görə borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə, əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 267, 268 və 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Abşeron rayon İcra və probasiya şöbəsinin icra məmuru Vadim Əliyevin təqdimatı təmin edilsin. Borclu mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləşən 0,082070 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin üzərinə həbs qoyulsun. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №8(012)-557/2024
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-557/2024
10.12.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver