Məhkəmə qərarları › İş №8(012)-640/2023

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-640/2023

19.12.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-640/2023 19.12.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, Tələbkar iştirakı ilə, Borclu barəsində məcburi gətirilmə tədbirinin tətbiq olunması barədə Abşeron rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru Cəlal Səfərlinin təqdimatına Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Bakı Apellyasiya Məhkəməsinin 2(103)-10965/2018 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən icra sənədi üzrə Borclu 4540 manat məbləğində pul və 30 manat dövlət rüsumu tutularaq Tələbkar hesabına ödənilməsi qərara alınmışdır. Abşeron rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru Cəlal Səfərli təqdimatla məhkəməyə müraciət edərək, Abşeron rayonu, Saray qəsəbəsi, M.S.ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan Borclu barəsində, onun Abşeron rayon İcra və probasiya şöbəsinə həftənin iş günlərində, iş saatlarında, yəni saat 09:00-dan 18:00-dək vaxt müddəti ərzində məcburi gətirilmə tədbirinin tətbiq olunması və həmin tədbirin Abşeron Rayon Polis İdarəsinə həvalə edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Abşeron rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru Cəlal Səfərli təqdimatı onunla əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-10965/2018 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən icra sənədi üzrə Borclu 4540 manat məbləğində pul və 30 manat dövlət rüsumu tutularaq Tələbkar hesabına ödənilməlidir. İcra sənədinin icrası ilə əlaqədar, iş üzrə Borclu tərəflərindən dəfələrlə “tələbin könüllü icrası haqqında” bildirişə əlavə edilmiş icraata başlamaq haqqında qərar göndərilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 84.2ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin 2(103)-10965/2018 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinin icrasını təmin etmək məqsədi ilə Borclu barəsində məcburi gətirilmə tədbirinin tətbiq olunması məqsədə müvafiqdir. Qeyd olunanlara əsasən, o, təqdimatın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Tələbkar məhkəmə iclasında təqdimatın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı haqqında məlumat verilməsinə baxmayaraq təqdimatı vermiş icra məmuru və icra sənədi üzrə borclu səbəbini bildirmədən məhkəməyə gəlmədiklərindən məhkəmə təqdimata Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı tədqiq edərək işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, təqdimat təmin olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən, icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmə qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Beləliklə, məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, borclu icra sənədini icra etmədiyindən və icra məmurunun çağırışına baxmayaraq Abşeron rayon İcra və Probasiya Şöbəsinə gəlməkdən üzrsüz səbəbdən yayındığından təqdimat təmin edilməli, xx.xx.1970-ci ildə Qubadlı rayonunun Hal kəndində anadan olmuş, Abşeron rayonu, Saray qəsəbəsi, M.S.ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Borclu barəsində məcburi gətirilmə tədbiri tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 263, 264, 267, 268 və 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Təqdimat təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-10965/2018 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin icrası ilə əlaqədar olaraq, xx.xx.1970-ci ildə Qubadlı rayonunun Hal kəndində anadan olmuş, Abşeron rayonu, Saray qəsəbəsi, M.S.ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Borclu məcburi qaydada Abşeron rayon İcra və Probasiya Şöbəsinə gətirilsin. Qərardadın icrası Abşeron rayon Polis İdarəsinə həvalə edilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar