Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-623/2022 28.09.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, Borclu MMC-yə məxsus əmlakın üzərinə həbs qoyulmasına dair Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Qəribağa Mirhəşimovun təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-4405/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən, icra sənədi üzrə Borclu MMC-dən 3350 manat pulun tutularaq Tələbkar MMC-yə ödənilməsi qərara alınmışdır. xx.xx.2022-ci il tarixdə Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Qəribağa Mirhəşimovun borcluya məxsus əmlakın üzərinə həbsin qoyulması barədə təqdimatı məhkəmənin icraatına daxil olmuşdur. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)- 4405/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən, icra sənədi üzrə Borclu MMC-dən 3350 manat pulun tutularaq Tələbkar MMC-yə ödənilməsi qərara alınmışdır. İcra sənədi xx.xx.2022-ci il tarixdə Abşeron rayon icra və probasiya şöbəsinin icraatına daxil olmuş və qanuna müvafiq icra hərəkətlərinə başlanılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Elektron sisteminə sorğu edilən zaman "xxxx" MMC-yə məxsus “Audi Q7” minik markalı, ** AN *** dövlət qeydiyyat nişanlı, ’’Mercedes Benz E300” minik markalı, ** AU *** dövlət qeydiyyat nişanlı avtomobillər aşkar olunmuşdur. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə yuxarıda göstərilən avtomobillərin üzərinə həbs qoyulmaqla, borc tələbi borclunun həmin əmlaklarına yönəldilməlidir. Ona görə də borclu "xxxx" MMC-yə məxsus “Audi Q7” minik markalı, ** AN *** dövlət qeydiyyat nişanlı, ’’Mercedes Benz E300” minik markalı, ** AU *** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulması və duracağa yerləşdirilməsi barədə qərardad çıxarılması xahiş olunmuşdur. Təqdimatı vermiş şəxs, tələbkar və borclu məhkəmə iclasına dəvət edilsələr də, məhkəmə iclasına gəlməmiş, məhkəmə iclası təqdimatı vermiş şəxsin, tələbkarın və borclunun iştirakı olmadan keçirilmişdir. Məhkəmə, təqdimatı və icra işini nəzərdən keçirərək hesab edir ki, təqdimat geri qaytarılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Abşeron rayon İcra və Probasiya şöbəsinin məhkəməyə ünvanlandığı xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-4405/2021 saylı xx.xx.2021-ci il tarixli qərarına əsasən, tərəflər arasında razılığa gəlindiyindən təqdimatın geri qaytarılması məhkəmədən xahiş olunmuşdur. Məhkəmə təqdimat və təqdimata əlavə olunmuş sənədləri araşdıraraq müəyyən etmişdir ki, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-4405/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən, icra sənədi üzrə Borclu MMC-dən Tələbkar MMC-yə ödənilməsi nəzərdə tutulan 3350 manat pul vəsaitinin tutulmasının təmin edilməsi məqsədilə borclunun mülkiyyətində olan nəqliyyat vasitələrinin üzərinə həbsin qoyulması məhkəmədən xahiş olunmuşdur. Hazırda, tərəflər arasında razılıq əldə olunduğundan, nəticədə, borclunun əmlakının üzərinə həbsin qoyulmasına zərurət qalmadığından məhkəmə təqdimat və ona əlavə olunmuş sənədlərin geri qaytarılması qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 427.1. maddəsinə əsasən, şikayəti, ərizəni və ya protesti vermiş şəxs onu geri götürmək hüququna malikdir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ: Borclu MMC-yə məxsus əmlakın üzərinə həbs qoyulmasına dair Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Qəribağa Mirhəşimovun təqdimatı və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №8(012)-623/2022
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-623/2022
28.09.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver