Məhkəmə qərarları › İş №8(012)-588/2022

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-588/2022

02.09.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-588/2022 02.09.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədirliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, Tələbkarın nümayəndəsi X1 iştirakı ilə, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Vadim Əliyevin təqdimatına Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Abşeron Rayon Məhkəməsinin 2(012)-4183/2020 saylı, xx.xx.2020-ci il tarixli məhkəmə əmrinə əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 275,276,280,282-ci və 284-cü il maddələrinə əsasən Borclu 1355 manat pul vəsaitinin tutularaq Tələbkar1 MMC-yə ödənilməsi qət edilmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-4292/2017 saylı, xx.xx.2017-ci il tarixli məhkəmə əmrinə əsasən xx.xx.1979-cu ildə Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Borclu tələbkar "xxxx" MMC-nin xeyrinə ümumilikdə 2518 manat borc, 20 manat məbləğndə ödənilmiş dövlət rüsumunun, cəmi 2538 manat məbləğində pul vəsaiti tutulması qət edilmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-4095/2014 saylı, xx.xx.2014-cü il tarixli məhkəmə əmrinə əsasən ünvan 1 ünvanında qeydiyyatda olan Borclu Tələbkar2 ASC-nin xeyrinə kredit borcu qismində 800( səkkiz yüz) manat əsas borcu, 11 (on bir) manat cərimə borcunun və dövlət rüsumu kimi ödənilmiş 20 (iyirmi) manat, cəmi 831 (səkkiz yüz otuz bir) manat məbləğində pul vəsaiti tutulması qət edilmişdir. Abşeron rayon icra və probasiya şöbəsinin icra məmuru Vadim Əliyev təqdimatla məhkəməyə müraciət edərək, borclu fiziki şəxs xx.xx.1979-cu ildə Bakı şəhərində anadan olmuş, ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayan Borclu ölkədən (Azərbaycan Respublikası hüdudlarından) getmək hüququnun icra vərəqəsi üzrə borc məbləği tam ödənilənə kimi müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsi məsələsinə baxılmasını xahiş etmişdir. Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Vadim Əliyev təqdimatı onunla əsaslandırmışdır ki, qeyd edilən icra sənədləri ayrı-ayrı vaxtlarda Abşeron rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş, icraata başlamaq haqqında qərar və müvafiq bildiriş borcluya göndərilmişdir. Bundan başqa borclu şəxs barəsində xx.xx.2021-ci il tarixli axtarış qərarı qəbul edilmişdir.xx.xx.2022-ci il tarixdə Abşeron RPİ-nin polis əməkdaşı tərəfindən borclu şəxs icra şöbəsinə təhvil verilmişdir. Həmin tarixdə bir daha borcluya barəsində olan icra sənədlərinin icrasının vacibliyi bildirilmiş, izahatı alınmış lakin bunlara baxmayaraq borclu şəxs icra sənədləri üzrə tələbi təmin etməmişdir. “Elektron icra” informasiya sistemi vasitəsilə borclunun əmlak vəziyyəti ilə bağlı sorğu edilmiş lakin adına tələbin yönəldilə heç bir əmlak aşkar edilməmişdir. Belə olan halda Borclu ölkədən çıxışına müvəqqəti məhdudiyyət qoyulması məqsədə müvafiqdir. Qeyd edilənlərə əsasən o, təqdimatın təmin edilməsini xahiş etmişdir. Tələbkarın nümayəndəsi X2 məhkəmə iclasında izahatında bildirdi ki, təqdimatı müdafiə etdi. Borclunun 2538 manat borcu vardır.Qətnamə üzrə hazırda 1813 manat borc qalmışdır.xx.xx.2022ci il tarixdə borclu 20 manat ödəniş etmişdir. Odur ki, o, təqdimatın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı haqqında məlumat verilməsinə baxmayaraq təqdimatı vermiş icra məmuru və icra sənədi üzrə borclu səbəbini bildirmədən məhkəməyə gəlmədiklərindən məhkəmə, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tələbkarı dinləyib, təqdimatı tədqiq edərək, işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, təqdimat təmin olunmalıdır. Təqdimat və ona əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, Borclu tərəfindən icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda üzrsüz səbəbdən icra edilməmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Beləliklə, məhkəmə işin faktiki hallarını və toplanmış sübutları qiymətləndirərək hesab edir ki, təqdimat təmin edilməli, icra sənədinin icrasını təmin etmək üçün xx.xx.1979-cu ildə Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Borclu ölkədən (Azərbaycan Respublikası hüdudlarından) getmək hüququ icra vərəqəsi üzrə borc məbləği tam ödənilənə kimi müvəqqəti məhdudlaşdırılmalıdır. Beləliklə, yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 267, 268 və 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Təqdimat təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 2(012)-4183/2020 saylı, xx.xx.2020-ci il tarixli məhkəmə əmrinin, Abşeron Rayon Məhkəməsinin 2(012)-4292/2017 saylı, xx.xx.2017-ci il tarixli məhkəmə əmrinin,və Abşeron Rayon Məhkəməsinin 2(012)-4095/2014 saylı, xx.xx.2014-cü il tarixli məhkəmə əmrinin icrasını təmin etmək üçün xx.xx.1979-cu ildə Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Borclu ölkədən (Azərbaycan Respublikası hüdudlarından) getmək hüququ icra vərəqəsi üzrə borc məbləği tam ödənilənə kimi müvəqqəti məhdudlaşdırılsın. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal müvafiq icra hakimiyyəti orqanına məlumat verilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar