Məhkəmə qərarları › İş №8(012)-647/2022

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-647/2022

11.10.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-647/2022 11.10.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, Borclu Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə məxsus əmlakın üzərinə həbs qoyulmasına dair Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Vadim Əliyevin təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Abşeron rayon Məhkəməsinin 2(012)-872/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən, borclular Daşınmaz əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsi, Novxanı kəndi üzrə İcra nümayəndəliyi və Abşeron rayonu Novxanı Bələdiyyəsi Mülki Prosessual Məcəllənin 78.4-cü maddəsinə əsasən, 200 manat miqdarında cərimə olunmuşlar. xx.xx.2022-ci il tarixdə Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Vadim Əliyevin borcluya məxsus əmlakın üzərinə həbsin qoyulması barədə təqdimatı məhkəmənin icraatına daxil olmuşdur. Təqdimat onunla əsaslandırılmışdır ki, Abşeron rayon Məhkəməsinin 2(012)- 872/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən, borclular 4 saylı Abşeron Ərazi İdarəsi, Novxanı kəndi üzrə İcra nümayəndəliyi və Abşeron rayonu Novxanı Bələdiyyəsi Mülki Prosessual Məcəllənin 78.4-cü maddəsinə əsasən, 200 manat miqdarında cərimə olunmuşlar. İcra sənədi şöbəyə daxil olduqdan sonra müvafiq qərarla icraata başlanılmış və tələbin könüllü icrası ilə bağlı borclulara bildiriş göndərilmiş, eyni zamanda, bu barədə məhkəməyə məlumat verilmişdir. Lakin buna baxmayaraq, hazırkı günədək 200 manat cərimə könüllü şəkildə təmin edilməmişdir. Belə olan halda, məcburi icra tədbirlərinin həyata keçirilməsi zərurəti yaranmışdır. “Elektron icra” informasiya sistemindən əldə edilən məlumata əsasən, borclu 4 saylı Abşeron Ərazi İdarəsinin mülkiyyətində “X1” minik markalı, **-AB-*** dövlət qeydiyyat nişanlı avtomobilin olması müəyyən edilmişdir. Ona görə də icra sənədinin icrasını təmin etmək məqsədilə borclu 4 saylı Abşeron Ərazi İdarəsinin mülkiyyətində olan “X1” minik markalı, **-AB-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması barədə qərardad çıxarılması xahiş olunmuşdur. Təqdimatı vermiş şəxs, tələbkar və borclu məhkəmə iclasına dəvət edilsələr də, məhkəmə iclasına gəlməmiş, məhkəmə iclası təqdimatı vermiş şəxsin, tələbkarın və borclunun iştirakı olmadan keçirilmişdir. Məhkəmə, təqdimatı və icra işini nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməlidir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun: 45.1-ci maddəsinə əsasən, tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. 50.2-ci maddəsinə əsasən, borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından,zərurihallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir və icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. İcra işinin materiallarından görünür ki, icra məmuru tərəfindən icra sənədi üzrə icra işinə başlanmış, tələbin könüllü icrası barədə borcluya bildiriş göndərilmiş, lakin borclu borcunu ödəmədiyindən tutmanı onun əmlakına yönəltmək məqsədilə əmlak vəziyyəti araşdırılmışdır. İcra işinin əmlaka dair kompüter çıxarışından görünür ki, borclu İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinin mülkiyyətində “X1” minik markalı, **-AB-*** dövlət qeydiyyat nişanlı avtomaşın qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Odur ki, məhkəmə hesab edir ki, təqdimat təmin edilməli, Abşeron rayon Məhkəməsinin 2(012)-872/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu 4 saylı Abşeron Ərazi İdarəsinin mülkiyyətində olan “X1” minik markalı, **-AB-*** dövlət qeydiyyat nişanlı avtomaşının üzərinə həbs qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Abşeron rayon Məhkəməsinin 2(012)-872/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinin mülkiyyətində olan “X1” minik markalı, **-AB-*** dövlət qeydiyyat nişanlı avtomaşının üzərinə həbs qoyulsun. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar