Məhkəmə qərarları › İş №8(012)-613/2022

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-613/2022

22.09.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-613/2022 22.09.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, Tələbkar, Borclu iştirakları ilə, Borclu məxsus əmlakın üzərinə həbs qoyulmasına dair Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Elmir İsmayılovun təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin 2(012)-5433/2018 saylı xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən, xx.xx.2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 154 manat sabit pul məbləğində aliment Borclu alınaraq tələbkar X1 ödənilməlidir. xx.xx.2022-ci il tarixdə Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Elmir İsmayılovun borcluya məxsus əmlakın üzərinə həbsin qoyulması barədə təqdimatı məhkəmənin icraatına daxil olmuşdur. Təqdimat onunla əsaslandırılmışdır ki, Abşeron Rayon Məhkəməsinin 2(012)- 5433/2018 saylı xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən, xx.xx.2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 154 manat sabit pul məbləğində aliment Borclu alınaraq tələbkar X1 ödənilməlidir. Borclunun adına əmlakların olubolmaması barədə müvafiq orqanlara sorğular göndərilmiş, Borclu məxsus “MG 350” minik markalı, ** DK *** dövlət qeydiyyat nişanlı avomaşın qeydiyyata alındığı müəyyən olunmuşdur. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə yuxarıda göstərilən avtomaşının üzərinə həbs qoyulmaqla, borc tələbi borclunun həmin əmlakına yönəldilməlidir. Ona görə də Borclu məxsus “MG 350” minik markalı, ** DK *** dövlət qeydiyyat nişanlı avomaşının üzərinə həbs qoyulması barədə qərardad çıxarılması məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında Tələbkar təqdimatı müdafiə edərək təmin olunması barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, 2010-cu ildə onun borclu ilə nikah münasibətləri pozulmuş, azyaşlı uşaqları olduğundan 2012-ci ildə nikah münasibətlərinə rəsmi şəkildə xitam verilmişdir. Uşaq doğulandan sonra o, məhkəməyə müraciət etmiş və həmin dövrdə borclunun 3500 manatdan çox aliment borcu yaranmışdır. Dəfələrlə icra şöbəsinə müraciət etsə də, borclu alimentin ödənilməsindən yayınmışdır. Aidiyyəti qurumlara müraciət etmiş, müəyyən göstərişlərdən sonra borclu tərəfindən aliment borcunun ödənilməsi təmin edilmişdir. Sonradan vaxtlıvaxtında aliment ödənilsə də, 2019-cu ildə borclu 4 ay fasilə vermiş və o, borcluya güzəşt etmişdir. Borclu maddi durumu ilə əlaqədar olaraq, alimenti tam şəkildə ödəyə bilməyəcəyini bildirmişdir. 2021-ci ilin noyabr ayından mart ayı istisna olmaqla, aliment ödənişi edilməmiş, mart ayında isə borclu 100 manat ödəniş etmişdir. O, yalnız uşağın saxlanması üçün alimentin ödənilməsini tələb edir. Məhkəmə iclasında Borclu təqdimatı qəbul etməyərək təmin olunmaması barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, onun mülkiyyətində “MG 350” minik markalı, ** DK *** dövlət qeydiyyat nişanlı avtomaşın olsa da, həmin avtomaşın hazırda, Dəmirbank ASC-nin mülkiyyətindədir, həmin maşın da çoxdan satılmışdır. Lakin hazırda, avtomobilin öz adında olub-olmadığını bilmir. O, alimenti vaxtında ödəsə də, noyabr ayının 7-də qəza keçirmiş, bud sümüyü sınmışdır. 8 ay sağlamlığında problem yaranmış, təkrar yıxılan zaman isə yenidən ayağı sınmışdır. Bu səbəbdən də, hazırda işləməsi də mümkün deyildir. Əvvəl sürücü vəzifəsində çalışmışdır. Təqdimatı vermiş icra məmuru məhkəmə iclasına dəvət edilsə də, məhkəmə iclasına gəlməmiş, məhkəmə iclası təqdimatı vermiş icra məmurunun iştirakı olmadan keçirilmişdir. Məhkəmə, tərəflərin izahatını dinləyib, təqdimatı və icra işini nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməlidir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun: 45.1-ci maddəsinə əsasən, tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. 50.2-ci maddəsinə əsasən, borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından,zərurihallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir və icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. İcra işinin materiallarından görünür ki, icra məmuru tərəfindən icra sənədi üzrə icra işinə başlanmış, tələbin könüllü icrası barədə borcluya bildiriş göndərilmiş, lakin borclu borcunu ödəmədiyindən tutmanı onun əmlakına yönəltmək məqsədilə əmlak vəziyyəti araşdırılmışdır. X2 çıxarılmış məlumatdan görünür ki, Borclu mülkiyyətində “MG 350” minik markalı, ** DK *** dövlət qeydiyyat nişanlı avtomobil qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Odur ki, məhkəmə hesab edir ki, təqdimat təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 2(012)-5433/2018 saylı xx.xx.2018-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu mülkiyyətində olan “MG 350” minik markalı, ** DK *** dövlət qeydiyyat nişanlı avtomaşının üzərinə həbs qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 2(012)-5433/2018 saylı xx.xx.2018-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu mülkiyyətində olan “MG 350” minik markalı, ** DK *** dövlət qeydiyyat nişanlı avtomaşının üzərinə həbs qoyulsun. Qərardaddan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar