Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-61/2024 06.02.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, Borclu iştirakı ilə, Abşeron Rayon Məhkəməsinin 8(012)-200/2022 saylı, 13 may 2022-ci il tarixli qərardadı ilə bağlı Borclu mülkiyyətində olan əmlakın üzərinə qoyulmuş həbsin götürülməsi barədə Abşeron Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Vadim Əliyevin ərizəsinə Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Abşeron rayon Məhkəməsinin 2(012)-2602/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən Borclu və X1 birgə qaydada Bank "xxxx" ASC-nin xeyrinə 1322,72 manat əsas, 463,46 manat faiz, habelə ödənilmiş dövlət rüsumunun dəyərinin əvəzi olan 20 manat və 0,40 qəpik bank xidmət haqqı, cəmi 1806,58 manat məbləğində pul tutulması qərara alınmışdır. Abşeron Rayon Məhkəməsinin 8(012)-200/2022 saylı, 13 may 2022-ci il tarixli qərardadına əsasən Borclu mülkiyyətində olan “Nissan Primera minik” markalı, **-LH-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması qərara alınmışdır. Abşeron Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Vadim Əliyev təqdimatla məhkəməyə müraciət edərək, Borclu mülkiyyətində olan “Nissan Primera minik” markalı, **-LH-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərindən həbsin götürülməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Abşeron Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Vadim Əliyev təqdimatı onunla əsaslandırmışdır ki, Abşeron rayon Məhkəməsinin 2(012)-2602/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədi üzrə Borclu 1806,58 manat məbləğində pul vəsaiti tutularaq tələbkar Bank "xxxx" ASCnin xeyrinə ödənilməlidir. “Elektron icra” informasiya sistemindən əldə edilən məlumata əsasən Borclu mülkiyyətində olan “Nissan Primera minik” markalı, **-LH-*** dövlət qeydiyyat nişanlı avtomobilin olması müəyyən edilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə Abşeron rayon Məhkəməsinin 8(012)-200/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə həmin avtomobilin üzərinə həbs qoyulmuşdur. Aparılmış icra tədbirləri nəticəsində icra sənədi üzrə tələb borclu tərəfindən tam şəkildə təmin edilmiş, tələbkarın xx.xx.2023-cü il tarixli məktubuna əsasən icra sənədinə xitam verilmişdir. Belə olan halda icra məmurunun xx.xx.2023-cü il tarixli qərarı ilə qeyd olunan icra sənədi üzrə icraata xitam verilmişdir. Qeyd olunanlara əsasən o, təqdimatın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Borclu məhkəmə iclasında izahatında bildirdi ki, o, icra vərəqəsi üzrə yaranmış borc məbləğini tamamilə ödəmişdir. Bu səbəbdən o, mülkiyyətində olan “Nissan Primera minik” markalı, **-LH-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərindən həbsin götürülməsini və təqdimatın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı haqqında məlumat verilməsinə baxmayaraq təqdimatı vermiş icra məmuru və tələbkar səbəbini bildirmədən məhkəməyə gəlmədiklərindən məhkəmə təqdimata Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Abşeron Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli icraata xitam verilməsi haqqında qərarından görünür ki, Abşeron rayon Məhkəməsinin 2(012)- 2602/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinə xitam verilmişdir. Məhkəmə borclunu dinləyib, ərizəni və iş materiallarını araşdırıb belə qənaətə gəlir ki, icra sənədi üzrə tələb ödənildiyi üçün Borclu mülkiyyətində olan “Nissan Primera minik” markalı, **-LH- *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində həbsin saxlanılması Borclu mülkiyyət hüququnun pozulması ilə nəticələnir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 266 və 269cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Abşeron Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Vadim Əliyevin ərizəsi təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 8(012)-200/2022 saylı, 13 may 2022-ci il tarixli qərardadı ləğv edilsin və Borclu mülkiyyətində olan “Nissan Primera minik” markalı, **-LH-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülsün. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №8(012)-61/2024
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-61/2024
06.02.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver