Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-616/2023 08.12.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ X3 Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İcra məmuru X1, Tələbkar iştirakları ilə, Abşeron Rayon Məhkəməsinin 2(012)-1033/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin izah edilməsi barədə Abşeron rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X1 ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin 2(012)-1033/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən, iddia qismən təmin edilmiş, cavabdeh Borclu iddiaçı Tələbkar mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndində yerləşən 0,03 ha torpaq sahəsindən çıxarılması qət edilmişdir. Abşeron rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X2 ərizə ilə məhkəməyə müraciət edərək, Abşeron Rayon Məhkəməsinin 2(012)-1033/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinin icrasında qeyd edilən halların müəyyən çətinlik və anlaşılmazlıqlar yarandığı üçün həmin qətnaməyə müəyyən aydınlıq gətirilməklə müvafiq izahın verilməsini məhkəmədən xahiş etmişdir. Abşeron rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X2 məhkəmədə izahatında bildirdi ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-1033/2023-009 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən cavabdeh Borclu Tələbkar mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndində yerləşən 0,03 ha torpaq sahəsindən çıxarılmalıdır. Abşeron Rayon Məhkəməsinin 2(012)-1033/2023-009 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin icrası ilə bağlı sözügedən torpaq sahəsinə baxış keçirən zaman həmin torpaq sahəsinin üzərində iki mərtəbəli yaşayış evinin olduğu aşkar olundu və bu haqda akt tərtib olundu. Belə olan halda Abşeron Rayon Məhkəməsinin 2(012)-1033/2023-009 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin icra olunmasına bir sıra çətinliklər yaranmışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 14.1-ci maddəsində təsbit olunur ki, icra sənədlərində göstərilmiş tələblər aydın olmadıqda icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə belə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə ərizə ilə müraciət etmək hüququna malikdir. Qeyd olunanlara əsasən, o, ərizənin təmin edilməsini xahiş etdi. Tələbkar məhkəmə iclasında izahatında bildirdi ki, torpaq sahəsinin üzərində tikilmiş yaşayış evi birgə nikah dövründə əldə olunmuşdur. Abşeron Rayon Məhkəməsinin 2(012)-1033/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsində sözügedən torpaq sahəsi onun mülkiyyətində olsa da həmin qətnamədə torpaq sahəsi üzərində yerləşən yaşayış binası ilə bağlı məsələyə aydınlıq gətirilmədiyindən Borclu həmin yaşayış evində yaşayır və buna görə də tələbkar həmin evə gedə bilmir. Odur ki, o, ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı haqqında məlumat verilməsinə baxmayaraq borclu məhkəməyə gəlmədiyinə görə məhkəmə, ərizəyə Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən borclunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını tədqiq edib, toplanmış sübutlara qiymət verərək, hesab edir ki, ərizə təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, qətnamənin izah edilməsi onun məzmununun dəyişdirilmədən izah edilməsi kimi nəzərdə tutulmuşdur. Qətnamənin nəticə hissəsi qeyri-müəyyən olduqda, bu da qətnamənin icrasında ziddiyət, qeyri-müəyyənlik və anlaşmazlıq yaratdıqda qətnamənin izah olunmasına yol verilir. Belə ki, hazırkı iş üzrə qəbul edilmiş məhkəmə qətnaməsi aydın, anlaşılan qaydada yazılmışdır. Məhkəmə həmin qətnamədə iddia tələbinə uyğun qətnamə çıxarmışdır.Bu səbəbdən də məhkəmə hesab edir ki, qətnamədə ziddiyyət, qeyri-müəyyənlik və anlaşmazlıq olmadığından qətnaməyə izah verilməsinə ehtiyac yoxdur və hazırda tələb olunan formada qətnaməyə izah verilməsi qətnamənin məzmunun dəyişdirilməsi ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 230.1-ci maddəsinə əsasən işə baxmış hakim, apellyasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Həmin Məcəllənin 230.3-cü maddəsinə əsasən qətnamə icra edilməmişsə, onun izah edilməsinə yol verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 230, 263, 264, 266 və 269cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Abşeron rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X1 Abşeron Rayon Məhkəməsinin 2(012)-1033/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin izah edilməsi barədə ərizəsi təmin edilməsin. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №8(012)-616/2023
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-616/2023
08.12.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver