Məhkəmə qərarları › İş №8(012)-634/2023

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-634/2023

12.12.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-634/2023 12.12.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədirliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, Borclu və Tələbkar iştirakları ilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Vadim Əliyevin təqdimatına Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Goranboy rayon Məhkəməsinin 2(045)-1646/2022 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən, Borclu Tələbkar xeyrinə 10000 manat məbləğində borc pul və ödənilmiş 120 manat məbləğində dövlət rüsumu əvəzinin tutularaq ödənilməsi qərara alınmışdır. Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Vadim Əliyev təqdimatla məhkəməyə müraciət edərək, borclu fiziki şəxs Borclu ölkədən (Azərbaycan Respublikası hüdudlarından) getmək hüququnun icra vərəqəsi üzrə borc məbləği tam ödənilənə kimi müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Vadim Əliyev təqdimatı onunla əsaslandırmışdır ki, Goranboy rayon Məhkəməsinin 2(045)-1646/2022 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu 10000 manat məbləğində pul vəsaiti və 120 manat dövlət rüsumu tutularaq Tələbkar xeyrinə ödənilməlidir. Qeyd olunan icra sənədi üzrə Goranboy rayon İcra və Probasiya şöbəsində icraata başlanılmış, sonradan icra sənədi aidiyyəti üzrə Abşeron rayon İcra və Probasiya şöbəsinə göndərilmiş və xx.xx.2023-cü il tarixdə Abşeron rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuşdur. Lakin icra sənədi üzrə tələb könüllü olaraq borclu tərəfindən təmin olunmamışdır. “Elektron icra” informasiya sistemi vasitəsilə borclunun əmlak vəziyyəti ilə bağlı sorğu edilmiş, adında heç bir mülkiyyət müəyyən edilməmişdir. Belə olan halda Borclu ölkədən çıxışına müvəqqəti məhdudiyyət qoyulması məqsədəmüvafiqdir. Qeyd edilənlərə əsasən o, təqdimatın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı haqqında məlumat verilməsinə baxmayaraq təqdimatı vermiş icra məmuru səbəbini bildirmədən məhkəməyə gəlmədiyindən məhkəmə, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Borclu məhkəmə iclasında Tələbkar özü üçün borc pul götürmədiyini, ondan vasitəçi kimi 58000 manat borc pul götürdüyünü, Goranboy rayon Məhkəməsinin 2(045)-1646/2022 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədində qeyd olunan 10000 manat pulun da həmin borc məbləğinin bir hissəsi olduğunu bildirərək təqdimatın təmin edilməməsini xahiş etdi. Tələbkar məhkəmə iclasında izahatında bildirdi ki, Borclu pensiya kartından hər ay 150-160 manat məbləğində borca görə pul tutulur, borcun bu üsulla ödənilməsi isə onu tələbkar kimi qane etmir. Odur ki, o, təqdimatın təmin edilməsini xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyib təqdimatı tədqiq edərək, işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, təqdimat təmin olunmalıdır. Təqdimat və ona əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, Borclu tərəfindən icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda üzrsüz səbəbdən icra edilməmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Beləliklə, məhkəmə işin faktiki hallarını və toplanmış sübutları qiymətləndirərək hesab edir ki, təqdimat təmin edilməli, icra sənədinin icrasını təmin etmək üçün xx.xx.1972-ci il təvəllüdlü, ünvan 1i ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan Borclu ölkədən (Azərbaycan Respublikası hüdudlarından) getmək hüququ icra vərəqəsi üzrə borc məbləği tam ödənilənə kimi müvəqqəti məhdudlaşdırılmalıdır. Beləliklə, yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 267, 268 və 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Təqdimat təmin edilsin. Goranboy rayon Məhkəməsinin 2(045)-1646/2022 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinin icrasını təmin etmək üçün xx.xx.1972-ci il təvəllüdlü, ünvan 1i ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan Borclu ölkədən (Azərbaycan Respublikası hüdudlarından) getmək hüququ icra vərəqəsi üzrə borc məbləği tam ödənilənə kimi müvəqqəti məhdudlaşdırılsın. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal müvafiq icra hakimiyyəti orqanına məlumat verilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar