Məhkəmə qərarları › İş №8(012)-559/2025

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-559/2025

15.09.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-559/2025 15.09.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fizuli Məhəmməd Fizuli oğlunun katibliyi ilə, Borclu məxsus əmlakın üzərinə qoyulmuş həbsin götürülməsinə dair Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Kənan Abdullayevin təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Kənan Abdullayev Borclu məxsus əmlakın üzərinə qoyulmuş həbsin götürülməsi barəsində təqdimatla məhkəməyə müraciət edərək qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Abşeron Rayon Məhkəməsinin 2(012)- 7926/2016 saylı, xx.xx.2017-ci il tarixli icra vərəqəsinə əsasən Borclu 20196 manat borcun tutularaq Tələbkar ödənilməsi qərara alınmışdır. Abşeron Rayon Məhkəməsinin 8(012)- 163/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadına əsasən Borclu məxsus olan Abşeron rayonu, Saray qəsəbəsi ərazisində 0.17 ha topaq sahəsinin Borclu aid olan hissəsinin üzərinə və Abşeron Rayon Məhkəməsinin 8(012)-418/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadına əsasən borcluya məxsus olan Abşeron rayonu, Saray qəsəbəsi ərazisində 0.17 ha topaq sahəsinin üzərinə həbs qoyulmuşdur. Abşeron Rayon Məhkəməsinin 2(012)-7926/2016 saylı, xx.xx.2017-ci il tarixli icra vərəqəsi üzrə Tələbkar xx.xx.2025-ci il tarixdə şöbəyə ərizə ilə müraciət edərək borclu ilə razılığa gəldiklərini, barəsində heç bir tədbir görülməməsini və Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.17 sot torpaq sahəsinin üzərindəki həbsin götürülməsini xahiş etmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Borclu məxsus olan Abşeron rayonu Saray qəsəbəsində yerləşən 0.17 sot torpaq sahəsinin üzərinə qoyulmuş həbslərin götürülməsi barədə qərardad qəbul edilməsi məsələsinə baxılması xahiş edilmişdir. Abşeron rayon İcra və Probasiya Şöbəsi və icra sənədi üzrə tərəflər təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməklə məhkəmə iclasına çağırılmalarına baxmayaraq, gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdirlər. Abşeron rayon İcra və Probasiya şöbəsinin nümayəndəsinin və icra sənədi üzrə tərəflərin məhkəmə iclasına gəlməmələri məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 231.2-ci maddəsinə əsasən təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı dəlillərini nəzərdən keçirərək hesab edir ki, təqdimat əsaslıdır. Buna görə də təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: -Abşeron Rayon Məhkəməsinin 2(012)-7926/2016 saylı, xx.xx.2017-ci il tarixli icra vərəqəsindən müəyyən olunur ki, iddia tələbi qismən təmin edilmiş, Borclu 20196 manat borc tutularaq Tələbkar ödənilməsi qət edilmişdir. -Abşeron rayon İcra və Probasiya şöbəsinin xx.xx.2020-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-7926/2016 nömrəli, xx.xx.2017-ci il tarixli icra sənədi üzrə icraata başlanması qərara alınmışdır. -Abşeron Rayon Məhkəməsinin (hakim Elman Məmmədov) 8(012)-418/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Nicat Ramazaninin təqdimatı təmin edilmiş, Borclu məxsus Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 0.17 ha torpaq sahəsinin üzərinə həbs qoyulması qərara alınmışdır. -Abşeron Rayon Məhkəməsinin (hakim Cəmilə Səfiyeva) 8(012)-163/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə Abşeron Rayon Məhkəməsinin 2(012)-7926/2016 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə Borclu məxsus olan Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 0.17 ha torpaq sahəsinin Borclu aid hissəsinin üzərinə həbs qoyulması qərara alınmışdır. -Tələbkar tərəfindən Abşeron rayon İcra və Probasiya şöbəsinin rəisi Ayaz Nuqaylıya ünvanlanmış ərizədən görünür ki, Tələbkar (tələbkar) Abşeron Rayon Məhkəməsinin 2(012)-7926/2016 saylı, xx.xx.2017-ci il tarixli icra sənədi üzrə Borclu ilə aralarında razılaşdıqlarını bildirmiş, borclu barəsində heç bir icra tədbirinin görülməməsini və Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.17 sot torpaq sahəsi üzərindəki həbsin götürülməsini xahiş etmişdir. Təqdimat və ona əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-7926/2016 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinin Borclu tərəfindən icrasını təmin etmək məqsədilə Abşeron Rayon Məhkəməsinin 8(012)- 418/2020 saylı, xx.xx.2020-ci il tarixli və 8(012)-163/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadına əsasən ona məxsus Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 0.17 ha torpaq sahəsinin və Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 0.17 ha torpaq sahəsinin Borclu aid hissəsinin üzərinə həbs qoyulmuşdur. Hazırda tələbkar ərizə ilə müraciət edərək, borclu ilə aralarında razılaşdıqlarını bildirmiş, borclu barəsində heç bir icra tədbirinin görülməməsini və Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.17 sot torpaq sahəsi üzərindəki həbsin götürülməsini xahiş etmişdir. Odur ki, icra məmuru təqdimatla müraciət edərək Borclu məxsus Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 0.17 ha torpaq sahəsinin və Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 0.17 ha torpaq sahəsinin Borclu aid hissəsinin üzərinə qoyulmuş həbsin götürülməsini xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı. İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Maddə 71. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təminatı. İ. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İİ. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. Maddə 129. Məhkəmə qərarları və onların icrası. İ. Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. İİ. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. İİİ. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 6.3. Dövlət və ictimai təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyətin sağlamlığının və mənəviyyatının qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, şərəfinin və təmiz adının müdafiəsi üçün zəruri olduqda mülki hüquqlar yalnız qanunla məhdudlaşdırıla bilər. “İcra haqqında” qanununun Maddə 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, borcluya məxsus torpaq sahəsinin üzərinə qoyulmuş həbslər götürülməlidir. Məhkəmə qanunvericiliyin qeyd olunan müddəalarına və işin faktiki hallarına əsaslanaraq hesab edir ki, iş üzrə tələkarın borclu ilə razılığa gəlməsi və bu barədə icra qurumuna ərizə ilə müraciət etməsi, bununla da məhkəmənin torpaq sahələrinin üzərinə həbs qoyulmasına dair qərardadları üzrə zərurətin aradan qalxması nəzərə alınmaqla təqdimat təmin edilməli, Borclu mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 0.17 ha torpaq sahəsinin və Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 0.17 ha torpaq sahəsinin Borclu aid hissəsinin üzərinə qoyulmuş həbs götürülməlidir. Beləliklə, yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 263, 264, 267, 268 və 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 2(012)-7926/2016 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar Borclu mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 0.17 ha torpaq sahəsinin və Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 0.17 ha torpaq sahəsinin Borclu aid hissəsinin üzərinə qoyulmuş həbs götürülsün. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Abşeron rayon Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim Mirnəsir Mirhəsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar