Məhkəmə qərarları › İş №8(012)-582/2022

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-582/2022

02.09.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-582/2022 02.09.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ X4 Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, Abşeron rayon İcra şöbəsinin icra məmuru Nicat Ramazaninin Borclu mülkiyyətində olan əmlakın üzərinə həbs qoyulması barədə təqdimatına Xırdalan şəhərində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Abşeron Rayon Məhkəməsinin 2(012)-2346/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Borclu iddiaçı Tələbkar xeyrinə xx.xx.2020-ci il tarixdən başlayaraq hər ay 170 (yüz yetmiş) manat sabit pul məbləğində aliment tutulması qərara alınmışdır. Abşeron rayon icra və probasiya şöbəsinin icra məmuru Nicat Ramazani məhkəməyə təqdimatla müraciət edərək, Borclu mülkiyyətində olan Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində 0,5435 ha torpaq sahəsinin üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Nicat Ramazani təqdimatında göstərmişdir ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-2346/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən Borclu 1 azyaşlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 170 manat aliment pulunun tutularaq Tələbkar ödənilməsi qərara alınmışdır. İcra sənədi xx.xx.2020-ci il tarixdə Abşeron rayon icra və probasiya şöbəsinin icraatına daxil olmuş və həmin tarixdə də icraata başlama haqqında qərar qəbul olunaraq tərəflərə və aidiyyəti məhkəməyə göndərilmişdir. Lakin icra sənədinin icrası hazır ki vaxta qədər borclu tərəfindən yerinə yetirilməmişdir. “Elektron icra” informasiya sistemindən əldə olunan məlumata əsasən Borclu mülkiyyətində olan Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində 0,5435 ha torpaq sahəsi müəyyən olmuşdur. Belə olan halda Borclu barəsində məcburi icra tədbirlərin həyata keçirilməsi zərurəti yaranmışdır. Odur ki, o, təqdimatın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı haqqında məlumat verilməsinə baxmayaraq təqdimatı vermiş icra məmuru və icra sənədi üzrə tərəflər məhkəməyə gəlmədiyinə görə məhkəmə, təqdimata Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və ona əlavə olunmuş sənədləri tədqiq edərək hesab edir ki, təqdimat təmin olunmamalıdır. “İcra məmurları haqqında ”Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinə əsasən icra məmurları onlara verilən hüquqlardan qanuna uyğun istifadə etməyə və öz fəaliyyətlərində fiziki və hüquqi şəxslərin hüquqlarının və qanuni mənafelərinin pozulmasına yol verməməyə borcludurlar. “İcra məmurları haqqında ”Azərbaycan Respublikası Qanunun 45.6-cı maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaiti olmadıqda,Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Lakin, Borclu mülkiyyətində 0.5435 ha torpaq sahəsinin öz adına olması ilə bağlı icra məmuru tərəfindən təqdimata hər hansı bir sübut əlavə edilməmişdir. Belə ki, icra məmuru tərəfindən iş materiallarına əlavə edilmiş elektron icra sistemindən çıxarılmış sənəddən görünür ki, sözügedən torpaq sahəsi X1 adınadır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 267, 268 və 269cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Nicat Ramazaninin Borclu mülkiyyətində olan Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində 0,5435 ha torpaq sahəsinin üzərinə həbs qoyulması barədə təqdimatı rədd edilsin. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Abşeron rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar