Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-576/2024 28.12.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Abşeron rayon İcra və probasiya şöbəsinin icra məmuru Hacı Hacızadənin təqdimatına Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Mingəçevir şəhər Məhkəməsinin 2(051)-2636/2018 saylı xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən xx.xx.1992-ci ildə anadan olmuş,Yevlax rayonu,Nəmərli kəndində qeydiyyatda olmaqla Abşeron rayonu,Xırdalan şəhəri,Qalubiyə 67,ev 105 ünvanında yaşayan Borclu xx.xx.2018-ci tarixdən başlayaraq birgə nikahdan doğulmuş iki uşağın yektinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə cəmi 260 manat sabit pul məbləğdə aliment tutularaq Tələbkar xeyrinə ödənilməsi qət edilmişdir. Abşeron rayon İcra və probasiya şöbəsinin icra məmuru Hacı Hacızadə təqdimatla məhkəməyə müraciət edərək, borclu fiziki şəxs Borclu ölkədən (Azərbaycan Respublikası hüdudlarından) getmək hüququnun icra vərəqəsi üzrə borc məbləği tam ödənilənə kimi müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Abşeron rayon İcra və probasiya şöbəsinin icra məmuru Hacı Hacızadə təqdimatı onunla əsaslandırmışdır ki, Mingəçevir şəhər Məhkəməsinin 2(051)-2636/2018 saylı xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən xx.xx.1992-ci ildə anadan olmuş,Yevlax rayonu,Nəmərli kəndində qeydiyyatda olmaqla Abşeron rayonu,Xırdalan şəhəri,Qalubiyə 67,ev 105 ünvanında yaşayan Borclu xx.xx.2018-ci tarixdən başlayaraq birgə nikahdan doğulmuş iki uşağın yektinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə cəmi 260 manat sabit pul məbləğdə aliment tutularaq Tələbkar xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2023-cü il tarixdə Abşeron rayon icra və probasiya şöbəsinin icraatına daxil olmuş, həmin tarixdə “İcraata başlamaq haqqında" qərar tərəflərə göndərilmiş, eyni zamanda bu barədə tələbkara və məhkəməyə məlumat verilmişdir. İcra sənədinin icra vəziyyətini yoxlamaq məqsədi ilə Borclu xx.xx.2023-cü il tarixdə Abşeron rayon İcra və Probasiya şöbəsinə dəvət olunmuş və icra sənədi üzrə öhdəliyin icra olunmaması müəyyən edilmişdir. Belə olan halda, icra sənədində qeyd olunan tələbin dərhal təmin edilməsi borcludan tələb edilmiş, əks təqdirdə qanunla nəzərdə tutulmuş məsuliyyət barədə xəbərdarlıq rəsmi qaydada təqdim edilmişdir.Bir müddət sonra, tələbkarın aliment üzrə öhdəliyin icra olunmamasına dair müraciəti əsasında borclu yenidən xx.xx.2024-cü il tarixdə icra şöbəsinə dəvət olunmuş və bu müddət ərzində aliment borcundan ümumiyyətlə ödəniş etməməsi, 17990 manat borcunun olması müəyyən edilmişdir. Bununla bağlı borclunun izahatı alınmış və barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və hüquqi qiymət verilməsi üçün Abşeron rayon Məhkəməsinə göndərilmişdir. Beləliklə Abşeron rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarına əsasən, borclu sözügedən inzibati həbs tənbeh tədbiri tətbiq edilmişdir. Lakin həmin tarixdən bugünə qədər Məhkəmə qərarı borclu tərəfindən icra edilməmişdir, hal-hazırda aliment borcu 17290 manat təşkil edir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə borclunun əmlak vəziyyəti və gəlirləri barədə müvafiq sorğular edilmiş və borclunun “X1” X2 birliyində əmək müqaviləsinin olması və 345 manat əmək haqqı alması müəyyən edilmişdir.Eyni zamanda aparılmış icra tədbirləri nəticəsində müəyyən edilmişdir ki,borcu mütəmadi olaraq ölkəyə giriş-çıxışlar edir. Odur ki, borclu fiziki şəxs Borclu ölkədən çıxışına müvəqqəti məhdudiyyət qoyulması məqsədə müvafiqdir. Qeyd edilənlərə əsasən o, təqdimatın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı haqqında məlumat verilməsinə baxmayaraq təqdimatı vermiş icra məmuru və icra sənədi üzrə tərəflər səbəbini bildirmədən məhkəməyə gəlmədiyindən məhkəmə Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı tədqiq edərək, işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, təqdimat təmin olunmalıdır. Təqdimat və ona əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, Borclu tərəfindən icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda üzrsüz səbəbdən icra edilməmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Beləliklə, məhkəmə işin faktiki hallarını və toplanmış sübutları qiymətləndirərək hesab edir ki, təqdimat təmin edilməli, icra sənədinin icrasını təmin etmək üçün xx.xx.1992-ci ildə anadan olmuş, Yevlax rayonu, Nəmərli kəndində qeydiyyatda olmaqla ünvan 2 ünvanında qeydiyyatda olan və yaşayan Borclu ölkədən (Azərbaycan Respublikası hüdudlarından) getmək hüququ icra vərəqəsi üzrə borc məbləği tam ödənilənə kimi müvəqqəti məhdudlaşdırılmalıdır. Beləliklə, yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 267, 268 və 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Təqdimat təmin edilsin. Mingəçevir şəhər Məhkəməsinin 2(051)-2636/2018 saylı xx.xx.2018-ci il tarixli icra sənədinin icrasını təmin etmək üçün xx.xx.1992-ci ildə Yevlax rayonunda anadan olmuş, Yevlax rayonu,Nəmərli kəndində qeydiyyatda olmaqla Abşeron rayonu,Xırdalan şəhəri,Qalubiyə 67,ev 105 ünvanında yaşayan Borclu ölkədən (Azərbaycan Respublikası hüdudlarından) getmək hüququ icra vərəqəsi üzrə borc məbləği tam ödənilənə kimi müvəqqəti məhdudlaşdırılsın. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal müvafiq icra hakimiyyəti orqanına məlumat verilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №8(012)-576/2024
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-576/2024
28.12.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver