Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-583/2024 28.12.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, Tələbkar, Borclu iştirakı ilə, Abşeron rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru Qəribağa Mirhəşimovun Borclu ölkədən getmək hüququnun borc məbləği tam ödənilənə kimi müvəqqəti məhdudlaşdırılması barədə təqdimatını nəzərdən keçirib, məhkəmə MÜƏYYƏNETDİ: Abşeron Rayon Məhkəməsinin 2(012)-1483/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən 05 iyul 2018-ci il təvəllüdlü X1 boşanmadan sonra Tələbkar (ananın) yanında qalması, Borclu X2 xeyrinə 05 iyul 2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay sabit pul məbləğində 175 manat miqdarında aliment, habelə 05 iyul 2018-ci il təvəllüdlü X1 3 yaşına çatanadək saxlanması üçün hər ay 50 manat məbləğində alimentin tutulması, alimentin tutulmasının əvvəlinin xx.xx.2021-ci il tarixdən hesablanması, qətnamənin alimentin tutulması hissəsində dərhal icra edilməsi, Borclu dövlət nəfinə 20 manat məbləğində dövlət rüsumuna görə pulun tutulması qət edilmişdir. Abşeron rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru Qəribağa Mirhəşimov təqdimatla məhkəməyə müraciət edərək, Borclu ölkədən (Azərbaycan Respublikası hüdudlarından) getmək hüququnun icra vərəqəsi üzrə borc məbləği tam ödənilənə kimi müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsi məsələsinə baxılmasını məhkəmədən xahiş etmişdir. Abşeron rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru Qəribağa Mirhəşimov təqdimatını onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-1483/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən Borclu bir uşağın yetkinlik yaşına çatanadək saxlanlması üçün cəmi 175 manat sabit pul məbləğində aliment tutulub X3 ödənilməsi qərara alınmışdır. İcra sənədi Abşeron rayon İcra və probasiya şöbəsinin icraatına daxil olmuş, həmin tarixdə “icraata başlamaq haqqında” qərar tərəflərə göndərilmiş, eyni zamanda bu barədə tələbkara və məhkəməyə məlumat verilmişdir. Borclu heç bir üzürlü səbəb göstərmədən könüllü icra üçün verilmiş müddətdə icra tələbini tam təmin etməmişdir. Borclu ölkəni tərk etmək ehtimalı olduğu məlum olmuşdur. Aparılmış icra tədbirləri nəticəsində məlum olmuşdur ki, borclu fiziki şəxs ölkəni tərk etmək niyyətindədir. Odur ki, borclu fiziki şəxs Borclu ölkədən çıxışına müvəqqəti məhdudiyyət qoyulması məqsədə müvafiqdir. Qeyd edilənlərə əsasən o, təqdimatın təmin edilməsini xahiş etmişdir. Tələbkar məhkəmə iclasında izahat verərək bildirdi ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-1483/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə Borclu 2200 manat borcu olmuş, borca görə 600 manat ödənilmişdir və hazırda borclunun cəmi 1600 manat məbləğində aliment borcu vardır. O, məhkəmə tərəfindən təyin edilmiş aliment məbləğinin artırılması ilə bağlı məhkəməyə müraciət etmişdir, belə ki, onun övladı özəl bağçaya gedir və o, bağçaya 300 manat, sürücüyə isə 50 manat ödəniş edir. Qeyd edilənlərə əsasən o, Abşeron rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru Qəribağa Mirhəşimovun Borclu ölkədən getmək hüququnun borc məbləği tam ödənilənə kimi müvəqqəti məhdudlaşdırılması barədə təqdimatının təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Borclu izahatında bildirdi ki, sözügedən icra sənədi üzrə yaranmış aliment borcunu ödəməyə onun maddi imkanı kifayət etmir. O, tək başına anasına baxır, anası xəstədir və anasına ondan başqa baxacaq kimsə yoxdur, bundan əlavə anası üçün pensiya da təyin edilməmişdir. Övladı 05 iyul 2018-ci il təvəllüdlü X5 anası olan Tələbkar yanında qalır və tələbkar övladına baxa biləcək qədər imkana sahibdir. Göstərilənlərə əsasən o, borcun ödənilməsi üçün ona 3 ay vaxt verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı haqqında məlumat verilməsinə baxmayaraq təqdimatı vermiş icra məmuru səbəbini bildirmədən məhkəməyə gəlmədiyindən, məhkəmə Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə icra sənədi üzrə tərəflərin izahatını dinləyib, təqdimatı tədqiq edərək hesab edir ki, təqdimat geri qaytarılmalıdır. Belə ki, iş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 2(012)-1483/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədindən də göründüyü kimi Tələbkar icra sənədi üzrə tələbkar olmasına baxmayaraq icra məmuru təqdimatın giriş hissəsində yanlışlığa yol verərək Tələbkar əvəzinə X4 tələbkar kimi göstərmişdir. Belə olan halda məhkəmə təqdimatın araşdırılmasını və hüquqi qiymət verilməsini qeyri-mümkün hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.1-ci maddəsinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-in 152.1.1-ci və 152.2-ci maddələrinin müddəası hazırki ərizəyə qanunun analogiyası qaydasında tətbiq olunmalı və Abşeron rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru Qəribağa Mirhəşimovun Borclu ölkədən getmək hüququnun borc məbləği tam ödənilənə kimi müvəqqəti məhdudlaşdırılması barədə təqdimatı geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 152, 263, 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Abşeron rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru Qəribağa Mirhəşimovun Borclu ölkədən getmək hüququnun borc məbləği tam ödənilənə kimi müvəqqəti məhdudlaşdırılması barədə təqdimatı geri qaytarılsın. İcra məmuruna təqdimatın qaytarılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №8(012)-583/2024
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-583/2024
28.12.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver