Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-618/2022 26.09.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədirliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İcra məmuru Qəribağa Mirhəşimovun iştirakı ilə, Borclu1 barəsində məcburi gətirilmə tədbirinin tətbiq olunması barədə Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Qəribağa Mirhəşimovun təqdimatına Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Masallı rayon Məhkəməsinin 2(050)-2260/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən cavabdeh Borclu1 iddiaçı Borclu2 tərəfindən 04 iyul 2012-ci ildə Bakı şəhərində doğulmuş X1 atası olması müəyyən edilməsi, müvafiq qeydiyyatın aparılması üçün qətnamənin surəti Masallı rayon qeydiyyat şöbəsinə təqdim edilməsi,25 iyun 2021-ci ildən başlayaraq cavabdeh Borclu1 04 iyul 2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 140 manat sabit pul məbləğində aliment tutulub iddiaçı Borclu2 verilməsi verilməsi qərara alınmışdır. Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Qəribağa Mirhəşimov təqdimatla məhkəməyə müraciət edərək, Borclu1 məcburi qaydada gətirilməsi barədə qərardad qəbul edilməsini xahiş etdi. Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Qəribağa Mirhəşimov təqdimatı onunla əsaslandırdı ki, Masallı rayon Məhkəməsinin 2(050)-2260/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Borclu1 1 uşağın saxlanılması üçün hər ay cəmi 140 manat aliment tutulub Borclu2 ödənilməsi qərara alınmışdır. İcra sənədi xx.xx.2021-ci il tarixdə “tələbin könüllü icrası haqqında” bildirişə əlavə edilmiş icraata başlamaq haqında qərar höndərilmişdir. Eyni zamanda borcluya xx.xx.2021-ci il tarixdə xəbərdarlıq edilərək aliment tələbini təmin etmədiyi halda daşıyacağı inzibati və cinayət məsuliyyəti izah edilməklə xəbərdarlıq( bildiriş) özünə şəxsən təqdim edilmişdir. Bu səbəbdən də icra sənədində göstərilən tələbin həyata keçirilməsi mümkün olmamışdır.Belə olan halda Borclu1 məcburi qaydada şöbəyə gətirilməsi zərurəti yaranmışdır. Qeyd olunanlara əsasən, o, təqdimatın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı haqqında məlumat verilməsinə baxmayaraq icra sənədi üzrə tərəflər səbəbini bildirmədən məhkəməyə gəlmədiklərindən məhkəmə təqdimata Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə icra məmurunu dinləyib, təqdimatı tədqiq edərək işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, təqdimat təmin olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən, icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmə qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Beləliklə, məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, borclu icra sənədini uzun müddət ərzində icra etmədiyindən və icra məmurunun çağırışına baxmayaraq Abşeron rayon İcra və Probasiya Şöbəsinə gəlməkdən üzrsüz səbəbdən yayındığından təqdimat təmin edilməli, xx.xx.1984-cü il təvəllüdlü, Bakı şəhərində anadan olmuş, Abşeron rayonu, Masazır şossesinin şimalı ünvanında qeydiyyatda olan və Xırdalan şəhəri, Osman Sarıvəlli küçəsi, ev 115 a ünvanında yaşayan Borclu1 barəsində məcburi gətirilmə tədbiri tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 263, 264, 267, 268 və 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Təqdimat təmin edilsin. Masallı rayon Məhkəməsinin 2(050)-2260/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar olaraq xx.xx.1984-cü il təvəllüdlü, Bakı şəhərində anadan olmuş, Abşeron rayonu, Masazır şossesinin şimalı ünvanında qeydiyyatda olan və Xırdalan şəhəri, Osman Sarıvəlli küçəsi, ev 115 a ünvanında yaşayan Borclu1 məcburi qaydada Abşeron rayon İcra və Probasiya Şöbəsinə gətirilsin. Qərardadın icrası Abşeron rayon Polis İdarəsinə həvalə edilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №8(012)-618/2022
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-618/2022
26.09.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver