Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-614/2022 26.09.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədirliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İcra məmuru Qəribağa Mirhəşimovun iştirakı ilə Abşeron Rayon Məhkəməsinin 8(012)-70/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə bağlı Borclu mülkiyyətində olan əmlaka qoyulmuş həbsin götürülməsi barədə Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Qəribağa Mirhəşimovun təqdimatına Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Abşeron Rayon Məhkəməsinin 2(012)-2876/2020 saylı xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən, cavabdeh Borclu Tələbkar MMC-nin xeyrinə 142,81 manat əsas borcun, 18,27 manat cərimə borcu olmaqla cəmi 161,08 manat borc, dövlət rüsumuna görə ödənilmiş 20 manat və dövlət rüsumunun ödənilməsinə görə 0,40 manat xidmət haqqı olmaqla 20,40 manat pul tutulması qərara alınmışdır. Abşeron Rayon Məhkəməsinin 8(012)-70/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Eltac İskəndərovun təqdimatı təmin edilmiş, Borclu adına olan “Hyundai İX35” minik markalı ** EH *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması qərara alınmışdır. Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Qəribağa Mirhəşimov təqdimatla məhkəməyə müraciət edərək, Borclu məxsus “Hyundai İX35” minik markalı ** EH *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etdi. Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Qəribağa Mirhəşimov təqdimatında göstərdi ki, xx.xx.2020-ci il tarixli qərarla icraata başladığı Abşeron Rayon Məhkəməsinin 2(012)-2876/2020 saylı xx.xx.2020-ci il tarixli icra vərəqəsinə əsasən, Borclu 161.08 manat pul tutulub Tələbkar MMC-nə ödənilməsi qərara alınmışdır. Həmçinin icra sənədinin icrasını təmin etmək məqsədilə Abşeron Rayon Məhkəməsinin 8(012)- 70/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadına əsasən, borclunun mülkiyyətində olan “Hyundai İX35” minik markalı ** EH *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. İcra sənədinə tələbkarın ərizəsinə əsasən “İcra haqqında” Qanunun 20.1.5ci maddəsinə əsasən xitam verilmişdir. Qeyd olunanlara əsasən o, təqdimatın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı haqqında məlumat verilməsinə baxmayaraq və icra sənədi üzrə tərəflər səbəbini bildirmədən məhkəməyə gəlmədiklərindən məhkəmə, təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan Tələbkar MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-2876/2020 saylı xx.xx.2020-ci il tarixli icra sənədinə “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 20.1.5-ci maddəsinə əsasən xitam verilməsini xahiş edilmiş və Abşeron rayon İcra və Probasiya şöbəsinin xx.xx.2022-ci il tarixli qərarı ilə sözügedən icra işinə xitam verilmişdir. Məhkəmə icra məmurunu dinləyib, təqdimatı və iş materiallarını araşdırıb hesab edir ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-2876/2020 saylı xx.xx.2020-ci il tarixli icra sənədi üzrə icraata xitam verildiyindən ki, “Hyundai İX35” minik markalı ** EH *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində həbsin saxlanılmasına zərurət aradan qalxmış və həmin avtomobilin üzərində həbsin saxlanılması Borclu mülkiyyət hüququnun pozulması ilə nəticələnir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 266 və 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Qəribağa Mirhəşimovun təqdimatı təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 8(012)-70/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ləğv edilsin və Borclu məxsus “Hyundai İX35” minik markalı ** EH *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülsün. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Abşeron rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №8(012)-614/2022
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-614/2022
26.09.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver