Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-58/2024 30.01.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi ilə, Abşeron Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2021-ci il tarixli “icraata xitam verilməsi haqqında” qərarından tələbkar LPO "xxxx" ASC tərəfindən verilmiş şikayət ərizəsini nəzərdən keçirib, məhkəmə MÜƏYYƏNETDİ: Abşeron Rayon Məhkəməsinin 2(012)-3636/2014 saylı, xx.xx.2014-cü il tarixli icra vərəqəsinə əsasən, iddia təmin edilmiş, X3 ilə "xxxx" ASC-nin Binəqədi filialı arasında 30 may 2012-ci il tarixli 321/A-12 saylı Kredit Müqaviləsi üzrə yaranmış 12059,07 ABŞ dolları məbləğində əsas, 1844,78 ABŞ dolları məbləğində faiz, 335,70 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 14239,55 ABŞ dolları məbləğinin ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun Azərbaycan manatı ilə pul vəsaiti və 30 manat dövlət rüsumunun əvəzi cavabdehlər X3 və X1 müştərək qaydada tutularaq "xxxx" ASC-yə ödənilməsi, tələbin X2 məxsus olan, ** CD *** dövlət qeydiyyat nişanlı, 2012-ci ilin buraxılışı olan, ağ rəngli, MG 3 minik markalı (mühərrik: 15S4UB2GBB270019, ban № LSJZ14E31CS993658) avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərracdan satılması və satışdan əldə edilən vəsaitdən 12059,07 ABŞ dolları məbləğində əsas, 1844,78 ABŞ dolları məbləğində faiz, 335,70 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 14239,55 ABŞ dolları məbləğinin ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun Azərbaycan manatı ilə pul vəsaiti və 30 manat dövlət rüsumunun "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir. Abşeron rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Elmir İsmayılovun xx.xx.2021-ci il tarixli qərarı ilə icra sənədində qeyd olunan tələb "Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi”nin Y-419 saylı, xx.xx.2015-ci il tarixli protokoluna əsasən tam şəkildə təmin olunduğuna görə Abşeron Rayon Məhkəməsinin 2(012)-3636/2014 saylı, xx.xx.2014-cü il tarixli icra sənədi üzrə icraata xitam verilmişdir. Tələbkar LPO "xxxx" ASC həmin qərardan şikayət verərək, Abşeron rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru Elmir İsmayılov tərəfindən Abşeron Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(012)-3636/2014 saylı icra sənədinə əsasən qəbul edilmiş “icraata xitam verilməsi haqqında” qərarın ləğv edilməsinə və qalıq borcun tam təmini ilə bağlı icra hərəkətlərinin davam etdirilməsi məqsədilə icra sənədinin icra olunması üçün Abşeron rayon İcra və Probasiya şöbəsinə yönəldilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Tələbkar LPO "xxxx" ASC şikayət ərizəsində göstərmişdir ki, Probasiya şöbəsinin böyük icra məmuru Elmir İsmayılov tələbin yönəldildiyi nəqliyyat vasitəsinin açıq hərrac vasitəsilə realizə edilməsini qanunsuz olaraq Abşeron Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(012)- 3636/2014 saylı icra sənədinin tam icra olunması kimi qiymətləndirərək “İcra haqqında” AR Qanununun 20.1.5-ci maddəsinə əsasən “icraata xitam verilməsi haqqında” qərar qəbul etmişdir. Halbuki icra məmuru əmlakın hərrac vasitəsi ilə realizə edilməsindən əldə edilmiş vəsait borcun ödənilməsinə kifayət etmədiyi halda iş üzrə borclu şəxs barəsində məcburi icra tədbirlərini davam etdirməli idi. Belə ki, icra sənədinin mahiyyətindən göründüyü kimi məhkəmə qərarına əsasən icra edilməli tələblər iki hissədən ibarətdir: 1. Abşeron Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(012)-3636/2014 saylı icra vərəqəsi ilə borclular X3 və X4 tərəfindən kredit müqaviləsi üzrə yaranmış borcun tələbkar "xxxx" ASC-yə ödənilməsi; 2. Tutmanın bank qarşısında ipoteka ilə yüklü edilmiş nəqliyyat vasitəsinə yönəldilməsi. Qeyd olunanlardan göründüyü kimi icra sənədinin icra edilməsi yalnız tutmanın ipoteka predmetinə yönəldilməsi hissəsində təmin edilmiş, lakin borcun tutulması hissəsinin icrası isə tam təmin edilməmişdir. Qətnamənin “qət etdi” hissəsinin 1-ci abzası ilə borcun cavabdehdən tutulması göstərilməklə icra sənədinin icrası üsulu və qaydası aydın şəkildə müəyyən edilmişdir. Həmçinin "İcra haqqında” AR Qanununun 20.1.5-ci maddəsinə icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilir. Göstərilən maddənin tələbindən göründüyü kimi icra məmuru sözügedən qərarı qəbul edən zaman icra sənədi üzrə icraata xitam verilməsinin əsasları və qaydasına riayət etməmişdir. Ona görə də hesab edirlər ki, icra məmurunun “icraata xitam verilməsi haqqında” qərarı ləğv edilməlidir. Odur ki, şikayət ərizəsinin təmin edilməsi məhkəmədən xahiş edilmişdir. İş üzrə tərəflər məhkəmə iclasına dəvət edilsələr də məhkəmə iclasına gəlməmiş, məhkəmə iclası onların iştirakı olmadan keçirilmişdir. Məhkəmə şikayəti və ona əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, şikayət geri qaytarılmalıdır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.2-сi maddəsinə əsasən icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən əsaslandırılmış qərar qəbul edilir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və onun surəti 3 gün müddətində tərəflərə, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.5-ci maddəsinə əsasən tərəflər və icra sənədini vermiş digər orqan qərarın onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində həmin qərardan müvafiq məhkəməyə şikayət verə bilərlər. İş materiallarında olan Abşeron rayon İcra və Probasiya Şöbəsi tərəfindən göndərilmiş xx.xx.2021-ci il tarixli, 85961/2015-27-9-002 saylı məlumatdan görünür ki, icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarın surəti iş üzrə tərəflərə göndərilmişdir. Buna baxmayaraq tələbkar LPO "xxxx" ASC tərəfindən Abşeron Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2021-ci il tarixli “icraata xitam verilməsi haqqında” qərarından qanunda nəzərdə tutulmuş müddət ərzində şikayət verilməmişdir. Həmçinin şikayət ərizəsində qeyd edildiyi kimi, tələbkar hüquqi şəxs tərəfindən Abşeron rayon İcra və Probasiya şöbəsinin qəbul etdiyi qərardan icra sənədinin icra vəziyyəti ilə bağlı icra şöbəsinə müvafiq sorğu göndərilmiş, sorğuya cavab olaraq Abşeron Rayon Məhkəməsinin 2(012)-3636/2014 saylı, xx.xx.2014-cü il tarixli icra sənədinə sabiq icra məmuru Elmir İsmayılov tərəfindən xx.xx.2021-ci il tarixdə “İcra haqqında" AR Qanununun 20.1.5-ci maddəsinə əsasən xitam verildiyi bildirilmiş və müvafiq qərar tələbkara göndərilmişdir. Abşeron rayon İcra və Probasiya şöbəsi tərəfindən cavab məktubu ilə müvafiq qərar tələbkara yenidən göndərilsə də tələbkar şikayət verilməsi üçün qanunda nəzərdə tutulmuş müddəti ötürmüş və üzürlü səbəblərdən müddətin ötürülməsi ilə bağlı ərizə təqdim etməmişdir. Mülki-Prosessual Məcəllənin 128.2-128.3-ci maddələrinə görə prosessual hərəkətlərin edilməsi üçün müddətlər, hökmən baş verməli hadisə göstərilməklə dəqiq təqvim tarixi ilə və ya hərəkətin edilə biləcəyi vaxt dövrü ilə müəyyən edilir. İllərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axımı müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. Mülki-Prosessual Məcəllənin 129-cu maddəsinə görə illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Mülki-Prosessual Məcəllənin 130-cu maddəsinə görə qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Mülki-Prosessual Məcəllənin 130.3-cü maddəsinə görə prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 128-130, 263-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Abşeron Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2021-ci il tarixli “icraata xitam verilməsi haqqında” qərarından tələbkar LPO "xxxx" ASC tərəfindən verilmiş şikayət geri qaytarılsın. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakimi: Elman Məmmədov
Məhkəmə qərarları › İş №8(012)-58/2024
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-58/2024
30.01.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver