Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-656/2023 21.12.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi ilə, Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Vadim Əliyevin Borclu mülkiyyətində olan əmlakın üzərinə həbs qoyulması barədə təqdimatına Xırdalan şəhərində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-1891/2017 nömrəli, xx.xx.2017-ci tarixli icra sənədinə əsasən, Borclu cəmi 2078, 72 ABŞ dolları və ödənilmiş 20 manat dövlət rüsumu tutularaq Tələbkar ASC-yə ödənilməsi qərara alınmışdır. Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Vadim Əliyev məhkəməyə təqdimatla müraciət edərək, icra sənədinin icrasını təmin etmək məqsədilə Borclu mülkiyyətində olan ünvan 1i ünvanında yerləşən 0.0185 ha (reyestr nömrəsi: **********89) torpaq sahəsinin üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Vadim Əliyev təqdimatı onunla əsaslandırmışdır ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-1891/2017 nömrəli, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən Borclu cəmi 2078, 72 ABŞ dolları və ödənilmiş 20 manat dövlət rüsumu tutularaq Tələbkar ASC-yə ödənilməlidir. Qeyd olunan icra sənədi üzrə Bakı şəhəri Yasamal rayon icra şöbəsində icraata başlanılmış, sonradan icra sənədi aidiyyəti üzrə Abşeron rayon İcra və Probasiya şöbəsinə göndərilmiş və xx.xx.2023-cü il tarixdə Abşeron rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuşdur. “Elektron icra” informasiya sistemindən əldə edilən məlumata əsasən Borclu mülkiyyətində ünvan 1i ünvanında yerləşən 0.0185 ha (reyestr nömrəsi: **********89) torpaq sahəsinin olması müəyyən edilmişdir. Belə olan halda Borclu barəsində məcburi icra tədbirlərinin həyata keçirilməsi zərurəti yaranmışdır. Göstərilənləri nəzərə alaraq və “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 50-ci maddəsini rəhbər tutaraq, yuxarıda qeyd olunan icra sənədinin icrasını təmin etmək məqsədilə Borclu mülkiyyətində olan ünvan 1i ünvanında yerləşən 0.0185 ha (reyestr nömrəsi: **********89) torpaq sahəsinin üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı haqqında məlumat verilməsinə baxmayaraq icra məmuru və iş üzrə tərəflər səbəbini bildirmədən məhkəməyə gəlmədiklərindən məhkəmə Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı tədqiq edərək işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, təqdimat təmin olunmalıdır. İş materiallarında olan “Elektron İcra” informasiya sistemindən çıxarılmış Borclu şəxsi kartoçkasından görünür ki, ünvan 1i ünvanında yerləşən 0.0185 ha torpaq sahəsi sonuncunun xüsusi mülkiyyətindədir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-1891/2017 nömrəli, xx.xx.2017-ci il tarixli icra sənədi könüllü icra olunmadığından, Borclu mülkiyyətində olan ünvan 1i ünvanında yerləşən 0.0185 ha torpaq sahəsinin üzərinə həbs qoyulmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.1-ci maddəsinə görə tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Həmin Qanunun 50.1-ci maddəsinə əsasən icraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 ay müddətində, təxirəsalınmaz hallarda isə qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. Yenə həmin Qanunun 50.2-ci maddəsinə görə borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə, əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 267, 268 və 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Vadim Əliyevin təqdimatı təmin edilsin. Borclu mülkiyyətində olan ünvan 1i ünvanında yerləşən 0.0185 ha (reyestr nömrəsi: **********89) torpaq sahəsinin üzərinə həbs qoyulsun. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Abşeron rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №8(012)-656/2023
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-656/2023
21.12.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver