Məhkəmə qərarları › İş №8(012)-607/2023

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-607/2023

17.11.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-607/2023 17.11.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlu tərəfindən, Borclu məcburi gətirilməsi barədə Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Cəlal Səfərlinin təqdimatını və təqdimata əlavə olunmuş sənədləri nəzərdən keçirərək, məhkəmə, MÜƏYYƏN ETDİ: Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Cəlal Səfərli Borclu məcburi gətirilməsi barədə təqdimat ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, Borclu barəsində, onun Abşeron rayon İcra və Probasiya şöbəsinə həftənin iş günlərində, iş saatlarında, yəni, saat 09:00-dan 18:00-dək vaxt müddəti ərzində məcburi gətirilmə tədbirinin tətbiq olunması və həmin tədbirin Abşeron rayon Polis İdarəsinə həvalə edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə təqdimatı və təqdimata əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, təqdimat Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə adlanacaq) 149 və 151-ci maddələrinin, eyni zamanda, “İcra haqqında Azərbaycan Respublikası Qanunu”nun (bundan sonra İcra haqqında Qanun adlanacaq) 84.3-cü maddəsinin tələblərinə cavab vermədiyindən təqdimat və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 13.4. maddəsinə əsasən, barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Bu səbəbdən də, məhkəmə qanunun tələblərinə istinad edərək, icra məmuru tərəfindən verilmiş təqdimatın geri qaytarılması əsası olaraq, analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət etmək qənaətinə gəlir. Belə ki, Mülki Prosessual Məcəllənin: 149.1 maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. 149.2.3. maddəsinə əsasən, ərizədə iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. İcra haqqında Qanunun: 2.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. 84.2-ci maddəsinə əsasən, icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. 84.3-cü maddəsinə əsasən, bu Qanunun 84.2-ci maddəsində nəzərdə tutulmuş hallarda icra məmuru müvafiq qərar qəbul edir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərarın surətini aldıqdan sonra 10 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. Qanunun tələblərinə istinad edərək məhkəmə qeyd edir ki, borclunun məcburi şəkildə gətirilməsi barədə icra məmuru tərəfindən müvafiq qərar qəbul edilməsinə baxmayaraq həmin qərarın icra qurumunun rəhbəri tərəfindən təsdiq edilməsinə dair sənəd təqdimata əlavə edilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Borclu Abşeron rayon İcra və Probasiya şöbəsinə məcburi qaydada gətirilməsi barədə icra məmurunun təqdimatı əsaslandırılmamış və müvafiq sübutlar əlavə edilməmiş, bununla da, icra məmuru təqdimatın forma və məzmununa riayət etməmişdir. Mülki Prosessual Məcəllənin: 152.1.1 maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. 152.4 maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Məhkəmə qanunvericiliyin tələblərinə istinad edib təqdimatı qiymətləndirib belə qənaətə gəlir ki, təqdimat və ona əlavə olunmuş sənədlər icra məmuruna geri qaytarılmalı, təqdimatda yol verilmiş nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada təkrarən təqdimat ilə məhkəməyə müraciət etmək hüquqlarının olması izah olunur. Yuxarıda göstərilənlərə əsasən, Mülki Prosessual Məcəllənin 263, 264, 267-268-ci maddələrini və “İcra haqqında” Qanunun 84.2-ci maddəsini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ: Borclu məcburi gətirilməsi barədə Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Cəlal Səfərlinin təqdimatı və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Təqdimatın qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində ondan Abşeron rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar