Məhkəmə qərarları › İş №8(012)-607/2022

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-607/2022

16.09.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-607/2022 16.09.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədirliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, Tələbkar X1 iştirakı ilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Vadim Əliyevin təqdimatına Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Abşeron rayon Məhkəməsinin 2(012)-1507/2020 saylı xx.xx.2020-ci il tarixli icra vərəqəsinə əsasən cavabdeh Borclu xx.xx.2014-cü il təvəllüdlü X5,xx.xx.2016-cı il təvəllüdü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2020-ci il tarixdən başlayaraq hər ay hər uşaq üçün 170 manat, cəmi 510 manat sabit pul məbləğində aliment iddiaçı X1 xeyrinə tutulması, Borclu ilə X3 arasında xx.xx.2014-cü il tarixdə Bakı şəhəri, Nərimanov rayon Qeydiyyat Şöbəsində bağlanmış 23 nömrəli akt qeydli nikah pozulması, birgə nikahdan anadan olmuş xx.xx.2014-cü il təvəllüdlü X8, xx.xx.2016-cı il təvəllüdlü X10 və xx.xx.2017-ci il təvəllüdlü X11 anası X1 yanında qalması xx.xx.2014-cü il təvəllüdlü X4, xx.xx.2016-cı il təvəllüdlü X7 və xx.xx.2017-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2020-ci il tarixdən başlayaraq cavabdeh Borclu hər ay hər uşaq üçün 170 manat, cəmi 510 manat sabit pul məbləğində alimentin iddiaçı X1 xeyrinə tutulması alimentin tutulması hissəsində qətnamənin dərhal icra edilməsi.,Abşeron rayon məhkəməsinin 22 sentyabr 2020-ci il tarixli qətnamə alimentin tutulması hissəsində dəyişdirilməsi, cavabdeh Borclu xx.xx.2014-cü il təvəllüdlü X8, xx.xx.2016-cı il təvəllüdlü X10 və 01.08.20.17-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay bir uşaq üçün 100 (yüz) manat olmaqla, ümumilikdə 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X2 verilsin qərara alınmışdır. Abşeron rayon icra və probasiya şöbəsinin icra məmuru Vadim Əliyev təqdimatla məhkəməyə müraciət edərək, borclu fiziki şəxs xx.xx.1992-ci ildə ünvan 1i ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan Borclu ölkədən (Azərbaycan Respublikası hüdudlarından) getmək hüququnun icra vərəqəsi üzrə borc məbləği tam ödənilənə kimi müvəqqəti məhdudlaşdırılması məsələsinə baxılmasını xahiş etmişdir. Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Vadim Əliyev təqdimatı onunla əsaslandırmışdır ki, Abşeron rayon Məhkəməsinin 2(012)-1507/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən Borclu 3 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay cəmi 510 manat pul məbləğində aliment tutularaq X2 Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-532/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Borclu 3 uşağın yetkinli yaşına çatanadək saxlanılması üçün hər ay cəmi 300 manat sabit pul məbləğində aliment tutularaq X2 ödənilməsi qərara alınmışdır. Qeyd edilən icra sənədləri müxtəlif tarixlərdə Abşeron rayon icra və probasiya şöbəsinin icraatına daxil olmuş, icraata başlama haqqında qərar və müvafiq bildiriş borcluya şəxsən təqdim olunmuşdur.Lakin borclu şəxs icra sənədləri üzrə tələbi tam şəkildə yerinə yetirmədiyi üçün Abşeron rayon Məhkəməsinin 2(012)-1507/2020 saylı xx.xx.2020-ci il tarixli, Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-532/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədləri üzrə 12000 manatdan artıq aliment borcu yaranmışdır. “Elektron icra” informasiya sistemi vasitəsilə borclunun əmlak vəziyyəti və gəlirləri ilə bağlı sorğu edilmiş, lakin adına heç bir əmlak və gəlir aşkar edilməmişdir.Belə olan halda Borclu ölkədən çıxışına müvəqqəti məhdudiyyət qoyulması məqsədə müvafiqdir. Odur ki, o, təqdimatın təmin edilməsini xahiş etmişdir. Tələbkar X3 məhkəmə iclasında izahatında bildirdi ki, borclunun 13000 manat aliment borcu vardır. O, heç aliment ödəməmidir. Uşaqlardan biri onun himayəsindədir. Uşaqların biri 9 digəri isə 7 yaşındadır. Məhkəmə iclasının yeri və vaxtı haqqında məlumat verilməsinə baxmayaraq təqdimatı vermiş icra məmuru və borclu səbəbini bildirmədən məhkəməyə gəlmədiklərindən məhkəmə, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 231.2 maddəsinə əsasən təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tələbkarı dinləyib, işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, təqdimat təmin olunmalıdır. Təqdimat və ona əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, Borclu tərəfindən icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda üzrsüz səbəbdən icra edilməmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Beləliklə, məhkəmə işin faktiki hallarını və toplanmış sübutları qiymətləndirərək hesab edir ki, təqdimat təmin edilməli, icra sənədinin icrasını təmin etmək üçün xx.xx.1992-ci ildə ünvan 1i ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan Borclu ölkədən (Azərbaycan Respublikası hüdudlarından) getmək hüququ icra vərəqəsi üzrə borc məbləği tam ödənilənə kimi müvəqqəti məhdudlaşdırılmalıdır. Beləliklə, yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 267, 268 və 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Təqdimat təmin edilsin. Abşeron rayon Məhkəməsinin 2(012)-1507/2020 saylı xx.xx.2020-ci il tarixli icra vərəqəsinin icrasını təmin etmək üçün xx.xx.1992-ci ildə ünvan 1i ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan Borclu ölkədən (Azərbaycan Respublikası hüdudlarından) getmək hüququ icra vərəqəsi üzrə borc məbləği tam ödənilənə kimi müvəqqəti məhdudlaşdırılsın. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal müvafiq icra hakimiyyəti orqanına məlumat verilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar