Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-590/2023 01.12.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Məşədiyeva Fidan Eynur qızının katibliyi ilə, Tələbkar iştirakı ilə, Borclu məxsus əmlakın üzərinə həbs qoyulmasına dair Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Cəlal Səfərlinin təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Naxçıvan MR Ordubad rayon Məhkəməsinin 2(080)-15/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən, Borclu cəmi 41000 manat məbləğində pul vəsaiti və 213.4 manat dövlət rüsumu tutularaq Tələbkar ödənilməlidir. xx.xx.2023-cü il tarixdə Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Cəlal Səfərlinin borcluya məxsus əmlakın üzərinə həbs qoyulması barədə təqdimatı məhkəmənin icraatına daxil olmuşdur. Təqdimat onunla əsaslandırılmışdır ki, Naxçıvan MR Ordubad rayon Məhkəməsinin 2(080)-15/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən, Borclu cəmi 41000 manat məbləğində pul vəsaiti və 213.4 manat dövlət rüsumu tutularaq Tələbkar ödənilməlidir. Borclunun adına əmlakların olub-olmaması barədə müvafiq orqanlara sorğular göndərilmiş, Borclu məxsus ********** qeydiyyat nömrəli, **********33 reyestr nömrəli (Şabran rayonu, Mollakamallı kəndi, 1.2320 ha kənd təsərrüfatı təyinatlı torpaqları) torpaq sahəsi qeydiyyata alınmışdır. İcra sənədinin icrasını təmin etmək məqsədilə qeyd olunan torpaq sahəsinin üzərinə həbs qoyulmaqla, borc tələbi borclunun əmlakına yönəldilməlidir. Ona görə də Borclu məxsus ********** qeydiyyat nömrəli, **********33 reyestr nömrəli (Şabran rayonu, Mollakamallı kəndi, 1.2320 ha kənd təsərrüfatı təyinatlı torpaqları) torpaq sahəsinin üzərinə həbs qoyularaq açıq hərracda satılması barədə qərardad çıxarılması xahiş olunmuşdur. Məhkəmə iclasında Tələbkar təqdimatı qəbul edərək, təmin olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimatı vermiş şəxs və borclu məhkəmə iclasına dəvət edilsələr də, məhkəmə iclasına gəlməmiş, məhkəmə iclası həmin şəxslərin iştirakı olmadan keçirilmişdir. Məhkəmə, tələbkarın izahatını dinləyib, təqdimatı və icra işini nəzərdən keçirərək hesab edir ki, təqdimat qismən təmin edilməlidir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun: 45.1-ci maddəsinə əsasən, tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. 50.2-ci maddəsinə əsasən, borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından,zərurihallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir və icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. İcra işinin materiallarından görünür ki, icra məmuru tərəfindən icra sənədi üzrə icra işinə başlanmış, tələbin könüllü icrası barədə borcluya bildiriş göndərilmiş, lakin borclu borcunu ödəmədiyindən tutmanı onun əmlakına yönəltmək məqsədilə əmlak vəziyyəti araşdırılmışdır. Təqdimata əlavə olunmuş sənəddən görünür ki, Borclu məxsus Şabran rayonu, Mollakamallı kəndində 1.2320 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi mövcuddur. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Odur ki, məhkəmə hesab edir ki, təqdimat qismən təmin edilməli, Naxçıvan MR Ordubad rayon Məhkəməsinin 2(080)-15/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə ********** qeydiyyat nömrəli, **********33 reyestr nömrə ilə Borclu məxsus Şabran rayonu, Mollakamallı kəndi ərazisində yerləşən 1.2320 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin üzərinə həbs qoyulmalı, təqdimat qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ: Təqdimat qismən təmin edilsin. Naxçıvan MR Ordubad rayon Məhkəməsinin 2(080)-15/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə ********** qeydiyyat nömrəli, **********33 reyestr nömrə ilə Borclu məxsus Şabran rayonu, Mollakamallı kəndi ərazisində yerləşən 1.2320 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin üzərinə həbs qoyulsun. Təqdimat qalan hissədə təmin edilməsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində ondan Abşeron rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №8(012)-590/2023
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-590/2023
01.12.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver