Məhkəmə qərarları › İş №8(012)-580/2022

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-580/2022

02.09.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-580/2022 02.09.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədirliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi ilə, Abşeron Rayon Məhkəməsinin 8(012)-294/2018 saylı, xx.xx.2018-ci il tarixli qərardadı ilə bağlı Borclu mülkiyyətində olan əmlakın üzərinə qoyulmuş həbsin götürülməsi barədə Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Nicat Ramazaninin təqdimatına Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Sumqayıt şəhər Məhkəməsinin 2(105)-562/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən, Borclu 967 manat pul vəsaitinin tutularaq Tələbkar ödənilməsi qərara alınmışdır. Abşeron Rayon Məhkəməsinin 8(012)-294/2018 saylı, xx.xx.2018-ci il tarixli qərardadı ilə Borclu mülkiyyətində olan “Lada-21214-011-50” markalı ** DD *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbsin qoyulması, qərara alınmışdır. Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Nicat Ramazani təqdimatla məhkəməyə müraciət edərək, Borcluna məxsus “Lada-21214-011-50” markalı ** DD *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Abşeron rayon İcra Şöbəsinin icra məmuru Nicat Ramazani təqdimatında göstərmişdir ki, xx.xx.2017-ci il tarixli qərarla icraata başladığım Sumqayıt şəhər Məhkəməsinin 2(105)- 562/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən Borclu 967 manat pul vəsaitinin tutularaq Tələbkar ödənilməsi qərara alınmışdır. Həmçinin icra sənədinin icrasını təmin etmək məqsədilə Abşeron Rayon Məhkəməsinin 8(012)-294/2018 saylı, xx.xx.2018ci il tarixli qərardadına əsasən Borclu mülkiyyətində olan “Lada-21214-011-50” markalı, **- DD-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. İcra sənədi üzrə tələb borclu tərəfindən tam olaraq təmin edildiyindən icra sənədinin “icra haqqında “ AR qanunun 20.1.5-ci maddəsinə əsasən xitam verilmişdir. Qeyd olunanlara əsasən o, təqdimatın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı haqqında məlumat verilməsinə baxmayaraq təqdimatı vermiş icra məmuru və icra sənədi üzrə tərəflər səbəbini bildirmədən məhkəməyə gəlmədiklərindən məhkəmə, təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. İcraata xitam verilməsi haqqında qərardan görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 2(105)-562/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinə “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 20.1.5-ci maddəsinə əsasən xitam verilmişdir. Məhkəmə təqdimatı və iş materiallarını araşdırıb belə qənaətə gəlir ki, icra sənədi üzrə tələb tam ödənildiyi üçün “Lada-21214-011-50” markalı ** DD *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində həbsin saxlanılmasına zərurət aradan qalxmış olur və həmin avtomobilin üzərində həbsin saxlanılması Borclun oğlunun mülkiyyət hüququnun pozulması ilə nəticələnir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 266 və 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Nicat Ramazaninin təqdimatı təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 8(012)-294/2018 saylı, xx.xx.2018-ci il tarixli qərardadı ləğv edilsin və Borclu məxsus “Lada-21214-011-50” markalı ** DD *** qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülsün. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Abşeron rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar