Məhkəmə qərarları › İş №8(012)-587/2024

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-587/2024

28.12.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-587/2024 28.12.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi ilə Abşeron Rayon Məhkəməsinin 8(012)-656/2023 saylı, 21 dekabr 2023-cü il tarixli qərardadı ilə bağlı Borclu mülkiyyətində olan əmlakın üzərinə qoyulmuş həbsin götürülməsi barədə Abşeron Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Vadim Əliyevin ərizəsinə Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-1891/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən Borclu 2078.72 ABŞ dolları məbləğində pul vəsaiti və 20 manat dövlət rüsumu tutularaq Tələbkar ASC-nin xeyrinə ödənilməsi qərara alınmışdır. Abşeron Rayon Məhkəməsinin 8(012)-656/2023 saylı, 21 dekabr 2023-cü il tarixli qərardadına əsasən Borclu mülkiyyətində olan ünvan 1i ünvanında yerləşən 0,0185 ha (reyestr nömrəsi **********89) torpaq sahəsinin üzərinə həbs qoyulması qərara alınmışdır. Abşeron Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Vadim Əliyev təqdimatla məhkəməyə müraciət edərək, Borclu mülkiyyətində olan ünvan 1i ünvanında yerləşən 0,0185 ha (reyestr nömrəsi **********89) torpaq sahəsinin üzərindən həbsin götürülməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Abşeron Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Vadim Əliyev təqdimatı onunla əsaslandırmışdır ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-1891/2017 saylı, xx.xx.2017ci il tarixli icra sənədinə əsasən Borclu 2078.72 ABŞ dolları məbləğində pul vəsaiti və 20 manat dövlət rüsumu tutularaq Tələbkar ASC-nin xeyrinə ödənilməlidir. “Elektron icra” informasiya sistemindən əldə edilən məlumata əsasən Borclu mülkiyyətində olan ünvan 1i ünvanında yerləşən 0,0185 ha (reyestr nömrəsi **********89) torpaq sahəsinin olması müəyyən edilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə Abşeron Rayon Məhkəməsinin 8(012)-656/2023 saylı, 21 dekabr 2023-cü il tarixli qərardadı ilə həmin torpaq sahəsinin üzərinə həbs qoyulmuşdur. Aparılmış icra tədbirləri nəticəsində icra sənədi üzrə tələb borclu tərəfindən tam şəkildə təmin edilmiş, tələbkarın xx.xx.2024-cü il tarixli məktubuna əsasən icra sənədinə xitam verilmişdir. Belə olan halda icra məmurunun xx.xx.2024-cü il tarixli qərarı ilə qeyd olunan icra sənədi üzrə icraata xitam verilmişdir. Qeyd olunanlara əsasən o, təqdimatın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı haqqında məlumat verilməsinə baxmayaraq təqdimatı vermiş icra məmuru və icra sənədi üzrə tərəflər səbəbini bildirmədən məhkəməyə gəlmədiklərindən məhkəmə təqdimata Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Abşeron Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli icraata xitam verilməsi haqqında qərarından görünür ki, Abşeron rayon Məhkəməsinin Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-1891/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinə xitam verilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 266 və 269cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Abşeron Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Vadim Əliyevin təqdimatı təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 8(012)-656/2023 saylı, 21 dekabr 2023-cü il tarixli qərardadı ləğv edilsin və Borclu mülkiyyətində olan ünvan 1i ünvanında yerləşən 0,0185 ha (reyestr nömrəsi **********89) torpaq sahəsi üzərinə qoyulmuş həbs götürülsün. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar