Məhkəmə qərarları › İş №8(012)-566/2025

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-566/2025

03.10.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-566/2025 03.10.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Abiyev Fərid Nurəddin oğlunun katibliyi ilə, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Nuranə Yaqubovanın təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən verilmiş 2-010-5032/2015 nömrəli, xx.xx.2015-cü il il tarixli icra sənədinə əsasən, Borclu 38443,51 ABŞ dolları məbləğində qalıq borc və 20 manat dövlət rüsumunun tutularaq tələbkar "X1 Azərbaycan" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi qərara alınmışdır. xx.xx.2025-ci il tarixdə Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Nuranə Yaqubovanın Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatı məhkəmənin icraatına daxil olmuşdur. Təqdimatdan və icra işinin materiallarından görünür ki, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən verilmiş 2-010-5032/2015 nömrəli, xx.xx.2015-cü il il tarixli icra sənədinə əsasən, Borclu 38443,51 ABŞ dolları məbləğində qalıq borc və 20 manat dövlət rüsumunun tutularaq tələbkar "X1 Azərbaycan" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi qərara alınmışdır. Yuxarıda qeyd olunan icra sənədi xx.xx.2018-ci il tarixində Abşeron rayon icra və probasiya şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmiş, icra sənədində olan tələbi könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün tərəfimizdən borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamışdır. Hesab edir ki, icra sənədinin icrasını təmin etmək məqsədilə, borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Göstərilənlərə əsasən və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1-ci maddəsini rəhbər tutaraq Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsi məsələsinə baxılmasını məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, iş üzrə təqdimatı vermiş icra məmuru, tələbkar və borclu səbəbini bildirmədən məhkəməyə gəlmədiyindən məhkəmə, təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə təqdimatı və icra işini nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, iş materiallarında olan: -Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən verilmiş 2-010-5032/2015 nömrəli, xx.xx.2015-cü il il tarixli icra sənədinə əsasən, Borclu 38443,51 ABŞ dolları məbləğində qalıq borc və 20 manat dövlət rüsumunun tutularaq tələbkar "X1 Azərbaycan" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi qərara alınmışdır. -Abşeron rayon İcra və Probasiya şöbəsinin xx.xx.2018-ci il tarixli icraata başlamaq haqqında qərarından görünür ki, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən verilmiş 2-010-5032/2015 nömrəli, xx.xx.2015-cü il il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. -Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş portaldan çıxarışdan görünür ki, Borclu adına **********53-10301 reyestr nömrəli fərdi yaşayış evi və “BMW 750” minik markalı, ** SJ *** dövlət qeydiyyat nişanlı avtomobil qeydiyyata alınmışdır. -Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Kənan Abdullayev tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli borclunun əmlakının axtarılması barədə qərardan görünür ki, “BMW 750” minik markalı, ** SJ *** dövlət qeydiyyat nişanlı avtomobilin axtarışının həyata keçirlməsi və sözügedən avtomobilin yerinin müəyyən olunan zaman duracağa yerləşdirilməsi qərara alınmışdır. Təqdimat və ona əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, Borclu tərəfindən icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda üzrsüz səbəbdən icra edilməmişdir. Eyni zamanda, təqdimata əlavə olunmuş borclu şəxs barəsində komputer məlumat çıxarışından məlum olur ki, borclunun adına “BMW 750” minik markalı, ** SJ *** dövlət qeydiyyat nişanlı avtomobil qeydiyyata alınmışdır. Bununla bağlı məhkəmə qeyd edir ki, borclunun adına nəqliyyat vasitəsi olsa da, həmin nəqliyyat vasitəsi tapıla bilmədiyinə görə icra məmuru tərəfindən axtarış elan olunmuş, lakin hələ də tapılmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2002-ci il tarixli 89 nömrəli Qərarı ilə təsdiq edilmiş “Fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq Siyahısı”na əsasən, bu Siyahının qeyd hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla fiziki şəxs barəsində icra sənədi icra olunarkən aşağıdakı əmlaklara tələbin yönəldilməsinə yol verilmir: 1) borclu və onun ailəsinin sanitariya normaları çərçivəsində birgə yaşamalarını təmin edəcək mənzil, ev və ya onun ayrı-ayrı hissələri, həmçinin onların altında olan həyətyanı torpağa (bir ailə üçün bir ev və ya mənzildən çox olmamaq şərti ilə). Məhkəmə qeyd edir ki, borclunun mülkiyyətində olan **********53-10301 reyestr nömrəli fərdi yaşayış evi onun yeganə yaşayış yeri olduğuna görə həmin əmlakın üzərinə həbs qoyulmasına yol verilmədiyinə görə icra məmuru icra hərəkətlərinin ardıcıllığını düzgün olaraq yerinə yetirmiş, icra sənədinin icrasının təmin edilməsi məqsədiilə borclunun mülkiyyətində olan avtomobil axtarışa verilmiş, bundan sonra növbəti, yəni borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə icra hərəkətlərinin edilməsinə əsas yaranmış və haqlı olaraq hazırki təqdimatla məhkəməyə müraciət etmişdir. Belə ki, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən, məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Məhkəmə təqdimatı və ona əlavə olunmuş sənədləri tədqiq edərək hesab edir ki, təqdimat təmin edilməli, icra sənədinin icrasını təmin etmək üçün Borclu ölkədən getmək hüququ icra sənədi tam icra olunanadək məhdudlaşdırılmalıdır. Beləliklə, yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 267, 268 və 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. xx.xx.1983-cü ildə Sumqayıt şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Borclu borc məbləği tam ödənilənə kimi ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Abşeron rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar