Məhkəmə qərarları › İş №8(012)-658/2023

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-658/2023

21.12.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-658/2023 21.12.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, Borclu iştirakı ilə, Abşeron Rayon Məhkəməsinin 8(012)-532/2023 saylı, 16 oktyabr 2023-cü il tarixli qərardadı ilə bağlı Borclu mülkiyyətində olan əmlakın üzərinə qoyulmuş həbsin götürülməsi barədə Abşeron Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Qəribağa Mirhəşimovun ərizəsinə Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2286/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən, İsmayıllı rayonu, İvanovka kəndi, Krasnoarmeyskaya küçəsi 82 ünvanında yerləşən fərdi yaşayış evinə dair İsmayıllı rayon notariat ofisində təsdiq edilmiş xx.xx.2019-cu il tarixli, 4Ə-154 reyestr nömrəli, bağışlama müqaviləsinin və onun əsasında həmin evə dair X2 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın və həmin qeydiyyat əsasında verilmiş müvafiq çıxarışın, ünvan 1 ünvanında yerləşən 7 nömrəli mənzilə dair ünvan 2 xx.xx.2019-cu il tarixli, 4Ə- 180 reyestr nömrəli bağışlama müqaviləsinin və onun əsasında həmin mənzilə dair X4 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın və həmin qeydiyyat əsasında verilmiş müvafiq çıxarışın, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, 3123-cü məhəllə ünvanında yerləşən 110 saylı mənzilə dair "xxxx" MTK ilə X5 arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilənin və sonuncunun adına verilmiş maliyyə arayışının etibarsız hesab edilməsi, həmin əmlakların miras əmlaka daxil edilməsi, həmin əmlakların və "BMC" markalı, ** NK *** dövlət qeydiyyat nişanlı, “BMC” markalı, ** NK *** dövlət qeydiyyat nişanlı, “BMC” markalı, ** NK *** dövlət qeydiyyat nişanlı, “BMC” markalı, ** NK *** dövlət qeydiyyat nişanlı və “Mercedes Benz E270 CDİ” markalı, ** EV *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin hər birinə dair X1 1/3 hissədə miras payının müəyyən edilməsi, ** NK *** qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair X8 ilə bağlanmış 28 fevral 2019-cu il tarixli alqı-satqı müqaviləsi üzrə cavabdeh Borclu ödənilmiş 25000 manat pul vəsaiti üzərində vərəsə X1 1/3 hissədə olmaqla 8334 manat miras payının müəyyən edilməsi və həmin vəsaitin Borclu X1 xeyrinə tutulması, ünvan 1 ünvanında yerləşən 7 nömrəli mənzilə dair X6 ilə "xxxx" MMC arasında bağlanılmış xx.xx.2019-cu il tarixli (xx.xx.2019-cu il tarixli əlavə və dəyişikliklər barədə sazişin şərtləri nəzərə alınmaqla) icarə müqaviləsi əsasında əldə edilmiş 33355 manat gəlirin 1/3 hissəsi olan 11118,00 manat vəsaitin X3 X1 xeyrinə tutulması, məhkəmə xərclərinə aid olan ödənilmiş 30,0 manat dövlət rüsumunun iddiaçı X1 qanuni nümayəndəsi Tələbkar aid edilməsi qərara alınmışdır. Abşeron Rayon Məhkəməsinin 8(012)-532/2023 saylı, 16 oktyabr 2023-cü il tarixli qərardadına əsasən, Borclu məxsus “Mercedes Benz 190” minik markalı, ** DH *** dövlət qeydiyyat nişanlı və “VAZ 21060” minik markalı, ** HD *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması qərara alınmışdır. Abşeron Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Qəribağa Mirhəşimov təqdimatla məhkəməyə müraciət edərək, Borclu məxsus “Mercedes Benz 190” minik markalı, ** DH *** dövlət qeydiyyat nişanlı və “VAZ 21060” minik markalı, ** HD *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərindən həbsin götürülməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Abşeron Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Qəribağa Mirhəşimov ərizəsini onunla əsaslandırmışdır ki, İsmayıllı rayonu, İvanovka kəndi, Krasnoarmeyskaya küçəsi 82 ünvanında yerləşən fərdi yaşayış evinə dair İsmayıllı rayon notariat ofisində təsdiq edilmiş xx.xx.2019-cu il tarixli, 4Ə-154 reyestr nömrəli, bağışlama müqaviləsinin və onun əsasında həmin evə dair X2 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın və həmin qeydiyyat əsasında verilmiş müvafiq çıxarışın, ünvan 1 ünvanında yerləşən 7 nömrəli mənzilə dair ünvan 2 xx.xx.2019-cu il tarixli, 4Ə-180 reyestr nömrəli bağışlama müqaviləsinin və onun əsasında həmin mənzilə dair X4 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın və həmin qeydiyyat əsasında verilmiş müvafiq çıxarışın, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, 3123-cü məhəllə ünvanında yerləşən 110 saylı mənzilə dair "xxxx" MTK ilə X5 arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilənin və sonuncunun adına verilmiş maliyyə arayışının etibarsız hesab edilməsi, həmin əmlakların miras əmlaka daxil edilməsi, həmin əmlakların və "BMC" markalı, ** NK *** dövlət qeydiyyat nişanlı, “BMC” markalı, ** NK *** dövlət qeydiyyat nişanlı, “BMC” markalı, ** NK *** dövlət qeydiyyat nişanlı, “BMC” markalı, ** NK *** dövlət qeydiyyat nişanlı və “Mercedes Benz E270 CDİ” markalı, ** EV *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin hər birinə dair X1 1/3 hissədə miras payının müəyyən edilməsi, ** NK *** qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair X8 ilə bağlanmış 28 fevral 2019-cu il tarixli alqı-satqı müqaviləsi üzrə cavabdeh Borclu ödənilmiş 25000 manat pul vəsaiti üzərində vərəsə X1 1/3 hissədə olmaqla 8334 manat miras payının müəyyən edilməsi və həmin vəsaitin Borclu X1 xeyrinə tutulması, ünvan 1 ünvanında yerləşən 7 nömrəli mənzilə dair X6 ilə "xxxx" MMC arasında bağlanılmış xx.xx.2019-cu il tarixli (xx.xx.2019-cu il tarixli əlavə və dəyişikliklər barədə sazişin şərtləri nəzərə alınmaqla) icarə müqaviləsi əsasında əldə edilmiş 33355 manat gəlirin 1/3 hissəsi olan 11118,00 manat vəsaitin X3 X1 xeyrinə tutulması, məhkəmə xərclərinə aid olan ödənilmiş 30,0 manat dövlət rüsumunun iddiaçı X1 qanuni nümayəndəsi Tələbkar aid edilməsi qərara alınmışdır. xx.xx.2023-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək, tələbin könüllü qaydada təmin edilməsi üçün borcluya bildiriş göndərilmişdir. Məhkəmə əmrinin icrası könüllü müddət ərzində borclu tərəfindən təmin edilmədiyi üçün məcburi icra hərəkətlərinə başlanılmışdır. Görülmüş icra tədbirləri nəticəsində Borclu məxsus “Mercedes Benz 190” minik markalı, ** DH *** dövlət qeydiyyat nişanlı və “VAZ 21060” minik markalı, ** HD *** dövlət qeydiyyat nişanlı avtomobillərə həbs qoyulması üçün təqdimat Abşeron rayon məhkəməsinə göndərilmiş və Abşeron rayon Məhkəməsinin 8(012)- 532/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə avtomobillərin üzərinə həbs qoyulmuşdur. Belə ki, icra məmurunun xx.xx.2023-cü il tarixli qərarına əsasən icra işinin icraatına xitam verilmişdir. Qeyd olunanlara əsasən o, təqdimatın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Borclu məhkəmə iclasında izahatında bildirdi ki, o, icra vərəqəsi üzrə borcu tam bağlamışdır. Bu səbəbdən o, avtomobillərinin üzərindən həbsin götürülməsini və təqdimatın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı haqqında məlumat verilməsinə baxmayaraq təqdimatı vermiş icra məmuru və tələbkar səbəbini bildirmədən məhkəməyə gəlmədiklərindən məhkəmə təqdimata Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Abşeron Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli icraata xitam verilməsi haqqında qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 2286/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə xitam verilmişdir. Məhkəmə borclunu dinləyib, ərizəni və iş materiallarını araşdırıb belə qənaətə gəlir ki, icra sənədi üzrə tələb ödənildiyi üçün Borclu məxsus “Mercedes Benz 190” minik markalı, ** DH *** dövlət qeydiyyat nişanlı və “VAZ 21060” minik markalı, ** HD *** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərində həbsin saxlanılması Borclu mülkiyyət hüququnun pozulması ilə nəticələnir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 266 və 269cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Abşeron Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Qəribağa Mirhəşimovun ərizəsi təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 8(012)-532/2023 saylı, 16 oktyabr 2023-cü il tarixli qərardadı ləğv edilsin və Borclu məxsus “Mercedes Benz 190” minik markalı, ** DH *** dövlət qeydiyyat nişanlı və “VAZ 21060” minik markalı, ** HD *** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə qoyulmuş həbs götürülsün. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar