Məhkəmə qərarları › İş №8(012)-563/2022

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-563/2022

25.08.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-563/2022 25.08.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədirliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, Borclu iştirakı ilə, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Kənan Abdullayevin təqdimatına Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Abşeron Rayon Məhkəməsinin 2(012)-663/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən, cavabdeh Borclu 2994 manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumun əvəzi 59,94 manat tutulub iddiaçı Tələbkar MMC-nin hesabına köçürülməsi qərara alınmışdır. Abşeron rayon icra və probasiya şöbəsinin icra məmuru Kənan Abdullayev təqdimatla məhkəməyə müraciət edərək, Abşeron Rayon Məhkəməsinin 2(012)-663/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Abşeron rayonu, Xırdalan şəhəri, yataqxana 11, 26, 9,1985 qeydiyyatda olan və Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq y/m,119 nömrəli avtobusun Xırdalandakı sonuncu dayanacağında yaşayan Borclu ölkədən (Azərbaycan Respublikası hüdudlarından) getmək hüququnun icra vərəqəsi üzrə borc məbləği tam ödənilənə kimi müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsi məsələsinə baxılmasını xahiş etmişdir. Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Kənan Abdullayev təqdimatı onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-663/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Borclu 3053.94 manat tutularaq Tələbkar MMC-nin hesabına köçürülməsi qərara alınmışdır. Göstərilən icra sənədi xx.xx.2022-ci il tarixdə icraata daxil olmuş və “İcraata başlamaq haqqında” qərar hər iki tərəfə göndərilmişdir. Həmçinin tərəfimizdən aparılmış icra hərəkətləri nəticəsində iş üzrə Borclu əmlak vəziyyəti yoxlanılmış və tələbin yönəldilməsi mümkün olan hər hansı bir əmlak və yaxud pul vəsaiti müəyyən edilməmişdir. Belə ki, iş üzrə Borclu hazırki vaxta qədər icra vərəqəsi üzrə göstərilən tələbi icra etməmişdir. Belə olan halda icra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu barəsində məcburi icra tədbirləri görülməsi zərurəti yaranmışdır. Qeyd edilənlərə əsasən o, təqdimatın təmin edilməsini xahiş etmişdir. Borclu məhkəmə iclasında izahatında bildirdi ki, O, borcu olduğunu qəbul etdi.20 gün əvvəl məhkəmədə olmuş və 500 manat cərimə olundu. İşsizdir. Bu ayın sonunda ödəniş edəcəkdir. Ailəlidir və 3 uşağı vardır. Xaricə gedib- gəlmir. Odur ki, o, təqdimatın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı haqqında məlumat verilməsinə baxmayaraq təqdimatı vermiş icra məmuru və tələbkar səbəbini bildirmədən məhkəməyə gəlmədiklərindən məhkəmə, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə borclunu dinləyib, təqdimatı tədqiq edərək, işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, təqdimat təmin olunmalıdır. Təqdimat və ona əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, Borclu tərəfindən icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda üzrsüz səbəbdən icra edilməmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Beləliklə, məhkəmə işin faktiki hallarını və toplanmış sübutları qiymətləndirərək hesab edir ki, təqdimat təmin edilməli, icra sənədinin icrasını təmin etmək üçün xx.xx.1989-cu il təvəllüdlü, Abşeron rayonunda anadan olmuş, Abşeron rayonu, Xırdalan şəhəri, yataqxana 11, 26, 9, 185 qeydiyyatda olan və Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq y/m,119 nömrəli avtobusun Xırdalandakı sonuncu dayanacağında yaşayan Borclu ölkədən (Azərbaycan Respublikası hüdudlarından) getmək hüququ icra vərəqəsi üzrə borc məbləği tam ödənilənə kimi müvəqqəti məhdudlaşdırılmalıdır. Beləliklə, yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 267, 268 və 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Təqdimat təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 2(012)-663/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin icrasını təmin etmək üçün xx.xx.1989-cu il təvəllüdlü, Abşeron rayonunda anadan olmuş, Abşeron rayonu, Xırdalan şəhəri, yataqxana 11, 26, 9, 185 qeydiyyatda olan və Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq y/m,119 nömrəli avtobusun Xırdalandakı sonuncu dayanacağında yaşayan Borclu ölkədən (Azərbaycan Respublikası hüdudlarından) getmək hüququ icra vərəqəsi üzrə borc məbləği tam ödənilənə kimi müvəqqəti məhdudlaşdırılsın. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal müvafiq icra hakimiyyəti orqanına məlumat verilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar