Məhkəmə qərarları › İş №8(012)-588/2024

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-588/2024

28.12.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-588/2024 28.12.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, Tələbkar iştirakı ilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Abşeron rayon İcra və probasiya şöbəsinin icra məmuru Vadim Əliyevin təqdimatına Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Abşeron rayon Məhkəməsinin 2(012)-435/2024 saylı xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən tərəflərin birgə nikahından anadan olmuş xx.xx.2011-ci il təvəllüdlü X2,xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X4 cavabdeh Borclu alınaraq iddiaçı Tələbkar himayəsinə verilməsi,cavabdeh Borclu iddiaçı Tələbkar xeyrinə xx.xx.2011-ci il təvəllüdlü X2,xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün uşaqların anadan alınıb atanın himayəsinə verildiyi tarixdən başlayaraq hər ay hər bir uşaq üçün 150 manat, cəmi 450 manat sabit pul məbləğində aliment tutulması, cavabdeh Borclu dövlət rüsumuna görə 74 manat pul vəsaiti tutularaq dövlət büdcəsinə ödənilməsi və cavabdeh Borclu ödənilmiş dövlət rüsumuna görə 50 manat pul vəsaiti tutularaq iddiaçı Tələbkar ödənilməsi qət edilmişdir. Abşeron rayon İcra və probasiya şöbəsinin icra məmuru Vadim Əliyev təqdimatla məhkəməyə müraciət edərək, borclu fiziki şəxs Borclu ölkədən (Azərbaycan Respublikası hüdudlarından) getmək hüququnun icra vərəqəsi üzrə borc məbləği tam ödənilənə kimi müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Abşeron rayon İcra və probasiya şöbəsinin icra məmuru Vadim Əliyev təqdimatı onunla əsaslandırmışdır ki, Abşeron rayon Məhkəməsinin 2(012)-435/2024 saylı xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən tərəflərin birgə nikahından anadan olmuş xx.xx.2011-ci il təvəllüdlü X2,xx.xx.2012ci il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X4 cavabdeh Borclu alınaraq iddiaçı Tələbkar himayəsinə verilməsi,cavabdeh Borclu iddiaçı Tələbkar xeyrinə xx.xx.2011-ci il təvəllüdlü X2,xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün uşaqların anadan alınıb atanın himayəsinə verildiyi tarixdən başlayaraq hər ay hər bir uşaq üçün 150 manat, cəmi 450 manat sabit pul məbləğində aliment tutulması, cavabdeh Borclu dövlət rüsumuna görə 74 manat pul vəsaiti tutularaq dövlət büdcəsinə ödənilməsi və cavabdeh Borclu ödənilmiş dövlət rüsumuna görə 50 manat pul vəsaiti tutularaq iddiaçı Tələbkar ödənilməlidir. İcra sənədi xx.xx.2024-cü il tarixdə Abşeron rayon icra və probasiya şöbəsinin icraatına daxil olmuş, həmin tarixdə “İcraata başlamaq haqqında" qərar və müvafiq bildiriş borcluya şəxsən təqdim edilmişdir. Eyni zamanda bu barədə tələbkara və məhkəməyə məlumat verilmişdir. “Elektron icra” informasiya sistemi vasitəsilə borclunun əmlak vəziyyəti ilə bağlı sorğu edilmiş, lakin adına tələbin yönəldilə biləcəyi heç bir əmlak aşkar edilməmişdir. Borclu heç bir üzrlü səbəb göstərmədən könüllü icra üçün verilmiş müddətdə icra tələbini tam təmin etməmişdir. Borclu ölkəni tərk etmək ehtimalı olduğu məlum olmuşdur. Aparılmış icra tədbirləri nəticəsində məlum olmuşdur ki, borclu fiziki şəxs ölkəni tərk etmək niyyətindədir. Odur ki, borclu fiziki şəxs Borclu ölkədən çıxışına müvəqqəti məhdudiyyət qoyulması məqsədə müvafiqdir. Qeyd edilənlərə əsasən o, təqdimatın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Borclu izahatında bildirdi ki, Heç bir yerə getmədiyini, bir qızı olduğunu, ölkəni tərk etmək fikrin olmadığını və odur ki, təqdimatın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Tələbkar izahatında bildirdi ki, Həbs qoyulsun. Borclu Apellyasiya şikayəti vermişdir. xx.xx.2025-ci ildə Sumqayıt Apellyasiya Məhkəməsində “uşaq tələbi” ilə bağlı iclasımız var.7000 manat aliment borcu vardır.2023-cü ilin avqust ayından uşaqlar mənə verilmişdir. Uşaqlar anasında qalmaq istəmir. Odur ki, təqdimatın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı haqqında məlumat verilməsinə baxmayaraq təqdimatı vermiş icra məmuru və borclu səbəbini bildirmədən məhkəməyə gəlmədiyindən məhkəmə Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı tədqiq edərək, işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, təqdimat təmin olunmalıdır. Təqdimat və ona əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, Borclu tərəfindən icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda üzrsüz səbəbdən icra edilməmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Beləliklə, məhkəmə işin faktiki hallarını və toplanmış sübutları qiymətləndirərək hesab edir ki, təqdimat təmin edilməli, icra sənədinin icrasını təmin etmək üçün xx.xx.1993-cü il təvəllüdlü, Lənkəran rayonunda anadan olmuş, ünvan 1 ünvanında yaşayan Borclu ölkədən (Azərbaycan Respublikası hüdudlarından) getmək hüququ icra vərəqəsi üzrə borc məbləği tam ödənilənə kimi müvəqqəti məhdudlaşdırılmalıdır. Beləliklə, yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 267, 268 və 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Təqdimat təmin edilsin. Abşeron rayon Məhkəməsinin 2(012)-435/2024 saylı xx.xx.2024-cü il tarixli icra sənədinin icrasını təmin etmək üçün xx.xx.1993-cü il təvəllüdlü, Lənkəran rayonunda anadan olmuş, ünvan 2 ünvanında yaşayan Borclu ölkədən (Azərbaycan Respublikası hüdudlarından) getmək hüququ icra vərəqəsi üzrə borc məbləği tam ödənilənə kimi müvəqqəti məhdudlaşdırılsın. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal müvafiq icra hakimiyyəti orqanına məlumat verilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar