Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-561/2023 23.10.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əmrullayev Ceyhun Qabil oğlunun katibliyi ilə, Borclu məxsus torpaq sahəsinin üzərinə həbs qoyulması və açıq hərracda satılması barədə Abşeron rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Cəlal Səfərli tərəfindən verilmiş təqdimata açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İcra sənədi üzrə Borclu məxsus torpaq sahəsinin üzərinə həbs qoyulması və onun açıq hərracda satılması barədə Abşeron rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Cəlal Səfərlinin təqdimatı məhkəməyə daxil olmuşdur. Təqdimat onunla əsaslandırılmışdır ki, Abşeron Rayonu 2 Saylı Notariat Kontorunun 8İ-6011 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu cəmi 975 manat məbləğində pul tutularaq Tələbkar MMC-nin hesabına ödənilməlidir. Borclunun adına əmlakların olub-olmaması barədə müvafiq orqanlara sorğular göndərilmiş, Borclu məxsus ********** qeydiyyat nömrəli, **********74 reyestr nömrəli (Abşeron rayonu, Məmmədli kəndi, 0.1577 ha, yaşayış məntəqələrinin torpaqları təyinatlı) torpaq sahəsi qeydiyyata alınmışdır. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə yuxarıda göstərilən torpaq sahəsi üzərinə həbs qoyulmaqla, borc tələbi borclunun əmlakına yönəldilməlidir. Borclu (xx.xx.1985 təvəllüdlü, Abşeron rayonu) məxsus ********** qeydiyyat nömrəli, **********74 reyestr nömrəli (Abşeron rayonu, Məmmədli kəndi, 0.1577 ha, yaşayış məntəqələrinin torpaqları təyinatlı) torpaq sahəsi üzərinə həbs qoyularaq açıq hərracda satılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı haqqında məlumat verilməsinə baxmayaraq təqdimatı vermiş icra məmuru, tələbkar və borclu səbəbini bildirmədən məhkəməyə gəlmədiyindən məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə icra sənədi üzrə tələbkarı dinləyib, təqdimatı tədqiq edib işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, təqdimat qismən təmin olunmalıdır. Belə ki, təqdimata əlavə edilmiş elektron baza məlumatlarından müəyyən edilir ki, icra sənədi üzrə Borclu adına ********** qeydiyyat nömrəli torpaq sahəsi qeydiyyata alınmışdır. Borclu Abşeron Rayonu 2 saylı Notariat Kontorunun 8İ-6011 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədində göstərilən tələbləri qanunla nəzərdə tutulmuş vaxtda yerinə yetirmir, bunun nəticəsində isə qanuni qüvvəyə minmiş məhkəmə aktı xeyli müddətdir ki, icrasız qalır. Buna görə də icra sənədinin icrası ilə əlaqədar Borclu adına olan ********** qeydiyyat nömrəli torpaq sahəsinin üzərinə həbs qoyulmalıdır. MPM-nin 15.2-ci maddəsinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.1-ci maddəsinə görə tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Həmin Qanunun 50.1-ci maddəsinə əsasən icraata başlamaq haqqında qərar borcluya təqdim olduğu gündən ən geci 1 ay müddətində, zəruri hallarda isə, qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. Üzərinə həbs qoyulmuş avtomobilin açıq hərracda satılması məsələsi icra məmurunun səlahiyyətinə aid olduğundan məhkəmə hesab edir ki, təqdimat bu hissədə təmin edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Borclu məxsus ********** qeydiyyat nömrəli torpaq sahəsinin üzərinə həbs qoyulsun. Qərardaddan qərardadın rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №8(012)-561/2023
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-561/2023
23.10.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver