Məhkəmə qərarları › İş №8(012)-609/2022

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-609/2022

16.09.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-609/2022 16.09.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi ilə, Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Nicat Ramazaninin borclu "xxxx" MTK-nın mülkiyyətində olan əmlakın üzərinə həbs qoyulması barədə təqdimatına Xırdalan şəhərində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(119)-931/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən, "xxxx" MTK-dan (abonent kodu **********6) istifadə edilmiş elektrik enerjisi üzrə yaranmış 7595,72 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu olmaqlan cəmi 7625,72 manat tutularaq iddiaçı “X1 Cəmiyyətinə ödənilməsi qərara alınmışdır. Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Nicat Ramazani məhkəməyə təqdimatla müraciət edərək, borclu "xxxx" MTK-nın mülkiyyətində olan «X2 V8 minik » markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobil üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Nicat Ramazani təqdimatı onunla əsaslandırmışdır ki, Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(119)-931/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən, "xxxx" MTK-dan 7625,72 manat pul vəsaitinin tutularaq “Azərişıq ASCyə ödənilməsi qərara alınmışdır. İcra sənədi xx.xx.2022-ci il tarixdə Abşeron rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş, icraata başlama haqqında qərar və müvafiq bildiriş borcluya şəxsən təqdim edilmişdir. Lakin icra sənədinin icrası hazırki vaxta qədər borclular tərəfindən yerinə yetirilməmişdir. “Elektron icra” informasiya sistemindən əldə edilən məlumata əsasən borclu "xxxx" MTK mülkiyyətində «X2 V8 minik » markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobilinin olması müəyyən edilmişdir. Belə olan halda borclu "xxxx" MTK barəsində məcburi icra tədbirlərinin həyata keçirilməsi zərurəti yaranmışdır. Qeyd edilənlərə əsasən, o, təqdimatın təmin edilməsin xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı haqqında məlumat verilməsinə baxmayaraq təqdimatı vermiş icra məmuru və icra sənədi üzrə tərəflər səbəbini bildirmədən məhkəməyə gəlmədiklərindən məhkəmə, təqdimata Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı tədqiq edərək işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, təqdimat təmin olunmalıdır. İş materiallarında olan elektron icra informasiya sistemindən çıxarılmış borclu "xxxx" MTK şəxsi kartoçkasından görünür ki, «X2 V8 minik » markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobil sonuncunun xüsusi mülkiyyətindədir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(119)- 931/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi könüllü icra olunmadığından və şəxsi kartoçkadan borclu "xxxx" MTK mülkiyyətində olan «X2 V8 minik markalı», **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.1-ci maddəsinə görə tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Həmin Qanunun 50.1-ci maddəsinə əsasən icraata başlamaq haqqında qərar borcluya təqdim olduğu gündən ən geci 1 ay müddətində, zəruri hallarda isə, qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. Yenə həmin Qanunun 50.2-ci maddəsinə görə borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə, əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 267, 268 və 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Nicat Ramazaninin təqdimatı təmin edilsin. Borclu "xxxx" MTK mülkiyyətində olan «X2 V8 minik markalı», **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulsun. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Abşeron rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar