Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-596/2022 07.10.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, Tələbkar1, X2 vəkili-nümayəndəsi X8, Abşeron Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Elmir İsmayılovun, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinin mütəxəssisi X9 iştirakı ilə, Abşeron Rayon İcra və Probasiya Şöbəsinin 27 iyul 2022-ci il tarixli qərarından Tələbkar1 tərəfindən verilmiş şikayət ərizəsini nəzərdən keçirib, məhkəmə MÜƏYYƏNETDİ: Abşeron Rayon Məhkəməsinin 2(012)-88/2014 saylı, xx.xx.2014-cü il tarixli icra sənədinə əsasən, cavabdehlər Beynəlxalq Elmlər X1 və Öyrənilməsi Elmi-Tədqiqat İnstitutu və X5 Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən iddiaçı Tələbkar2 məxsus zəbt olunmuş 0,0428 ha torpaq sahəsindən çıxarılması, mübahisəli 0,0428 ha olan torpaq sahəsinin üzərində tikilmiş tikili cavabdehlərin hesabına sökülməsi və iddiaçıya qaytarılması qərara alınmışdır. Cavabdehlər Beynəlxalq Elmlər X1 və Öyrənilməsi Elmi-Tədqiqat İnstitutu və X3 Rayon Məhkəməsinin 2(012)-88/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsindən xx.xx.2014-cü il tarixində apelyasiya şikayəti vermiş və mülki iş 18 aprel 2014-cü il tarixində Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1074/2014 saylı, 25 iyun 2014-cü il tarixli qərardadı ilə mülki iş üzrə təyin edilmmiş məhkəmə tikinti-texniki ekspertizasının rəyi təqdim edilənədək iş üzrə icraat dayandırılmış, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 24 iyul 2015-ci il tarixli, 8134 saylı ekspertiza rəyi ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinin **********19 saylı, xx.xx.2015-ci il tarixli mütəxəssis rəyinə əsasən, iddiaçı Tələbkar2 məxsus zəbt olunmuş 0,0428 ha torpaq sahəsi cavabdehlər Beynəlxalq Elmlər X1 və Öyrənilməsi Elmi-Tədqiqat İnstitutu və X12 tərəfindən zəbt olunaraq hasara alınmışdır və torpaq sahəsində tikili olduğu müəyyən olunmuşdur. Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-64/2015 saylı, 07 oktyabr 2015-ci il tarixli qətnaməsi ilə cavabdehlər Beynəlxalq Elmlər X1 və Öyrənilməsi Elmi-Tədqiqat İnstitutu və X10m apelyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin 2(012)-88/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Abşeron rayon İcra və Probasiya Şöbəsinin 19 yanvar 2022-ci il tarixli qərarı ilə Tələbkar1 Abşeron Rayon Məhkəməsinin 2(012)-88/2014 saylı, xx.xx.2014-cü il tarixli icra sənədi üzrə tələbkar qismində tanınmışdır. Abşeron Rayon Məhkəməsinin 2(012)-88/2014 saylı, xx.xx.2014-ci il tarixli icra sənədinin məcburi icrası ilə əlaqədar olaraq AR ƏN Abşeron rayon İcra və Probasiya Şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixində, saat 16:00-da AR ƏMDK yanında DƏDRX-nın 4 saylı Əİ-nin mütəxəssisi dəvət olunmuşdur. Lakin xx.xx.2022-ci il tarixdə AR ƏMDK yanında DƏDRX-nın 4 saylı Əİ-dən dəvət olunan mütəxəssis X15 zəbt olunmuş torpaq sahəsini yerində müəyyən edə bilməmişdir. X15 və cavabdehin vəkili xx.xx.2022-ci il tarixində AR ƏN Abşeron rayon İcra və Probasiya Şöbəsinə gəlmiş və böyük icra məmuru X11 iştirakı ilə akt tərtib edilmişdir. Abşeron Rayon İcra və Probasiya Şöbəsinin 27 iyul 2022-ci il tarixli qərarına əsasən, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 70.4-cü maddələrinə əsasən Abşeron Rayon Məhkəməsinin 2(012)- 88/2014 saylı, xx.xx.2014-cü il tarixli icra sənədi Abşeron Rayon Məhkəməsinə qaytarılmışdır. Tələbkar1 Abşeron Rayon İcra və Probasiya Şöbəsinin 27 iyul 2022-ci il tarixli qərarından şikayət verərək, Abşeron rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X11 "İcrası mümkün olmayan icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması haqqında" qəbul etdiyi 27 iyul 2022-ci il tarixli qərarın ləğv edilməsini və Abşeron Rayon Məhkəməsinin 2(012)-88/2014 saylı, xx.xx.2014-ci il tarixli icra sənədinin icra olunması üçün Abşeron rayon İcra və Probasiya şöbəsinə geri qaytarılmasını xahiş etmişdir. Tələbkar1 məhkəmə iclasında şikayəti belə əsaslandırdı ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-88/2014 saylı, xx.xx.2014-ci il tarixli icra sənədinə əsasən Beynəlxalq Elmlər X1 və Öyrənilməsi Elmi-Tədqiqat İnstitutu və X3 rayonu, Mehdiabad qəsəbəsində yerləşən iddiaçı Tələbkar2 məxsus zəbt olunmuş 0,0428 ha torpaq sahəsindən çıxarılmalı, mübahisəli 0,0428 ha olan torpaq sahəsinin üzərində tikilmiş tikili cavabdehlərin hesabına sökülməli və ona qaytarılmalıdır. İcra sənədi xx.xx.2016-cı il tarixdə Abşeron rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş, həmin tarixdə "icraata başiamaq haqqında" qərar tərəflərə göndərilmiş, eyni zamanda bu barədə cavabdehə, ona və məhkəməyə məlumat verilmişdir. Qısa şəkildə nəzərə çatdırmaq istəyir ki, 06 noyabr 1994-cü il tarixində o, Tələbkar2 ilə ailə həyatı qurmuşdur. 27 iyul 2004-cü ildə mübahisə predmeti olan torpaq sahəsi ailələri tərəfindən alınaraq, həyat yoldaşı Tələbkar2 adına rəsmiləşdirilmişdir. 2013-cu ildə həyat yoldaşı İsrafilov X6 Elmlər X1 və Öyrənilməsi Elmi-Tədqiqat İnstitutu və X12 tərəfindən Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən iddiaçı Tələbkar2 məxsus zəbt olunmuş 0,0428 ha torpaq sahəsindən çıxarılması, mübahisəli 0,0428 ha olan torpaq sahəsinin üzərində tikilmiş tikili cavabdehlərin hesabına sökülməsi və iddiaçıya qaytarılması tələbi ilə Abşeron Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. 18 dekabr 2013-cü il tarixli Abşeron rayon məhkəməsinin hakimi cənab İlkin Rəcəbova ünvanlanmış məktubu ilə DT və XK-nın Abşeron rayon şöbəsinin aparıcı məsləhətçisi N.Z. Hüseynov mütəxəsis rəyində yazılı və sxematik olaraq zəbt olunma faktını təsdiqləmişdir. 17 fevral 2014-cu il tarixli, 2(012)-88/2014 saylı qətnaməsi ilə Abşeron Rayon Məhkəməsinin hakimi Ş.H.Nəcəfova tərəfindən Tələbkar2 iddiası tam təmin edilmişdir. 25 iyun 2014-cü il cavabdehlərin apelyasiya şikayəti əsasında AR Sumqayıt Apelyasiya Məhkəməsinin qərardadına əsasən (2(105)-1074/2014, hakim Telman Quliyev) məhkəmə-texniki eksperizasının rəyi təqdim edilənədək iş üzrə icraat dayandırılmışdır. 23 yanvar 2015-ci il tarixli Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri cənab Qərib Məmmədova yönlənmiş məktubu ilə DT və XK-nın Abşeron rayon şöbəsinin müdiri cənab Mübariz Vəliyev zəbtolunma faktını təsdiqləmişdir. 02 iyul 2015-ci il tarixli AR ƏMDK yanında DƏDRX-nın 4 saylı Əİ-nin rəisi A. Dilavərov tərəfindən Sumqayıt Apelyasiya Məhkəməsinə ünvanladığı **********19 saylı məktubu ilə zəbtolunma faktını təsdiqləmişdir. 24 iyul 2015-ci il tarixli, 8134 sayiı ekspertiza rəyi ilə, məhkəmə-ekspertiza mərkəzinin mühəndis-texniki ekspertizalar şöbəsinin eksperti, ali texniki və hüquq təhsilli, məhkəmə tikinti-texniki obyektlərinin tədqiqi üzrə ekspert, İİİ dərəcəli ədliyyə qulluqçusu X17 tərəfindən zəbtolunma faktı təsdiqlənmişdir. 07 oktyabr 2015-ci il tarixli AR Sumqayıt Apelyasiya Məhkəməsinin qətnaməsi ilə (2(105)- 64/2015, hakim Telman Quliyev) cavabdehlər Beynəlxalq Elmlər X1 və Öyrənilməsi Elmi-Tədqiqat İnstitutu və X10m apelyasiya şikayəti təmin edilməmişdir. 20 aprel 2015-ci il tarixli 2(001)-4089/2015 saylı Binəqədi rayon məhkəməsinin qətnaməsinə əsasən o və həyat yoldaşı Tələbkar2 arasındakı nikah pozulmuşdur. 08 avqust 2015-ci il tarixində (birgə nigah dövrü əldə olunan əmlak Binəqədi rayon məhkəməsində böiünəndən sonra) AR ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş № ******* saylı çıxarışa əsasən Mehdiabad qəsəbəsində yerləşən 0,33 sot torpaq sahəsinin 34 hissəsinin mülkiyyətçisi kimi çıxarış əldə etmişdir. 07 dekabr 2015-ci il tarixində Abşeron Rayon Məhkəməsinin xx.xx.2014-ci il tarixli 2(012)-88/2014 saylı qətnaməsi qanuni qüvvəsini almışdır, icra vərəqəsi 07 sentyabr 2016-cı ildə verilmişdir. 02 aprel 2021-ci il tarixli AR ƏMDK yanında Daşınmaz Əmiakın Döviət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışa əsasən Mehdiabad qəsəbəsində yerləşən 0,33 sot torpaq sahəsi onun mülkiyyətinə tam keçmişdir (Binəqədi rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli № 8(001)-434/2020 saylı qərardadına əsasən). Abşeron Rayon Məhkəməsinin 2-(012)-88/2014 saylı, xx.xx.2014-cü il tarixli icra sənədi üzrə onun tələbkar qismində tanınmağına dair Abşeron rayon İcra və Probasiya Şöbəsində qərar qəbul olunmuşdur. Sumqayıt Apellyasiya məhkəməsinin təyin etdiyi ekspertizanın 24 iyul 2015-ci ildə AR ƏMDK yanında DƏDRX-nın 4 saylı Əİ-si tərəfindən veriiən ekspert rəyinə əsaslanaraq zəbt olunmuş torpaq sahəsinin döngə nöqtələrinin müəyyən edilməsi üçün və Abşeron Rayon məhkəməsinin 2(012)-88/2014 saylı, xx.xx.2014-ci il tarixli icra sənədinin məcburi icrası ilə əlaqədar olaraq AR ƏN Abşeron rayon İcra və Probasiya Şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixində, saat 16:00-da AR ƏMDK yanında DƏDRX-nın 4 saylı Əİ-nin mütəxəssisi dəvət olunmuşdur. Lakin xx.xx.2022-ci il tarixdə AR ƏMDK yanında DƏDRX-nın 4 saylı Əİ-dən dəvət olunan mütəxəssis X15 zəbt olunmuş torpaq sahəsini yerində müəyyən edə bilməmişdir. Sonra isə, X15 və cavabdehin vəkili elə həmin gün (xx.xx.2022-ci il tarixində) AR ƏN Abşeron rayon İcra və Probasiya Şöbəsinə gəlmişlər və böyük icra məmuru X11 iştirakı ilə akt tərtib edilmişdir. Bu haqda ona nə heç bir xəbərdarlıq edilməmiş və akt onun iştirakı olmadan qəbul edilmişdir, bununla da hüquqları kobud şəkildə pozulmuşdur. Akta əsasən, ondan öncə məhkəməyə AR ƏMDK yanında DƏDRX-nın 4 saylı Əİ-si və digər rəsmi qurumlar tərəfindən yollanmış və məhkəmə qətnaməsinin çıxarılmasının əsasını təşkil etmiş çoxsaylı rəy və məktublarda təsdiqini tapan zəbtolunma faktı təkzib edilmişdir. xx.xx.2022-ci il tarixində qəbul olunmuş aktdan xəbərsiz olaraq o, xx.xx.2022-ci il tarixində AR ƏN Abşeron rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X19iuna ərizə ilə müraciət edərək xahiş etmişdir ki, icra məmuru tərəfindən AR ƏMDK yanında DƏDRX-nın 4 saylı ərazi idarəsinə məktub yazaraq yaranmış ziddiyətli vəziyyətə, eyni qurumun mütəxəsislərinin fərqli rəy vermələrinə aydınlıq gətirilsin. Əlavə olaraq, rəsmi qurumlar tərəfindən zəbtolunma faktını təsdiqləyən bir çox məktubu icra məmuruna təqdim etmişdir. Lakin, onun ərizəsi heçə sayılaraq (bugünə qədər cavab verilməmişdir). 27 iyul 2022-ci il tarixində AR ƏN Abşeron rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X18 "İcrası mümkün olmayan icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması haqqında" qərar qəbul etmişdir. Bununla da növbəti dəfə onun hüquq və maraqları kobud şəkildə pozulmuşdur. xx.xx.2022-ci il tarixində o, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs xidmətinə müraciət edərək AR ƏMDK yanında DƏDRX-nın 4 saylı ərazi idarəsinin mütəxəssisi X9 zəbt olunmuş torpaq sahəsini yerində müəyyən edə bilməməsi, buna dair aktın tərtib edilməsində iştirak etməsi və öz hərəkətləri ilə zəbtolunma faktını təsdiq edən, işlədiyi idarə tərəfindən öncədən verilmiş ekspert rəyini və müdriyyətinin (məhkəmənin gedişatı zamanı) imzaladığı məktublarına zidd fikir söyləməsinin ciddi şəkildə araşdırılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs xidmətləri tərəfindən araşdırma aparılmış və ona 15 avqust 2022-ci il tarixli, **********27 saylı cavab məktublarında zəbtolunma faktı bir daha öz təsdiqini tapmışdır və qeyd olunmuşdur ki: "AR ƏN Abşeron rayon İcra və Probasiya şöbəsi tərəfindən təkrar müraciət daxil olacağı təqdirdə "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən sözügedən məsələyə yenidən baxılacaqdır" .Qeyd edilənlərə əsasən, o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. X2 vəkili-nümayəndəsi X16 məhkəmə iclasında izahatında bildirdi ki, tərəflər arasında dəfələrlə məhkəmə çəkişməsi olmuşdur. Sözügedən torpaq sahəsi X7 mülkiyyətində olarkən və iş məhkəmədə olanda torpaq satılmışdır. Mülkiyyətçi başqa adam olduğu üçün əmlak sökülə bilməz. Torpaq sahəsinə baxış zamanı aşkar olunmuşdur ki, Tələbkar1 torpaq sahəsində zəbt yoxdur. Abşeron Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Elmir İsmayılov məhkəmə iclasında izahatında bildirdi ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-88/2014 saylı, xx.xx.2014-cü il tarixli icra sənədi üzrə sonuncu dəfə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinin mütəxəssisi ilə sözügedən əraziyə yerli baxış etmişlər və torpaq sahəsində zəbt olmadığından akt tərtib etmişlər. Mütəxəssis döngə nöqtələrinin məlumatlarını müəyyənləşdirmişdir. İş üzrə əvvəllər Tələbkar2 olmuş, daha sonra Tələbkar2 ilə Tələbkar1 arasındakı nikah pozulmuş və torpaq sahəsi Tələbkar1 adına keçmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinin mütəxəssisi X15 məhkəmə iclasında izahatında bildirdi ki, yerli baxış xx.xx.2022-ci il tarixində keçirilmişdir. Baxışda o, icra məmuru və tərəflər olmuşdur. Aktda isə Tələbkar1 imzası yoxdur. Torpaq sahəsində sürüşmə vardır. Ondan əvvəl metrə ilə ölçmə işləri aparılmış və istinad nöqtələri götürülmüşdür. O, tərəflərin sənədlərdəki koordinatlara əsasən ölçmə işləri aparmış və zəbtin olmadığı məlum olmuşdur. İddia olunan ərazi daş hasarın xaricində yerləşir və tələbkarın ərazisi boş sahədir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, şikayəti və ona əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, şikayəti təmin edilməlidir. Belə ki, məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən edilir ki, icra məmuru sösügedən icra sənədinin geri qaytarılmasına əsas kimi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinin nümayəndəsinin torpaq sahəsinin döngə nötqələrinin koordinatlarına uyğun olaraq Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0,0428 ha torpaq sahəsinə baxış keçirməsi zamanı Tələbkar1 məxsus torpaq sahəsində həmin sahəni zəbt edən hər hansı tikilinin aşkar olunmaması və bu barədə xx.xx.2022-ci il tarixdə müvafiq aktın tərtib olunması və bu əsasla icra sənədinin icrasını həyata keçirməyin mümkün olmamasını göstərmişdir. Lakin, məhkəmə qeyd edir ki, qanunvericiliyin tələblərindən irəli gələn tələblərə əməl olunmadan icra sənədinin geri qaytarılması qanuni və əsaslı hesab edilə bilməz. Belə ki, Sumqayıt Apellyasiya məhkəməsinin təyin etdiyi ekspertizanın 24 iyul 2015-ci ildə AR ƏMDK yanında DƏDRX-nın 4 saylı Əİ-si tərəfindən veriiən ekspert rəyinə əsaslanaraq zəbt olunmuş torpaq sahəsinin döngə nöqtələrinin müəyyən edilməsi üçün və Abşeron Rayon məhkəməsinin 2(012)-88/2014 saylı, xx.xx.2014-ci il tarixli icra sənədinin məcburi icrası ilə əlaqədar olaraq AR ƏN Abşeron rayon İcra və Probasiya Şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixində, saat 16:00-da AR ƏMDK yanında DƏDRX-nın 4 saylı Əİ-nin mütəxəssisi dəvət olunmuş, lakin xx.xx.2022-ci il tarixdə AR ƏMDK yanında DƏDRX-nın 4 saylı Əİ-dən dəvət olunan mütəxəssis X15 zəbt olunmuş torpaq sahəsini yerində müəyyən edə bilməmişdir. Sonra isə, X15 və cavabdehin vəkili elə həmin gün (xx.xx.2022-ci il tarixində) AR ƏN Abşeron rayon İcra və Probasiya Şöbəsinə gəlmişlər və böyük icra məmuru X11 iştirakı ilə akt tərtib edilmişdir. Bu haqda tələbkara heç bir xəbərdarlıq edilməmiş və akt tələbkarın iştirakı olmadan qəbul edilmişdir, bununla da tələbkarın hüquqları kobud şəkildə pozulmuşdur. Odur ki, icra məmuru tələbkarın hüquqlarını pozaraq qərar qəbul etdiyi üçün məhkəmə hesab edir ki, Abşeron Rayon İcra və Probasiya Şöbəsinin 27 iyul 2022-ci il tarixli qərarı ləğv edilməli və icra hərəkətlərinin davam etdirilməsi üçün Abşeron Rayon Məhkəməsinin 2(012)-88/2014 saylı, xx.xx.2014-cü il tarixli icra sənədi Abşeron rayon İcra və Probasiya şöbəsinə qaytarılmalıdır. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanununun 3.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Həmin Qanununun 70.4-cü maddəsinə əsasə icra sənədinin icrası mümkün olmadıqda, icra məmuru icra sənədinin məhkəməyə və ya icra sənədini vermiş digər orqana (notariusun icra qeydinin isə tələbkara) qaytarılması haqqında qərar qəbul edir. İcra məmurunun bu qərarı icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərardan onun surətini aldıqdan sonra 30 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şikayət təmin edilsin. Abşeron Rayon İcra və Probasiya Şöbəsinin 27 iyul 2022-ci il tarixli qərarı ləğv edilsin və icra hərəkətlərinin davam etdirilməsi üçün Abşeron Rayon Məhkəməsinin 2(012)-88/2014 saylı, xx.xx.2014-cü il tarixli icra sənədi Abşeron rayon İcra və Probasiya şöbəsinə qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №8(012)-596/2022
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-596/2022
07.10.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver