Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-571/2022 13.10.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, Ərizəçi "xxxx" MMC-nin nümayəndəsi X1 iştirakı ilə, Ərizəçi "xxxx" MMC-nin nümayəndəsi X3 Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2022-ci il tarixli «icra sənədi üzrə icraata xitam verilməsi» barədə qərarın ləğv edilməsinə dair şikayət ərizəsinə Abşeron rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi "xxxx" MMC-nin nümayəndəsi Ruslan Vəliyev oğlu şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron Rayon İcra və Probasiya Şöbəsi tərəfindən qəbul edilmiş “İcraata xitam verilməsi haqqında” 165850/2020 saylı, xx.xx.2021-ci il tarixli qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizəçi "xxxx" MMC-nin nümayəndəsi X2 məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, şikayətdə göstərilən icra işinə xitam verilməsi qərarının tarixində yanlışlığa yol verilmişdir. Odur ki, o, icra qərarının tarixinin xx.xx.2022-ci il kimi nəzərə alınmasını xahiş etmişdir. Ərizəçi "xxxx" MMC-nin nümayəndəsi X2 şikayəti onunla əsaslandırdı ki, Abşeron rayon notariat ofisi tərəfindən "xxxx" MMC-nin nəfınə Borclu ********* saylı telefon nömrəsindən istifadə nəticəsində yaranmış borcun tutulmasına dair 8İ-4049 saylı, xx.xx.2020-ci il tarixli icra qeydi çıxarılaraq icra olunması üçün Abşeron Rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Abşeron Rayon İcra və Probasiya Şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixində “İcraata xitam verilməsi haqqında” qərar qəbul edilərək “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.3-cü və 20.2-cı maddələrinə əsasən icra sənədinə xitam verilmiş və əsas kimi borclunun xx.xx.2021-ci il tarixində vəfat etməsi göstərilmişdir. Hesab edir ki, Abşeron Rayon İcra və Probasiya Şöbəsi tərəfindən qəbul edilmiş qərar əsassızdır və “İcraata xitam verilməsi haqqında” qərar ləğv edilməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 17.1.1-ci maddəsinə əsasən məhkəmənin müəyyənləşdirdiyi hüquq münasibəti vərəsəliyə və ya hüquq varisliyinə yol verirsə, borclu öldükdə, ölmüş və ya xəbərsiz itkin düşmüş elan edildikdə, habelə borclunun iflası barədə məhkəmə icraatına başlandıqda icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 19.1.1 -ci maddəsinə əsasən borclu öldüyü halda - müvafiq olaraq vərəsələr və ya hüquq varisləri müəyyən edilənədək icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.3-cü maddəsinə əsasən tələbkar və ya borclu öldükdə əgər məhkəmə və va digər orqanııı qərarı ilə müəyyən edilmiş tələblər və ya vəzifələr həmin şəxsin vərəsəsinə və ya qanunvericiliklə müəyyən edilmiş qaydada onun əmlakını idarə edən şəxsə keçə bilməzsə icraata xitam verilir. Lakin icra məmuru “İcraata xitam verilməsi haqqında” qərar qəbul edərkən “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 17.1.1, 19.1.1, 20.1.3-cü maddələrinə əməl etməmişdir. Belə ki, borclunun hər hansı daşınar və daşınmaz əmlakının olub-olmaması ilə bağlı heç bir sorğu və cavab qərara əlavə edilməmiş, borclu öldükdən sonra icraat dayandırılmamış, həmçinin məhkəmə və ya digər orqanın qərarı ilə müəyyən edilmiş tələblər və ya vəzifələr həmin şəxsin vərəsəsinə keçib-keçməməsi müəyyən edilməyərək, borclunun xx.xx.2021-ci il tarixində vəfat etməsi ilə kifayətlənərək qərar qəbul edilmişdir. Bunlara əsasən o, ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasın yeri və vaxtı haqqında Abşeron Rayon İcra və Probasiya Şöbəsinə məlumat verilməsinə baxmayaraq icra və probasiya şöbəsinin nümayəndəsi məhkəməyə gəlmədiyinə görə, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən şikayətə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Abşeron rayon 2 saylı Notariat Ofisinin 13 oktyabr 2020-ci il tarixli, 8İ-4049 №-li icra qeydinin kserosurətindən görünür ki, Borclu 57,56 manat borc və 20 manat dövlət rüsumu olmaqla, cəmi 77,56 manat məbləğində pulun tutularaq "xxxx" MMC-yə ödənilməsi qərara alınmışdır. İş materiallarında olan Abşeron Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2022-ci il tarixli qərarının kserosurətindən görünür ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.3-cü və 20.2-ci maddələrinə əsasən Abşeron rayon 2 saylı Notariat Ofisinin 13 oktyabr 2020-ci il tarixli, 8İ- 4049 №-li icra sənədinə xitam verilmiş və əsas kimi borclunun xx.xx.2021-ci il tarixində vəfat etməsi göstərilmişdir. Məhkəmə ərizəçi şirkətin nümayəndəsini dinləyib, şikayəti və şikayətə əlavə edilmiş işin materiallarını tədqiq edərək hesab edir ki, şikayət təmin olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 85.1-ci maddəsinə əsasən icra hərəkətlərinin həyata keçirilməsi (icraata başlanması, icra ödənişinin tutulması, cərimə tətbiq olunması və s.) icraatda iştirak edən tərəflərin və digər şəxslərin maraqlarına toxunduqda, icra məmuru müvafiq qərar qəbul edir. İş materiallarından aydın olur ki, Abşeron rayon 2 saylı Notariat Ofisinin 13 oktyabr 2020-ci il tarixli, 8İ-4049 №-li icra qeydinə əsasən, Borclu 57,56 manat borc və 20 manat dövlət rüsumu olmaqla, cəmi 77,56 manat məbləğində pulun tutularaq "xxxx" MMC-yə ödənilməsi qərara alınmış, Abşeron Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən, İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.3-cü və 20.2-ci maddələrinə əsasən Abşeron rayon 2 saylı Notariat Ofisinin 13 oktyabr 2020-ci il tarixli, 8İ-4049 №-li icra sənədinə xitam verilmiş və əsas kimi borclunun xx.xx.2021-ci il tarixində vəfat etməsi göstərilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 17.1.1-ci maddəsinə əsasən məhkəmənin müəyyənləşdirdiyi hüquq münasibəti vərəsəliyə və ya hüquq varisliyinə yol verirsə, borclu öldükdə, ölmüş və ya xəbərsiz itkin düşmüş elan edildikdə, habelə borclunun iflası barədə məhkəmə icraatına başlandıqda icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 19.1.1-ci maddəsinə əsasən borclu öldüyü halda - müvafiq olaraq vərəsələr və ya hüquq varisləri müəyyən edilənədək icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.3-cü maddəsinə əsasən tələbkar və ya borclu öldükdə əgər məhkəmə və ya digər orqanın qərarı ilə müəyyən edilmiş tələblər və ya vəzifələr həmin şəxsin vərəsəsinə və ya qanunvericiliklə müəyyən edilmiş qaydada onun əmlakını idarə edən şəxsə keçə bilməzsə icraata xitam verilir. Lakin icra məmuru “İcraata xitam verilməsi haqqında” qərar qəbul edərkən “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 17.1.1, 19.1.1, 20.1.3-cü maddələrinə əməl etməmişdir. Belə ki, borclunun hər hansı daşınar və daşınmaz əmlakının olubolmaması ilə bağlı heç bir sorğu və cavab qərara əlavə edilməmiş, borclu öldükdən sonra icraat dayandırılmamış, həmçinin məhkəmə və ya digər orqanın qərarı ilə müəyyən edilmiş tələblər və ya vəzifələr həmin şəxsin vərəsəsinə keçib-keçməməsi müəyyən edilməyərək, borclunun xx.xx.2021ci il tarixində vəfat etməsi ilə kifayətlənərək qərar qəbul edilmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməli, Abşeron Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2022-ci il tarixli qərarı ləğv edilməli və icra hərəkətlərinin davam etdirilməsi üçün Abşeron rayon 2 saylı Notariat Ofisinin 13 oktyabr 2020-ci il tarixli, 8İ-4049 №-li icra sənədi Abşeron Rayon İcra və Probasiya Şöbəsinə qaytarılmalıdır. q ə r a r a a l d ı: Şikayət təmin edilsin. Abşeron Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2022-ci il tarixli qərarı ləğv edilsin və icra hərəkətlərinin davam etdirilməsi üçün Abşeron rayon 2 saylı Notariat Ofisinin 13 oktyabr 2020-ci il tarixli, 8İ-4049 №-li icra sənədi Abşeron Rayon İcra və Probasiya Şöbəsinə qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №8(012)-571/2022
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-571/2022
13.10.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver