Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-60/2023 06.02.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədirliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, Tələbkar iştirakı ilə, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Kənan Abdullayevin təqdimatına Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Oğuz Rayon Məhkəməsinin 2(054)-415/2014 saylı, xx.xx.2014-cü il tarixli icra vərəqəsinə əsasən, Oğuz rayonu, Böyük Söyüdlü kəndi ərazisində yerləşən çoban evi, qoyun damı, mal tövləsi və kiçik mal tövləsindən ibarət qeyri yaşayış sahəsinin xx.xx.2012-ci il tarixli 4Ə/284 nömrəli alqı-satqı müqaviləsində qeyd edilən dəyəri kimi 20.000 (iyirmi min) manat məbləğ cavabdeh Borclu alınaraq Tələbkar qaytarılması qərara alınmışdır. Abşeron rayon icra və probasiya şöbəsinin icra məmuru Kənan Abdullayev təqdimatla məhkəməyə müraciət edərək, Borclu ölkədən (Azərbaycan Respublikası hüdudlarından) getmək hüququnun icra vərəqəsi üzrə borc məbləği tam ödənilənə kimi müvəqqəti məhdudlaşdırılması məsələsinə baxılmasını xahiş etmişdir. Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Kənan Abdullayev təqdimatı onunla əsaslandırmışdır ki, icra sənədi xx.xx.2020-ci il tarixdə Abşeron Rayon İcra Şöbəsinin icraatına daxil olmuş, həmin tarixdə “İcraata başlamaq haqqında” qərar tərəflərə göndərilmiş, eyni zamanda bu barədə tələbkara və məhkəməyə məlumat verilmişdir. Borclu hazırki vaxta qədər icra vərəqəsi üzrə göstərilən tələbi icra etməmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu barəsində məcburi icra tədbirlərinin görülməsi zərurəti yaranmış, borclunun ölkədən getmək hüququnun borc ödənilənədək məhdudlaşdırılması məqsədə müvafiqdir. Odur ki, o, təqdimatın təmin edilməsini xahiş etmişdir. Tələbkar Habil oğlu məhkəmə iclasında izahat verərək Borclu 2014-cü ildən ona 20.000 (iyirmi min) manat borclu oluduğunu bildirmiş, təqdimatın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı haqqında məlumat verilməsinə baxmayaraq təqdimatı vermiş icra məmuru və borclu səbəbini bildirmədən məhkəməyə gəlmədiklərindən məhkəmə, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 231.2 maddəsinə əsasən təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı tədqiq edərək, işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, təqdimat təmin olunmalıdır. Təqdimat və ona əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, Borclu tərəfindən icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda üzrsüz səbəbdən icra edilməmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Beləliklə, məhkəmə işin faktiki hallarını və toplanmış sübutları qiymətləndirərək hesab edir ki, təqdimat təmin edilməli, icra sənədinin icrasını təmin etmək üçün xx.xx.1967-ci il təvəllüdlü Kəlbəcər rayonu, Çaykənd kəndində anadan olmuş, Kəlbəcər rayonu, Çaykənd kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan Borclu ölkədən (Azərbaycan Respublikası hüdudlarından) getmək hüququ icra vərəqəsi üzrə borc məbləği tam ödənilənə kimi müvəqqəti məhdudlaşdırılmalıdır. Beləliklə, yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 267, 268 və 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Təqdimat təmin edilsin. Oğuz Rayon Məhkəməsinin 2(054)-415/2014 saylı, xx.xx.2014-cü il tarixli icra vərəqəsinin icrasını təmin etmək üçün xx.xx.1967-ci il təvəllüdlü Kəlbəcər rayonu, Çaykənd kəndində anadan olmuş, Kəlbəcər rayonu, Çaykənd kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan Borclu ölkədən (Azərbaycan Respublikası hüdudlarından) getmək hüququ icra vərəqəsi üzrə borc məbləği tam ödənilənə kimi müvəqqəti məhdudlaşdırılsın. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal müvafiq icra hakimiyyəti orqanına məlumat verilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №8(012)-60/2023
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-60/2023
06.02.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver