Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-630/2022 11.10.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, Ərizəçi-tələbkar X2, Ərizəçi-borclu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, Ərizəçi-tələbkar X2 və ərizəçi-borclu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin barışıq sazişinin təsdiq edilməsi barədə ərizələrinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Abşeron rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(012)-2985/2019 saylı icra sənədindən görünür ki, iddia tələbi qismən təmin edilmiş, "xxxx" MMC-nin xx.xx.2019-cu il tarixli, 12T/HR saylı, X5 ilə bağlanılmış əmək müqaviləsinə xitam verilməsinə dair əmri ləğv edilmiş, X2 "xxxx" MMC-də Hüquq departamentinin rəhbəri vəzifəsinə bərpa edilməsi, "xxxx" MMC-dən məcburi işburaxmaya görə X2 işdən çıxarıldığı gündən işə bərpa olunacağı günə qədər orta əmək haqqı məbləğində pulun alınaraq iddiaçı X3 verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Abşeron rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(012)-2985/2019 saylı qətnaməsi qanuni qüvvəsini almış və icra edilməsi üçün xx.xx.2021-ci il tarixdə Abşeron rayon İcra və Probasiya şöbəsinə icraya yönəldilmişdir. Ərizəçi-tələbkar X5 və eyni zamanda, ərizəçi-borclu "xxxx" MMC ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə qətnaməsi əsasında verilmiş icra sənədi üzrə icraata xitam verilməsi üçün barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişlər. Ərizəçi-tələbkar və ərizəçi-borclu tərəfindən verilmiş eyni məzmunlu ərizələr onunla əsaslandırılmışdır ki, Abşeron rayon Məhkəməsinin qanuni qüvvəsini almış 12 iyul 2019cu il tarixli, 2(012)-2985/2019 saylı qətnaməsi qəbul edilmişdir. Qeyd olunan qətnamə yuxarı instansiya məhkəmələrinin qərarı ilə qüvvədə saxlanılmış və icra edilməsi üçün Abşeron rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. Hazırda, tərəflər icra şöbəsinin icraatında olan həmin işi barışıq sazişi bağlamaqla yekunlaşdırmaq niyyətindədir və qarşılıqlı razılığa gələrək ərizəyə əlavə olunmuş şərtlərlə hazırki barışıq sazişini imzalamışlar. Ona görə də göstərilənlərə əsasən, ərizələrin təmin olunması barədə qərardad çıxarılması məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında ərizəçi-borclu "xxxx" MMC-nin nümayəndəsi və vəkili Vəkil ərizəni müdafiə edərək təmin olunması barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, “İcra haqqında Qanun”un tələblərindən də göründüyü kimi, icra sənədi üzrə icraata xitam verilməsi əsaslarından biri də məhkəmə tərəfindən barışıq sazişinin təsdiq edilməsidir. Məhkəmə tərəfindən sazişin təsdiq edilməsinə qədər də tələbkar və borclu arasında müəyyən razılıqlar əsasında bəndlər icra edilmiş, bir-iki bənd qalmışdır ki, həmin öhdəliklərin icra edilməsi məhkəmə tərəfindən barışıq sazişi təsdiq edildikdən sonra icra edilməsi mümkündür. Beləliklə də, tələbkar və borclu arasında nəinki hazırki iş, bütün mübahisələr müsbət həllini tapmışdır. Barışıq sazişində borclunun nümayəndəsi və vəkili qismində o, iştirak etmiş və imza ona məxsusdur. Məhkəmə iclasında ərizəçi-tələbkar X5 ərizəni müdafiə edərək təmin olunması barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, barışıq sazişində tələbkar qismində edilmiş imza ona məxsusdur və barışıq sazişinin təsdiq edilməsini xahiş edir. Məhkəmə, icra sənədi üzrə tərəflərin izahatını dinləyib, ərizələri və iş materiallarını nəzərdən keçirib məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, tələbkar və borclu tərəfindən verilmiş ərizələr təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə adlanacaq): 15.2. maddəsinə əsasən, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. 15.3. maddəsinə əsasən, məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. “İcra haqqında Azərbaycan Respublikası Qanunu”nun (bundan sonra İcra haqqında Qanun adlanacaq): 2.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. 3.1-ci maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, Abşeron rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(012)-2985/2019 saylı icra sənədinə əsasən, "xxxx" MMC-nin xx.xx.2019-cu il tarixli, 12T/HR saylı, X5 ilə bağlanılmış əmək müqaviləsinə xitam verilməsinə dair əmri ləğv edilmiş, X2 "xxxx" MMCdə Hüquq departamentinin rəhbəri vəzifəsinə bərpa edilməsi, "xxxx" MMC-dən məcburi işburaxmaya görə X2 işdən çıxarıldığı gündən işə bərpa olunacağı günə qədər orta əmək haqqı məbləğində pulun alınaraq iddiaçı X3 verilməsi qərara alınmışdır. Sözügedən məhkəmə aktı əsasında tərəflər arasında razılıq əldə olunaraq barışıq sazişi bağlandığından icra sənədi üzrə tələbkar və borclu hər ikisi ərizə ilə məhkəməyə müraciət edərək icra sənədi üzrə icraata xitam verilməsi üçün barışıq sazişinin təsdiq edilməsini məhkəmədən xahiş etmişlər. “İcra haqqında Qanun”un 20.1.2. maddəsinə əsasən, məhkəmə tələbkar ilə borclu arasında barışıq sazişini təsdiq etdikdə icra sənədi üzrə icraata xitam verilir. Qanunun tələblərinə istinad edərək, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, icra sənədi üzrə icraata xitam verilməsi əsaslarından biri də məhkəmə tərəfindən tərəflər arasında bağlanmış barışıq sazişinin təsdiq edilməsidir. Mülki Prosessual Məcəllənin 13.4. maddəsinə əsasən, barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Bu səbəbdən də, məhkəmə qanunun tələblərinə istinad edərək, icra sənədi üzrə icraata xitam verilməsi üçün tərəflər arasında bağlanmış barışıq sazişinin məhkəmə qaydasında təsdiq edilməsi əsası olaraq, analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət etmək qənaətinə gəlir. Mülki Prosessual Məcəllənin: 52.3. maddəsinə əsasən, tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. 52.5. maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. 191.2. maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, barışıq sazişinin şərtlərini nəzərdən keçirib, eləcə də, mülki işin digər materiallarını araşdırıb belə nəticəyə gəlir ki, barışıq sazişinin şərtləri tərəflərin hüquqlarını və qanunla qorunan mənafelərini, habelə, üçüncü şəxslərin hüquqlarını pozmur və həmin şərtlər onların qarşılıqlı münasibətlərinə uyğun gəlir. Bu səbəbdən də, göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, barışıq sazişi məhkəmə tərəfindən qəbul edilməli və şərtləri təsdiq edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 231.2, 231.4, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ: Ərizəçi-tələbkar X2 və ərizəçi-borclu "xxxx" MMC-nin ərizələri təmin edilsin. Tələbkar X5 ilə borclu "xxxx" MMC arasında bağlanmış barışıq sazişi aşağıdakı şərtləri ilə təsdiq edilsin: “Barışıq sazişi - 05 avqust 2022-ci il-Bakı şəhəri. Bir tərəfdən, tələbkar qismində çıxış edən X5 şəxsində (bundan sonra bu Sazişdə “Tələbkar”), digər tərəfdən, borclu qismində çıxış edən "xxxx" MMC-nin nümayəndəsi Vəkil (bundan sonra bu Müqavilədə “Borclu”) şəxsində, ayrı-ayrılıqda bu Sazişdə “Tərəf”, birlikdə isə “Tərəflər” olaraq qeyd edilir: Abşeron rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(012)-2985/2019 saylı qətnaməsi əsasında verilmiş icra vərəqəsinin icrası ilə əlaqədar Abşeron rayon İcra və Probasiya şöbəsinin icraatında olan iş üzrə və iddiaçı X2 cavabdeh "xxxx" MMC-yə qarşı əvəzetmə və məcburi işburaxma ilə bağlı ödənilməyən əmək haqqının, dəymiş mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)- 131/2022 saylı, xx.xx.2022- ci il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin icraatında olan (hakim İlqar Xələfov) 2(102)- 4058/2022 saylı iş üzrə aşağıdakı şərtlər əsasında bu barışıq sazişini (bundan sonra “Saziş”) bağladılar:
1. Tələbkar X1 rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(012)-2985/2019 saylı qətnaməsi əsasında verilmiş icra vərəqəsinin icrasından ("xxxx" MMC-də hüquq departamentinin rəhbəri vəzifəsinə bərpa edilməsi, məcburi işburaxmaya görə onun işdən çıxardığı gündən işə bərpa olunacağı günə qədər orta əmək haqqı məbləğində pulun alınaraq ona verilməsi tələblərindən) imtina edir və icra icraatına “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə əsasən, xitam verilir.
2. İddiaçı X5 onun cavabdeh "xxxx" MMC-yə qarşı əvəzetmə və məcburi işburaxma ilə bağlı ödənilməyən əmək haqqının, dəymiş mənəvi ziyanın ödənilməsi tələbinə dair iddiasından imtina edir.
3. Saziş imzalandıqdan və müvafiq ərizələrlə (sazişin təsdiq edilməsi və saziş əsasında işlərə xitam verilməsi barədə) birlikdə Azərbaycan Respublikası Ali Məhkəməsinə və Abşeron rayon İcra və Probasiya şöbəsinə təqdim edildikdən sonra 5 (beş) iş günü ərzində "xxxx" MMC 200.000 (iki yüz min) manat məbləğində pulu (qanunvericilikdə nəzərdə tutulmuş bütün ödənişlər xaric) X2 nümayəndəsi və vəkili X4 "xxxx" ASC-də olan (CİF:00279251, İBAN: AZ20PAHA41010AZNFK**********, TİN **********, Bank Code: 505141, S.W.İ.F.T.BİC.PAHAAZ22) bank hesabına ödəyir.
4. Saziş imzalandıqdan, Abşeron rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(012)-2985/2019 saylı qətnaməsi əsasında verilmiş icra vərəqəsinin icrasına Abşeron rayon Məhkəməsinin qərardadı ilə xitam verildikdən və qərardad qanuni qüvvəsini aldıqdan, eyni zamanda, iddiaçı X2 cavabdeh "xxxx" MMC-yə qarşı əvəzetmə və məcburi işburaxma ilə bağlı ödənilməyən əmək haqqının, dəymiş mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-131/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin icraatında olan iş (hakim İlqar Xələfov, iş № 2(102)-4058/2022) üzrə icraata xitam verildikdən və qərardad qanuni qüvvəsini aldıqdan sonra 5 (beş) iş günü ərzində "xxxx" MMC 50.000 (əlli min) manat məbləğində pulu (qanunvericilikdə nəzərdə tutulmuş bütün ödənişlər xaric) X2 nümayəndəsi və vəkili X4 "xxxx" ASC-də olan (CİF:00279251, İBAN: AZ20PAHA41010AZNFK**********, TİN **********, Bank Code: 505141, S.W.İ.F.T.BİC.PAHAAZ22) bank hesabına ödəyir.
5. Borclu, X2 əmək müqaviləsinə xx.xx.2019-cu il tarixdən xitam verilməsi barədə 20 oktyabr 2020-ci il tarixli əmri ləğv edərək onun müvafiq ərizəsi əsasında əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə əsasən, ləğvi barədə əmr verir və əmri icra edilməsi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə və Abşeron rayon İcra və Probasiya şöbəsinə göndərir, eyni zamanda, tələbkarın əmək kitabçasına müvafiq qeyd aparır.
6. Tərəflər bu sazişi imzalamaqla bildirir ki, sazişin bütün bəndləri icra olunduqdan sonra saziş imzalanan ana aralarında olan bütün münasibətlər üzrə bir-birlərinə qarşı, eyni zamanda, "xxxx" MMC-nin işçilərinə qarşı maliyyə iddiası daxil olmaqla, bununla məhdudlaşmadan digər hər hansı bir tələb və iddiaları yoxdur və olmayacaqdır.
7. Sazişin bütün bəndləri konfidensialdır. Tərəflər konfidensial məlumatı gizlin və məxfi saxlamalı və saxlanılması üçün zəruri tədbirlər görməli, onu üçüncü şəxslərə ötürməməli, onu yaymamalıdır. Tərəflər konfidensial məlumatdan yalnız sazişin icrası məqsədi ilə və bu funksiyaların və öhdəliklərin icrası üçün zəruri olan qədər istifadə edə bilər. Konfidensiallığı pozan tərəf digər tərəfə 50.000 (əlli min) manat məbləğində pulu (qanunvericilikdə nəzərdə tutulmuş bütün ödənişlər xaric) ödəyir.
8. Bu saziş Azərbaycan dilində, 3 (üç) vərəqdə, 6 (altı) nüsxədə tərtib olunmuşdur, nüsxələr eyni hüquqi qüvvəyə malikdir, tərəflərin imzaladığı andan qüvvəyə minir, nüsxələrdən biri tələbkarda, biri borcluda, biri Abşeron rayon İcra və Probasiya şöbəsində, biri Azərbaycan Respublikası Ali Məhkəməsinin icraatında olan işin materiallarında, digər ikisi isə tərəflərin vəkillərində saxlanılır. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim: Habil Əhmədov