Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-606/2022 16.09.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədirliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi ilə, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Vadim Əliyevin təqdimatına Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Abşeron rayon Məhkəməsinin 2(012)-2885/2019 saylı xx.xx.2019-cu il tarixli icra vərəqəsinə əsasən, iddiaçı Borclu xx.xx.2019-cu il tarixdən başlayaraq 19 fevral 2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanmsı üçün hər ay cavabdeh Borclu qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutularaq iddiaçı X1 ödənilməsi ödənilməsi qərara alınmışdır. Abşeron rayon icra və probasiya şöbəsinin icra məmuru Vadim Əliyev təqdimatla məhkəməyə müraciət edərək, borclu fiziki şəxs xx.xx.1991-ci ildə Abşeron rayonu, Xırdalan şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Borclu ölkədən (Azərbaycan Respublikası hüdudlarından) getmək hüququnun icra vərəqəsi üzrə borc məbləği tam ödənilənə kimi müvəqqəti məhdudlaşdırılması məsələsinə baxılmasını xahiş etmişdir. Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Vadim Əliyev təqdimatı onunla əsaslandırmışdır ki, Abşeron rayon Məhkəməsinin 2(012)-2885/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən xx.xx.2019-cu il tarixdən başlayaraq 19 fevral 2017-ci il təvəllüdlü X3yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay cavabdeh Borclu qazancının və ya başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutularaq iddiaçı X2ma ödənilməlidir. Abşeron rayon Məhkəməsinin 2(012)-125/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən 1 ədəd brilyant dəst (sırğa, üzük, qolbaq, sep və klon)-4500 manat, qızıl qolbaq-850 manat, 5 qaşlı brilyant üzük- 500 manat, nazik sep-klon-450 manat, yumru sırğa-230 manat və kiçik sırğa-200 manat olmaqla qızıl-zinyət əşyaları, mövcud olmadığı halda isə onların dəyəri Borclu alınaraq Tələbkar qızma verilməlidir. Qeyd edilən icra sənədləri ayrı-ayrı vaxtlarda Abşeron rayon icra və probasiya şöbəsinin icraatına daxil olmuş, icraata başlama haqqında qərar və müvafiq bildiriş borcluya göndərilmişdir. Lakin borclu şəxs icra sənədləri üzrə tələbi hazırkı günədək tam şəkildə yerinə yetirməmişdir. Nəticədə Abşeron rayon Məhkəməsinin 2(012)-2885/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə borclunun 613 manat (2022-ci ilin hazırkı gününə olan orta aylıq nominal əmək haqqı Abşeron rayonu üzrə 613 manat təşkil edir, 613:4x4ay=613 manat) ödənilməmiş aliment borcu qalmışdır. Digər Abşeron rayon Məhkəməsinin 2(012)-125/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə ümumiyyətcə ödəniş olunmamış, həmin əşyalar tələbkara təqdim edilməmişdir. Beləliklə hər iki icra sənədi üzrə ümumilikdə 6730+613=7343 manat borcu vardır.“Elektron icra” informasiya sistemi vasitəsilə borclunun əmlak vəziyyəti və gəlirləri ilə bağlı sorğu edilmiş, lakin adına heç bir əmlak və gəlir aşkar edilməmişdir. Belə olan halda Borclu ölkədən çıxışına müvəqqəti məhdudiyyət qoyulması məqsədəmüvafiqdir. Odur ki, o, təqdimatın təmin edilməsini xahiş etmişdir. İş materiallarında olan teleqrama əsasən borclunun yas mərasimi olduğu üçün iştirak edə bilməyəcəyini bildirmişdir. Məhkəmə iclasının yeri və vaxtı haqqında məlumat verilməsinə baxmayaraq təqdimatı vermiş icra məmuru və tələbkar səbəbini bildirmədən məhkəməyə gəlmədiklərindən məhkəmə, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 231.2 maddəsinə əsasən təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı tədqiq edərək, işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, təqdimat təmin olunmalıdır. Təqdimat və ona əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, Borclu tərəfindən icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda üzrsüz səbəbdən icra edilməmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Beləliklə, məhkəmə işin faktiki hallarını və toplanmış sübutları qiymətləndirərək hesab edir ki, təqdimat təmin edilməli, icra sənədinin icrasını təmin etmək üçün xx.xx.1991-ci ildə Abşeron rayonu, Xırdalan şəhərində anadan olmuş, ünvan 1 ünvanında yaşayan Borclu ölkədən (Azərbaycan Respublikası hüdudlarından) getmək hüququ icra vərəqəsi üzrə borc məbləği tam ödənilənə kimi müvəqqəti məhdudlaşdırılmalıdır. Beləliklə, yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 267, 268 və 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Təqdimat təmin edilsin. Abşeron rayon Məhkəməsinin 2(012)-2885/2019 saylı xx.xx.2019-cu il tarixli icra vərəqəsinin icrasını təmin etmək üçün xx.xx.1991-ci ildə Abşeron rayonu, Xırdalan şəhərində anadan olmuş, ünvan 1 ünvanında yaşayan Borclu ölkədən (Azərbaycan Respublikası hüdudlarından) getmək hüququ icra vərəqəsi üzrə borc məbləği tam ödənilənə kimi müvəqqəti məhdudlaşdırılsın. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal müvafiq icra hakimiyyəti orqanına məlumat verilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №8(012)-606/2022
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-606/2022
16.09.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver