Məhkəmə qərarları › İş №8(012)-624/2023

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-624/2023

08.12.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-624/2023 08.12.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ X2 Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, Borclu iştirakı ilə, Abşeron rayon İcra və probasiya şöbəsinin icra məmuru Vadim Əliyevin Borclu məcburi qaydada şöbəyə gətirilməsi barədə təqdimatına Xırdalan şəhərində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Abşeron Rayon Məhkəməsinin 2(012)-1702/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən, cavabdehlər Borclu və Hüseynov Hicran Pərgar oğlundan müştərək qaydada 4949,41 manat əsas borc, 979,03 manat faiz borcu, cəmi 5928,44 manat məbləğində 08 fevral 2023-cü il tarixinə olan kredit borcu və ödənilmiş 79,28 manat borcun alınaraq iddiaçı «X3» Bakı filialına ödənilməsi qərara alınmışdır. Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Vadim Əliyev məhkəməyə təqdimatla müraciət edərək Borclu məcburi qaydada gətirilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Abşeron rayon Məhkəməsinin 2(012)-1702/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu və Hüseynov Hicran Pərgar oğlundan 5928.44 manat məbləğində pul vəsaiti və 79.28 manat dövlət rüsumu tutularaq tələbkar X3 Bakı filialının xeyrinə ödənilməlidir. Qeyd edilən icra sənədi xx.xx.2023-cü il tarixdə Abşeron rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş, icraata başlama haqqında qərar və müvafiq bildiriş borcluya göndərilmişdir. Lakin könüllü icra müddətinin bitməsinə baxmayaraq icra sənədindəki tələb təmin edilməmişdir. Belə olan halda icra sənədinin icrası ilə bağlı borclu barəsində məcburi icra tədbirlərinin görülməsi zərurəti yaranmışdır. Bundan sonra Borclu adında olan telefon nömrəsi ilə dəfələrlə əlaqə saxlanılmış və sms bildiriş göndərilmişdir. Lakin buna baxmayaraq borclu icra məmurunun çağırışlarına məhəl qoymayaraq icra şöbəsinə gəlməmiş, bununla da icra sənədinin icrasından yayınmışdır. Buna görə də Borclu məcburi qaydada şöbəyə gətirilməsi zərurəti yaranmışdır. Bunlara əsasən o, təqdimatın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasın yeri və vaxtı haqqında məlumat verilməsinə baxmayaraq təqdimatı vermiş icra məmuru və icra sənədi üzrə tələbkar məhkəməyə gəlmədiklərinə görə, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Borclu məhkəmə iclasında izahatında bildirdi ki, təqdimatda Abşeron rayon İcra və Probasiya şöbəsi tərəfindən ona icraata başlama haqqında qərarın, müvafiq bildirişin və sms bildirişin göndərilməsi, onunla mobil telefonla əlaqə saxlanılması qeyd edilsə də əslində ona heç bir bildiriş gəlməmiş, məlumat verilməmişdir. Bu məsələ ilə bağlı yalnız iki gün əvvəl poçtdan onun ünvanına gəlmiş məktub vasitəsilə xəbərdar olmuşdur. O, Abşeron rayon Məhkəməsinin 2(012)-1702/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə yaranmış borcunu ödəməkdən heç vaxt yayınmamış, hətta borcun müəyyən hissəsini ödəmişdir. Buna görə də təqdimatın təmin edilməməsini xahiş etdi. Məhkəmə borclunu dinləyib, təqdimatı və ona əlavə olunmuş sənədləri tədqiq edərək hesab edir ki, təqdimat təmin olunmamalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən, icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmə qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Məhkəmə təqdimatı və iş materiallarını araşdırıb belə qənaətə gəlir ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-1702/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsi üzrə Borclu Abşeron rayon İcra və Probasiya şöbəsi tərəfindən tələbin icra olunması barədə xəbərdarlıq edilməsi ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim olunmadığından Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Vadim Əliyevin Borclu məcburi qaydada gətirilməsi barədə təqdimatı rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 267, 268 və 269cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Vadim Əliyevin Borclu məcburi qaydada gətirilməsi barədə təqdimatı rədd edilsin. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Abşeron rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar