Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-643/2025 14.11.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Rəcəbova Samirə Məmməd qızının katibliyi, Maraqlı şəxs icra məmuru X1, Ərizəçi-borclu X5 iştirakları ilə, Ərizəçi-borclu X5 Maraqlı şəxs xx.xx.2025-ci il tarixli qərarının ləğv edilməsini və təqaüdündən tutulmaların ona qaytarılması barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Ərizəçi-borclu X8 şikayət ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, onun hüquq və mənafelərimi pozmasına görə Maraqlı şəxs xx.xx.2025-ci il tarixli qərarının (Məcburi icra ödənişi barədə) ləğv edilməsi və onun təqaüdündən olan tutulmaların ona qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ərizəçi-borclu X8 şikayəti onunla əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 29 oktyabr 2019-cu il tarixli, 2(103)-903/2019 saylı qərarına əsasən ondan "xxxx" ASC-nin xeyrinə 37046 ABŞ dolları əsas, 13620,94 ABŞ dolları faiz və 1000 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 5166,94 ABŞ dolları məbləğində kredit borcu, iddia ərizəsinin verilməsi üçün 30 manat dövlət rüsumu və ipoteka predmetinə tutma haqqında bildirişin qeydiyyatı üçün ödənilmiş 10 manat dövlət rüsumu tutulması qət edilmişdir. İpoteka predmeti olan X11 məxsus Bakı şəhəri Binəqədi rayonu, R.Behbudov küçəsi 1b saylı evin 3 saylı mənzilinin ilkin satış qiyməti 115.500 manat və ona məxsus olan Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən 0,10 hektar torpaq sahəsinin ilkin satış qiyməti 34.400 manat müəyyən edilməklə tutma həmin daşınmaz əmlaklara yönəlmiş, həmin əmlakların açıq hərracda satılmaqla satışından əldə edilən vəsait hesabına "xxxx" ASC-nin təmin edilmiş tələblərin ödənilməsi qərara alınmışdır. Bundan sonra məhkəmə qərarı icra olunması üçün Maraqlı şəxsnə göndərilmiş, icra işi açılmış və İpoteka edilmiş edilmiş əmlakların satılması üçün hərrac təşkil edilməsi üçün qərar qəbul edilmişdir. Lakin əmlakları İpoteka edilmiş edilmiş tələbkar "xxxx" ASC ilə anlaşma əldə etdiyi üçün hərrac keçirilməmiş, əmlaklar Banka geri qaytarılmış və Banka olan borc tam həcmdə ödənilmişdir. Yəni bugünə nə borclunun, nə də əmlakları İpoteka ilə yüklü edilmiş şəxslərin Banka heç bir borcu qalmamışdır. Lakin Maraqlı şəxs 15 sentyabr 2025-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 29 oktyabr 2019-cu il tarixli, 2(103)- 903/2019 saylı icra sənədinin könülü icra edilməsi üçün borcluya verilmiş 10 gün müddətində icra təmin edilmədiyi üçün, ondan 7 faiz icra ödənişinin (6148,37 manat) tutularaq Maraqlı şəxs hesabına tutulması qərara alınmışdır. Ondan tutulmalı olan 6148,37 manat pul, Banka ödənilməli olan borcun 7 faizini təşkil edir. Maraqlı şəxs qeyd edilən 6148,37 manat pulu əsas borclu X12 və əsas ipoteka qoyan X9 tələb etmək əvəzinə ondan tutulması barədə qərar qəbul etmişdir. Nəticədə ona heç bir bildiriş verilmədən Maraqlı şəxs tərəfindən tutma onun təqaüdünə yönəlmiş və sentyabr ayı üçün onun təqaüdündən cəmi 759,60 manat pul tutulmuşdur. Bu isə onun hüququnun pozulmasına səbəb olmuş və mənafelərinə ciddi zərər vurmuşdur. Bundan əlavə o, bildirir ki, icra məmurunun tələbin könüllü icrası barədə bildirişi ona gəlib çatmamışdır. Bu səbəbdən 10 günlük müddət ötmüşdür. Qeyd edilənlərə əsasən, şikayətin təmin edilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında Maraqlı şəxs icra məmuru X6 izahatında bildirmişdir ki, hazırki mübahisə ilə bağlı Bakı Apellyasiya Məhkəməsinin 29 oktyabr 2019-cu il tarixli, 2(103)- 903/2019 saylı icra sənədi mövcuddur. İcra sənədi icraatına daxil olduqdan sonra tərəflərə icraata başlama haqqında qərar göndərilmiş və məlumat verilmişdir. xx.xx.2021-ci il tarixlərində hərrac keçirilməsi üçün “X3 Mərkəzi” nə sifariş göndərilmişdir. 18 dekabr və 25 dekabr tarixlərində hərrac bildirişi də göndərilmişdir. Yalnız borcluya tələbin könüllü icrası barədə bildiriş göndərilmişdir. Borclu borc məbləğini ödəmiş və əmlakı hərracdan çıxarmışdır, lakin 7 % icra ödənişini ödəməmişdir. Məhkəmə iclasının yeri və vaxtı haqqında məlumat verilməsinə baxmayaraq, tələbkar məhkəməyə gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişdir. Belə olan halda məhkəmə şikayətə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, şikayəti, iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə adlanacaq): 15.2. maddəsinə əsasən, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. 15.3. maddəsinə əsasən, məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Bakı Apellyasiya Məhkəməsinin 29 oktyabr 2019-cu il tarixli, 2(103)-903/2019 saylı qərarından görünür ki, X12 "xxxx" ASC-nin xeyrinə 37046 ABŞ dolları əsas, 13620,94 ABŞ dolları faiz və 1000 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 5166,94 ABŞ dolları məbləğində kredit borcu, iddia ərizəsinin verilməsi üçün 30 manat dövlət rüsumu və ipoteka predmetinə tutma haqqında bildirişin qeydiyyatı üçün ödənilmiş 10 manat dövlət rüsumu tutulması qət edilmişdir. -Maraqlı şəxs xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-809/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinin könüllü icrası üçün borcluya verilmiş 10 gün müddətində icra təmin olunmadığı üçün, X4 7 % icra ödənişi (6148.37 manat) tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs hesabına tutulmuşdur. -Maraqlı şəxs tərəfindən borclulara verilmiş xx.xx.2020-ci il tarixli bildirişdən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-809/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinin könüllü icrası üçün borcluya 10 gün müddət verilməsi qərara alınmışdır. Həmin bildirişin X7 çatması barədə sənəd mövcud deyildir. -"xxxx" ASC tərəfindən X7 verilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, X15 ilə bağlanılmış kredit müqaviləsinin təminatı olaraq sizə məxsus olan Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0,10 ha torpaq sahəsi ipoteka ilə yüklü edilmişdir. Kredit müqaviləsi üzrə öhdəlikləri lazımınca yerinə yetirmədiyi üçün iş məhkəməyə verilmişdir. xx.xx.2018-ci il tarixdə 2(009)-1473/2018 saylı iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən yekun məhkəmə qətnaməsi çıxarılmış və cavabdeh tərəfindən Bakı Apellyasiya Məhkəməsinə və Ali Məhkəməyə şikayət edilsə də təmin edilməmişdir. İcra işi icra olunması üçün Binəqədi, Abşeron və Səbail İcra Şöbələrinə göndərilmişdir. xx.xx.2021-ci il tarixdə əldə edilmiş razılığa əsasən, siz özünüzə məxsus olan həmin əmlakı 34000 manat müqabilində satmış və borcun sizə aid hissəsini ödəmisiniz. Bundan sonra bank tərəfindən Maraqlı şəxsnə müvafiq məktub göndərilmişdir. -"xxxx" ASC tərəfindən Maraqlı şəxsnə verilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 29 oktyabr 2019-cu il tarixli, 2(103)-903/2019 saylı icra sənədinə əsasən tərəflərindən başlanmış icra işi üzrə borclular X15 və digərləri tərəfindən ödənilməli olan borc barəsində cavabdeh tərəflə razılığa gəlinmişdir. Yuxarıda göstərilənlər əlaqədar olaraq Bakı Apellyasiya Məhkəməsinin 29 oktyabr 2019-cu il tarixli, 2(103)-903/2019 saylı icra sənədi üzrə başlanmış icra işinin “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.1-ci maddəsinə əsasən məhkəməyə geri qaytarılması xahiş edilmişdir. Belə ki, “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun: 8.2. maddəsinə əsasən, İcra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü və dördüncü abzaslarında müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. İcra sənədində satılmalı əmlak müəyyən edildikdə borclu bildiriş ona rəsmi qaydada verildikdən, o cümlədən “Elektron icra” informasiya sistemi vasitəsilə onun (borclu fiziki şəxsin və ya borclu hüquqi şəxsin icra orqanının rəhbərinin) adına qeydə alınmış mobil telefon nömrəsinə (nömrələrinə) SMS-lə göndərildikdən sonra 7 iş günü müddətində əmlakın açıq bazarda satılması üçün icra məmuruna müraciət edə bilər. Belə müraciət daxil olduğu gündən 1 iş günü müddətində icra məmuru bu barədə qərar qəbul edərək əmlakın açıq bazarda satılmaqla tələbin könüllü icrası üçün 2 ay müddət müəyyən edir. Borclu əmlakı onun icra sənədində və ya qiymətləndiricinin hesabatında göstərilən dəyərinin yalnız 80 faizindən az olmayan qiymətə sata bilər. 78.1-ci maddəsinə əsasən, icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, icra məmuru borcludan tutulmalı pul məbləğinin 7 faizi həcmində icra ödənişinin alınması barədə qərar qəbul edir. Qeyri-əmlak xarakterli tələbin nəzərdə tutulduğu icra sənədi icra edilmədikdə, borclu fiziki şəxsdən on bir manat, borclu hüquqi şəxsdən isə əlli beş manat miqdarında icra ödənişi alınır. Məhkəmə işin tədqiq edilən hallarını, işdə tədqiq olunmuş icra işinin sənədlərini və iş materiallarını araşdıraraq qeyd edir ki, Bakı Apellyasiya Məhkəməsinin 29 oktyabr 2019-cu il tarixli, 2(103)-903/2019 saylı icra sənədi üzrə borclu olan X8 tələbin könüllü icrası barədə bildirişi almamış və bu onun izahatı və bildirişin ona təqdim olunmasını təsdiq edən sənədin olmaması ilə öz təsdiqini tapmışdır. X2 icra sənədi üzrə borcu ödəmişdir. İşin hallarından görünür ki, X8 icra sənədinin könüllü icrası barədə bildirişi almamış və icra sənədinin icrası barədə məlumat aldığı vaxtdan könüllü olaraq icra sənədi ilə üzərinə düşən borcunu tam ödəmişdir. Bu "xxxx" ASC tərəfindən X7 və Maraqlı şəxsnə verilmiş xx.xx.2025-ci il tarixli məktubu ilə də təsdiqini tapmışdır. Odur ki, X8 tələbin könüllü icrası barədə bildirişi almadığından, tələbi könüllü icra etmiş sayılır və ona görə də məhkəmə hesab edir ki, tutulmalı pul məbləğinin 7 faizi həcmində icra ödənişinin X4 tutulması qanunamüvafiq deyildir. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, ərizəçi-borclu X5 şikayəti təmin edilməli, Maraqlı şəxs icra məmuru X1 məcburi icra ödənişi haqqında xx.xx.2025-ci il tarixli qərarı ləğv edilməli, ərizəçi-borclu X5 təqaüdündən olan tutulmalar X7 qaytarımalıdır. QƏRARA ALDİ: Ərizəçi-borclu X5 şikayəti təmin edilsin. Maraqlı şəxs icra məmuru X1 məcburi icra ödənişi haqqında xx.xx.2025-ci il tarixli qərarı ləğv edilsin. Ərizəçi-borclu X5 təqaüdündən olan tutulmalar X7 qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №8(012)-643/2025
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-643/2025
14.11.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver