Məhkəmə qərarları › İş №8(012)-564/2025

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-564/2025

11.09.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-564/2025 11.09.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fizuli Məhəmməd Fizuli oğlunun katibliyi ilə, Tələbkar Sadiq oğlunun, Borclu iştirakı ilə, Borclu məxsus əmlakın üzərinə həbsin qoyulmasına dair Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Kənan Abdullayevin təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Kənan Abdullayev Borclu məxsus əmlakın üzərinə həbsin qoyulması barəsində təqdimatla məhkəməyə müraciət edərək qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Abşeron Rayon Məhkəməsinin 2(012)- 3373/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən Borclu maddi zərərin əvəzi kimi 5000 manat, mənəvi zərərin əvəzi kimi 1000 manat olmaqla, cəmi 6000 manat pul alınaraq Tələbkar verilməsi, iddiaçının ödəməkdən azad edildiyi 80 manat pul vəsaitinin Borclu tutularaq dövlət büdcəsinin hesabına ödənilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-110/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 2(012)-3373/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin Borclu maddi zərərin əvəzi kimi 5000 manat pulun alınaraq Tələbkar verilməsi hissəsində dəyişdirilməsi, cavabdeh Borclu 3600 manat məbləğində pul vəsaiti alınaraq iddiaçı Tələbkar verilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İcra sənədi xx.xx.2025-ci il tarixdə Abşeron rayon icra və probasiya şöbəsinin icraatına daxil olmuş və qanuna müvafiq icra hərəkətlərinə başlanılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Elektron sisteminə sorğu edilən zaman Borclu məxsus “Kamaz 65115 YÜK” markalı, **-ON-*** dövlət qeydiyyat nişanlı və “LADA 21214” minik markalı, **-BY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri aşkar olunmuşdur. İcra məmuru hesab edir ki, icra sənədinin icrasını təmin etmək məqsədi ilə yuxarıda göstərilən avtomobillərin üzərinə həbs qoyulmaqla borc tələbi borclunun əmlakına yönəldilməlidir. Göstərilənlərə əsasən “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinə əsasən Borclu məxsus “Kamaz 65115 YÜK” markalı, **-ON-*** dövlət qeydiyyat nişanlı və “LADA 21214” minik markalı, **-BY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin üzərinə həbs qoyulması və duracağa yerləşdirilməsi barədə müvafiq qərardad çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında tələbkar təqdimatı qəbul edərək təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında borclu təqdimatı qəbul etməyərək təmin edilməməsi barədə qərardad qəbul edilməsini xahiş etmiş və əlavə olaraq izahatında bildirmişdir ki, borcunu hissə-hissə ödəmək iqtidarındadır. Lakin avtomobillərin üzərinə həbs qoyulduğu təqdirdə işləyə bilməyəcəkdir. Belə ki, borclu kamaz sürücüsü olmaqla yük daşıyan avtomobil istifadə edir və gəlir mənbəyi sadəcə bundan ibarətdir. Abşeron rayon İcra və Probasiya Şöbəsi təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməklə məhkəmə iclasına çağırılmasına baxmayaraq, icra məmuru gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Abşeron rayon İcra və Probasiya şöbəsinin nümayəndəsinin məhkəmə iclasına gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 231.2-ci maddəsinə əsasən təqdimata Abşeron rayon İcra və Probasiya şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, təqdimatı dəlillərini nəzərdən keçirərək hesab edir ki, təqdimat qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: -Abşeron Rayon Məhkəməsinin 2(012)-3373/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, Borclu maddi zərərin əvəzi kimi 5000 manat, mənəvi zərərin əvəzi kimi 1000 manat olmaqla, cəmi 6000 manat pul alınaraq Tələbkar verilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iddiaçının ödəməkdən azad edildiyi 80 manat pul vəsaitinin Borclu tutularaq dövlət büdcəsinin hesabına ödənilməsi qət edilmişdir. -Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-110/2025 saylı, xx.xx.2025-ci il tarixli icra vərəqəsindən görünür ki, apellyasiya şikayəti qismən təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 2(012)-3373/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin - Borclu maddi zərərin əvəzi kimi 5000 manat pulun alınaraq Tələbkar verilməsi hissəsində dəyişdirilməsi, cavabdeh Borclu 3600 manat məbləğində pul vəsaitinin alınaraq iddiaçı Tələbkar verilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. -Abşeron rayon İcra və Probasiya şöbəsinin xx.xx.2025-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-110/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə icraata başlanması qərara alınmış, Borclu tələbin könüllü icrası haqqında bildiriş ünvanlanmışdır. -“Elektron Məhkəmə” İnformasiya Sistemindən əldə edilmiş məlumatlardan görünür ki, Borclu adına “Kamaz 65115 Yük” markalı, **-ON-*** dövlət qeydiyyat nişanlı və “Lada 21214 Minik” markalı, **-BY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri qeydiyyata alınmışdır. Təqdimat və ona əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-110/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinin borclu tərəfindən icrasını təmin etmək məqsədilə icra məmuru tərəfindən icra sənədi üzrə icra işinə başlanmış, tələbin könüllü icrası barədə borcluya bildiriş göndərilmiş, lakin borclu borcunu ödəmədiyindən tutmanı onun əmlakına yönəltmək məqsədilə əmlak vəziyyəti araşdırılmış, nəticədə borclunun adına qeydiyyata alınmış “Kamaz 65115 Yük” markalı, **- ON-*** dövlət qeydiyyat nişanlı və “Lada 21214 Minik” markalı, **-BY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri aşkar edilmişdir. Hazırda icra məmuru Kənan Abdullayev müvafiq icra sənədinin icrasının təmin edilməsi məqsədilə təqdimatla müraciət edərək adıçəkilən nəqliyyat vasitələrinin üzərinə həbs qoyulmasını xahiş etmiş, tələbkar təqdimatın təmin olunmasını xahiş etmiş, borclu isə mülkiyyətində olan “Kamaz 65115 Yük” markalı, **-ON-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsindən qazanc əldə etmək məqsədilə istifadə etdiyini bildirərək təqdimatı qəbul etməmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı. İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Maddə 71. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təminatı. İ. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İİ. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. Maddə 129. Məhkəmə qərarları və onların icrası. İ. Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. İİ. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. İİİ. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 45.1. Tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Maddə 45.6. Tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Maddə 45.7. Tələb, borclunun əmlakına, o cümlədən nağd yaxud banklarda və ya digər kredit təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinə və başqa sərvətlərinə, icra ödənişinin ödənilməsi və icra hərəkətlərinin həyata keçirilməsi üçün çəkilən xərclər də nəzərə alınmaqla, icra sənədinin icrası üçün lazım olan miqdarda və həcmdə yönəldilir. Maddə 50.1. İcraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 ay müddətində, təxirəsalınmaz hallarda isə qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. Maddə 50.2. Borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. Məhkəmə qanunvericiliyin qeyd olunan müddəalarına və işin faktiki hallarına əsaslanaraq hesab edir ki, təqdimat təmin edilməli, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-110/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə Borclu mülkiyyətində olan “LADA 21214” minik markalı, **-BY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulmalı və duracağa yerləşdirilməlidir. Məhkəmə borclunun mülkiyyətində olan “Kamaz 65115 Yük” markalı, **-ON-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması ilə bağlı qeyd edir ki, borclunun gəlir mənbəyini təşkil edən həmin nəqliyyat vasitəsinin üzərinə həbs qoyulması gələcəkdə borcun ödənilməsinə, yəni sözügedən icra sənədinin təmin edilməsinə maneə yaradacağından təqdimat həmin hissədə təmin edilməməlidir. Həmçinin məhkəmə qeyd edir ki, borclunun tələbkara olan ümumi borcu ilə üzərinə həbs qoyulan əmlakın dəyərinin mütənasibliyi baxımından məhkəmə digər əmlakın üzərinə həbs qoyulmasını məqsədəmüvafiq hesab etmir. Beləliklə, yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 263, 264, 267, 268 və 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-110/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar Borclu mülkiyyətində olan “LADA 21214” minik markalı, **- BY-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulsun və həmin avtomobil duracağa yerləşdirilsin. Qərardadın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinə həvalə edilsin. Təqdimat qalan hissədə təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Abşeron rayon Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Sədrlik edən Mirnəsir Mirhəsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar